Məleykə Abbaszadə rektor təyin olunan kimi BDU nun tarixinə düşdü
Icma.az, Bizim media saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək, Bakı Dövlət Universitetinin rektoru təyin edilib.
Bizim.Media xəbər verir ki, uzun illər Dövlət İmtahan Mərkəzinin sədri olmuş Məleykə Abbaszadə BDU-nun rektoru təyin olunmaqla ilkə imza atıb.
Belə ki, o BDU-nun tarixində ilk qadın rektor olacaq.
Qeyd edək ki, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilən və ölkənin ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinə (BDU) Məleykə xanımdan əvvəl 28 rektor rəhbərlik edib.
Universitetin tarixində ilk rektor rusiyalı cərrah, professor Vasili Razumovski olub. Ali məktəbə rəhbərlik etmiş ilk azərbaycanlı isə 1926-1929-cu illərdə bu vəzifəni icra edən yazıçı və dövlət xadimi Tağı Şahbazi olub. BDU-nun tarixində ən uzun müddət rektor olmuş şəxs isə akademik Abel Məhərrəmovdur (1999–2018).
Bakı Dövlət Universitetinin bütün rektorlarının xronoloji siyahısını təqdim edirik:
Vasili Razumovski (1919–1920)
Sergey Davidenkov (1920–1923)
Aleksandr Qulyayev (1923–1926)
Tağı Şahbazi (1926–1929)
Vladimir Yelpatyevski (1929)
Maqsud Məmmədov (1929–1930)
Məmmədkazım Ələkbərli (1934–1935)
Bala bəy Həsənbəyov (1935–1937)
Əziz Əliyev (1937)
Cəbrayıl Ələsgərov (1937–1941)
Şamil Əliyev (1941–1944)
Abdulla Qarayev (1944–1950)
Cəfər Hacıyev (1950–1954)
Yusif Məmmədəliyev (1954–1958)
Şəfayət Mehdiyev (1958–1965)
Mehdi Əliyev (1965–1970)
Faiq Bağırzadə (1970–1987)
Yəhya Məmmədov (1987–1989)
Cəmil Quliyev (1989–1990)
Mirabbas Qasımov (1990–1992)
Firudin Səməndərov (1992–1993)
Murtuz Ələsgərov (1993–1996)
Misir Mərdanov (1996–1998)
Abel Məhərrəmov (1999–2018)
Elçin Babayev (2019-2026)
Qeyd: 1930–1934-cü illərdə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə universitetin fəaliyyəti müvəqqəti dayandırılaraq bazasında ayrı-ayrı sahə institutları yaradılmış, 1934-cü ildə isə yenidən bərpa olunmuşdur. Həmçinin 1998–1999-cu illərdə rektor səlahiyyətlərini müvəqqəti olaraq professor Əli Əhmədov icra edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 19 Noyabr 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















