Icma.az
close
up
RU
Məmməd Quliyev: İndiki vəziyyətdə Taylandda qalmaq istəyirəm Müsahibə

Məmməd Quliyev: İndiki vəziyyətdə Taylandda qalmaq istəyirəm Müsahibə

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Karyerasını Taylandda davam etdirən azərbaycanlı futbolçu Məmməd Quliyev apasport.az saytına müsahibə verib.

Hazırda o, üçüncü liqada iştirak edən “Muanq Loey Yunayted” klubunda çıxış edir. “Rəvan”, “İnter” (indiki “Şamaxı”), “Şüvəlan”da oynadıqdan sonra 2020-ci ildə Taylanda yollanan Məmməd müxtəlif klublarda oynayıb. Beş ildir ki, Asiyada yaşayan həmyerlimiz oradakı vəziyyətindən danışıb.

- Taylanda işlərin necə gedir? Yeni komandanda vəziyyət necədir?
- İşlərim normaldır, hər şey qaydasında gedir. Mövsümün bitməsinə bir ay qalıb. Ona görə də, bütün fikrimi oyunlara yönəltmişəm. Taylandda da artıq az müddət deyil ki, yaşayıram. Buradakı yaşayışa da tam adaptasiya olmuşam deyə, hər şey yaxşıdır.

- Maraqlıdır, sənə heç Azərbaycan klublarından təkliflər olmuşdu?
- Bəli, Azərbaycan klublarından təkliflər almışdım. Amma mənim hazırda müqaviləm var. Üstəlik, gələcək planımda Taylandda qalmaq var. Ona görə də, indiki komandamda qaldım. Amma hansısa cəlbedici təklif olarsa, dəyərləndirərəm. İndiki vəziyyətdə isə Taylandda qalmağı seçirəm.

- 2025/2026 mövsümündən Misli Premyer Liqasında legioner limiti ləğv ediləcək. Yerli futbolçuların xaricə yollanacağını düşünürsən?
- Yerli futbolçuların xaricə yollanması yaxşı haldır. Çünki legioner həyatı yaşayanda daha çox məsuliyyətli olursan. Özü də, səndən daha da artığını tələb edirlər. Özünü daha yaxşı göstərməyə çalışırsan. Öz üzərində də daha çox işləyirsən. Bu mənada, hamısı müsbət haldır. Necə olacağını isə zaman göstərəcək. Yoxsa, legioner həyatı yaşayanlar çox olsa, daha yaxşıdır.

- Tayland və Azərbaycan futbolu arasında fərq böyükdür? Xüsusən hansı fərqləri qeyd edə bilərsən?
- Artıq beş ildir ki, legioner həyatı yaşayıram. Buna görə də şadam. Fərq barədə nə deyim? Sadəcə klubların sayının çox olması, stadionlarının çoxluğu, azarkeşlərin çox olması futbola rəng qatır. Taylandda həm klubların sayı çoxdur, həm də azarkeşlər hər oyuna çox sayda gəlir. Yəni, fərq olaraq bunu qeyd edə bilərəm.

- Tay dilində danışa bilirsən?
- Bəli, artıq 5 ildir buradayam deyə, dil barədə problemim yoxdur. Ünsiyyət qura bilirəm. İngiliscə də danışıram, hər şey normaldır.

- Uzun müddətdir orada olmana baxmayaraq, daha çox aşağı liqalarda oynamısan...
- Tayland yüksək liqasında oynamaq imkanım olan kimi, dəyərləndirəcəm. Sadəcə məvacib də burada rol oynayır. Bilirsiz ki, liqalardan fərqli olaraq, klubların büdcələri fərqlidir. Elə üçüncü liqa komandası var ki, Premyer Liqadakı klub səviyyəsində büdcəyə sahibdir. Elə indi oynadığım “Muang Loei Yunayted” yüksək büdcəyə malik komandadır. Bu faktor da öz rolunu oynayır. Amma əlbəttə ki, hər mənada cəlbedici təklif olarsa, yüksək liqada da oynamaq istəyərəm.

"Neftçi" 1800, "Qarabağ" 3200 manat cərimələnib “Samir Abasov öz komandasına məğlub olmuşdu” - VİDEO “Zirə"də ayrılıq - Rəsmi Ozan Can Kökçü 3 dəqiqəyə fərqləndi Millimiz Qazaxıstan yığmasına qarşı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://apasport.az
archiveBu xəbər 19 Fevral 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri