Icma.az
close
up
RU
Meloni: Le Penə verilən cəza vətəndaşların demokratik hüquqlarının pozulmasıdır

Meloni: Le Penə verilən cəza vətəndaşların demokratik hüquqlarının pozulmasıdır

Icma.az, Bizimyol saytına istinadən bildirir.

İtaliyanın baş naziri Giorgia Meloni hesab edir ki, Fransanın Milli Birlik partiyasının parlament fraksiyasının lideri Marin Le Penə qarşı hökm milyonlarla vətəndaşın demokratik hüquqlarını pozur.

Bizimyol.info xəbər verir ki, bu barədə Meloni “Il Messaggero” qəzetinə danışıb.

“Marin Le Penin nədə ittiham edildiyini və məhkəmənin belə sərt qərarının səbəblərini ətraflı bilmirəm. Amma düşünürəm ki, demokratiyaya dəyər verən heç kim milyonlarla vətəndaşın hakimiyyətdə öz nümayəndəsinin olması imkanından məhrum edə və böyük bir partiyanın liderini məhkəmə hökmü ilə bundan kənarlaşdıra bilməz”, - deyə qeyd edib.

Le Pen bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama verməyib. Lakin onun hakim koalisiyadakı müttəfiqi, “Liqa” partiyasının lideri, hökumətdə baş nazirin müavini və infrastruktur naziri postlarını tutan Matteo Salvini kifayət qədər sərt danışıb.

O, fransalı hakimlərin qərarını “Brüsselin müharibə elanı” və demokratiyanı sarsıtmaq cəhdi adlandırıb, həmçinin bunu bu yaxınlarda Kalin Georgescunun prezident seçkilərində iştirakdan kənarlaşdırıldığı Rumıniyada baş verənlərlə müqayisə edib. Salvini Macarıstanın baş naziri Viktor Orbanın başlatdığı “Mən Marinəm” kampaniyasını da dəstəkləyib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 Aprel 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see143

Qəzzada 60 gün...

03 İyul 2025 08:15see133

Makron digər Aİ liderlərini qabaqlamağa tələsir

03 İyul 2025 07:52see131

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see129

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see127

Meladzenin Yurmala konsertində qalmaqal olub

03 İyul 2025 08:23see123

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see122

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see122

İki qəsəbədə qaz təchizatı dayandırılacaq

03 İyul 2025 09:12see121

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see121

İzmir meriyasının keçmiş müxalifət işçiləri korrupsiya ittihamı ilə saxlanılıb

03 İyul 2025 07:40see119

Almaxanım ana oldu

04 İyul 2025 15:22see118

31 il ötdü...

03 İyul 2025 07:57see117

Almaniya Talibanla razılığa gəlmək niyyətindədir

03 İyul 2025 11:51see116

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see116

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see116

Küləkli hava: Sarı və narıncı xəbərdarlıq

04 İyul 2025 07:40see115

Bu ölkədə kökəlməyə qarşı cərimələr başlanır

03 İyul 2025 07:51see114

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see114

Meksika millisi KONKAKAF Kubokunun finalına çıxdı

03 İyul 2025 09:32see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri