Meloni Putinlə bağlı xəbərdarlıq etdi
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Rusiya Prezidenti Vladimir Putin təxribat yolu ilə döyüş meydanındakı (Ukrayna) əlverişsiz vəziyyətdən diqqəti yayındırmağa çalışır, biz bu təxribatlara uymamalıyıq”.
Teleqraf xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni deyib.
“Düşünürəm ki, hamı Rusiya təxribatlarının artdığını görür, son bir neçə həftə ərzində bir sıra belə hallar müşahidə etmişik. Özümüzə sual verməliyik: niyə? Moskva tərəfindən təxribatlar artır, çünki Putinin diqqəti yayındırmağa ehtiyacı var. O, Avropa ilə gərginlik yaratmağa, bununla da döyüş meydanındakı vəziyyətdən diqqəti yayındırmağa çalışır; halbuki vəziyyət onun vədlərinin əksinə olaraq inkişaf edir. Bu gərginliyin kimə sərfəli olduğunu müəyyən etməli və buna uyğun hərəkət etməliyik. Təxribatlara uymamalıyıq. Bunu etmək Rusiyaya Avropadan daha çox fayda verəcək”, - İtaliya lideri vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 18 Sentyabr 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















