Icma.az
close
up
RU
Rəsul Quliyev: “Azərbaycana qayıtmaq niyyətim yoxdur” MÜSAHİBƏ

Rəsul Quliyev: “Azərbaycana qayıtmaq niyyətim yoxdur” MÜSAHİBƏ

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Milli Məclisinin sabiq sədri, hazırda ABŞ-də yaşayan Rəsul Quliyevin qızı Xanım Quliyeva Bakıya gəlib. Bəs uzun illərdir okeanın o tayında məskunlaşan keçmiş spiker özü də Azərbaycana qayıtmaq istəyirmi?

R.Quliyev bununla bağlı “Yeni Sabah”ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.   pizza

- Qızınız Azərbaycana gəlib. O, səfərdən əvvəl sizə məlumat vermişdimi?

- Sözsüz, bundan xəbərim vardı. 

- Qızınız Bakıya gəlmək istədiyini deyəndə buna ilk reaksiyanız necə oldu?

- Mən qızıma “ora sənin vətənindir, Bakı doğulduğun şəhərdir, nə vaxt istəsən, gedə bilərsən” dedim.

- Səfər necə baş tutub? Bunun üçün əvvəldən hakimiyyət orqanları ilə hər hansı müzakirə olubmu?

- Heç bir müzakirə olmayıb, sadəcə olaraq müəyyən məsələlərlə bağlı Azərbaycandakı nümayəndəmi, partiyamızın sədrini xəbərdar etmişəm.

- Mətbuat və sosial şəbəkələrdə yazırlar ki, bu, sizin ailə üzvlərinizin son 30 ildə Azərbaycana ilk gəlişidir. Bu, həqiqətən belədir?

- Bu, həqiqətə uyğun deyil. Bundan 19 il öncə mənim həyat yoldaşım Elmira Quliyeva qardaşının dəfn mərasimində və yas məclisində iştirak etmək üçün Bakıya səfər etmişdi.

- Qızınızdan hansı hisslərinizi və arzularınızı Azərbaycana çatdırmasını istərdiniz?

- Hisslərimi çatdırmaq üçün ailə üzvlərimdən kiminsə Azərbaycana səfər etməsinə ehtiyac yoxdur.

 - Özünüz də Azərbaycana qayıtmaq istəyirsinizmi? Bununla bağlı hər hansı addım atmaq niyyətiniz varmı?

- Xeyr,  Azərbaycana qayıtmaq niyyətim yoxdur. Çünki sən istədiyin vaxt özünü Azərbaycandakı kimi hiss edə bilərsən. Bu işi görmək üçün onlarla vasitələr mövcuddur. 44 günlük Vətən müharibəsi və Şuşanın, Xankəndinin azad edilməsi ilə əlaqədar yüzlərlə yazılarım çıxıb. Vətənə münasibətin məsafə ilə heç bir əlaqəsi yoxdur. Anadan harada olmağın o demək deyilki, sən ora bağlısan və mütləq doğulduğun yerdə yaşamalısan… Bağlılıq, əsasən, Vətənin çətin günlərində hansı səviyyədə onun işinə yaraya bilməyindən asılıdır. Mən hər zaman, harada olmağımdan asılı olmayaraq, vətənimə yaramağa, vətənim üçün töhfələr verməyə, layiqli vətəndaş olmağa hər zaman cəhd etmişəm.

Xatırladaq ki, Rəsul Bayram oğlu Quliyev 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olub. O, 1993-cü ildə Milli Məclisin sədri seçilib. 1996-cı il sentyabrın 11-də istefa verərək ailəsi ilə birlikdə ABŞ-yə köçüb. O, həmin tarixdən sonra Azərbaycana qayıtmayıb.

Əsmətxanım Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Oktyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri