Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

Məmməd Səfa: Bəlkə də, bundan sonra bir rol qismət olmayacaq Müsahibə

Məmməd Səfa: Bəlkə də, bundan sonra bir rol qismət olmayacaq Müsahibə

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az Xalq artisti Məmməd Səfa ilə müsahibəni təqdim edir.

— Aktyor sənətinin əsas aləti nədir?

— Mən hesab edirəm ki, aktyor sənəti çox çətin, mürəkkəb bir sənətdir. Hər bir peşənin öz silahı, öz aləti var. Aktyor sənətinin aləti insanın ruhudur, qəlbidir, varlığıdır. O əldə olmur insanın ruhunda, gözündə, qəlbində olur. Bu mənada insan özünü dərk etməli, anlamalı, ətrafını başa düşməli, qarşı tərəfi dinləyib, ona dəyər verməyi bacarmalıdır. Qeyri-adi, çətin bir peşədir. İnsanın sağlamlığına, dünyagörüşünə, mütaliəsinə, dünyaya baxışına söykənən bir peşədir. Ona görə də hesab edirəm ki, bu peşəyə gəlmək istəyən, məşğul olmaq istəyən insan öz üzərində ciddi şəkildə işləməlidir. Bütün bu proseslərə hazır olmalıdır.
Sabah elə müştərək işlər, filmlər, tamaşalar hazırlanar ki, bizim hər hansı bir aktyorumuz, - istər tələbələrimiz, istərsə peşəkarlarımız digər aktyor məktəbləri ilə üz-üzə dayana bilər. Bu çox məsuliyyətli bir işdir. Mən və ya hər hansı bir aktyor birinci növbədə bu məmləkəti, vətəni, xalqı təmsil edir. Xalqın, vətənin isə arxasında onun adətləri, keçmişi, indisi dayanır. Mən hesab edirəm ki, bu peşədə hərbi nizam-intizam dərəcəsində qayda-qanun olmalıdır.
Bəzən deyirlər ki, aktyorun istedadı kifayət edir. Elə deyil. Aktyor daim öz üzərində işləməlidir. Həm bədii baxımdan, həm də fiziki.

— Uşaqlıqda yol polisi olmaq istəyən Məmməd Səfa Qasımov necə oldu ki, aktyorluğu seçdi?

— Hər hansı bir uşaqdan soruşsaq, onların arzularının bitib-tükənməz olduğunu görərik. Bəlkə də, hər ay, hər il fikirlərini dəyişirlər. Mən də uşaqlıqda tək yol polisi deyil, bir çox peşələrin sahibi olmaq istəmişəm. Sadəcə, tale belə gətirdi. Bizim ədəbiyyat müəllimimiz Müslüm müəllim mənə bu peşəni ən çox sevdirən insan olub. Bununla bağlı maraqlı bir fakt var. Bir gün sinfimizin qapısı döyüldü və atam içəri girdi. Müəllimdən icazə aldı, gedib arxada əyləşdi. Mən də tez kitabı qarşıma çəkib açdım. Bunu Müslüm müəllim gördü və başa düşdü ki, mən dərsə hazır deyiləm. Əvvəlki gün dərsə cavab vermişdim, əmin idim ki, bu gün məndən soruşmayacaq. Bir neçə uşaqla sual-cavab elədi, o müddətdə mən də kitab oxuyurdum. Qəfil məndən soruşdu ki, hazırsan? Dedim, bəli. Tapşırıq Cəfər Cabbarlının dramaturgiyası ilə bağlı idi. Dərsi danışdım, sonra atam getdi. O gedəndən sonra Müslüm müəllim məni sinifdə saxladı. Dedi ki, ədəbiyyat bu millətin, xalqın, tarixin işıqlı, gözəl dəyərlərindən biridir. Əgər sən buna ötəri baxırsansa, mən inanmıram ki, sən normal vətəndaş ola biləsən. Mən də uşaq idim, çox anlamırdım. Amma bu sözlərdən sonra elə bil başımdan qaynar su töküldü. Çünki mən müəllimimi çox istəyirdim. Bu söhbətdən sonra məndə ədəbiyyata, dramaturgiyaya qarşı böyük həvəs yarandı. Elə o vaxtdan qəlbimin gizli yerində aktyorluğa maraq oyandı. Amma aktyor olmaq asan deyil. Yəni, mən özümü tam aktyor hesab eləmirəm. Düşünmürəm ki, artıq bu peşəyə tam yiyələnmişəm.

— Maraqlıdır, hansı milli qəhrəmanımızı canlandırmaq istəyərdiniz?

— Hərbi janrda işləmək çox çətindir. Birinci, sağlamlıq, fiziki hazırlıq önəmlidir. İkinci, müharibə filmləri kütləvi səhnələrdən ibarətdir. Bunları ərsəyə gətirmək üçün böyük maliyyə vəsaiti lazımdır. Mən hər dəfə fikirləşirəm ki, biz qələbəyə nail olduq, artıq belə filmlər ardıcıl şəkildə çəkilməlidir. Şəhidlərimizdən danışsaq, onların hər birinin həyatı, döyüş yolu bədii film mövzusudur. Bütün milli qəhrəmanlarımızın obrazlarını yaratmaq istəyərdim. Kaş qismət ola. Amma zahiri oxşarlıq da vacib məsələdir.

— Ümumiyyətlə, müharibə haqqında nə düşünürsünüz?

— Ümumiyyətlə, arzuolunmaz şeydir. Nə gözəl olardı ki, sülh olardı, əmin-amanlıq olardı, hamı bir-biri ilə dil tapa bilərdi. Amma həmişə belə olmur. Məsələn, qonşularımız 30 il ərzində görün, nələr elədi... nə qədər uşaq ana-atasız, nənə-babasız, nə qədər valideyn övladsız qaldı. Yəni, müharibə ölümdür, dağıntıdır, dəhşətdir, ağır yaradır, qan-qadadır. Bunların heç biri insanlıq tərəfindən nə alqışlana, nə də sevilə bilər. Mən özümüz başda olmaqla bütün millətlərə sülh arzulayıram. Biz torpaqlarımızı müdafiə elədik, haqlı olaraq savaşa girdik, haqlı olaraq da qalib gəldik.

- Canlandırdığınız hansı obraz sizə daha çox təsir edib?

- Mənim üçün elə bir rol olmayıb. Hələ oynayacağım rollar qarşıdadır. Mən bütün bunları bir məşq hesab edirəm. Bəlkə də, bundan sonra bir rol qismət olmayacaq. Çünki obraz bir qismət, taledir. Təkcə biz istəməklə deyil. Lazım olanda özü gəlib bizi tapacaq. Amma yəqin ki, böyük işlər, rollar hələ qarşıdadır. Çünki bizim müharibə səhifəmiz tam açılmayıb. Bu mənada o səhifələr hələ çox vərəqlənəcək. Çünki orada elə nüanslar var ki, onlar çox önəmlidir. Orada olan bizim mövzularımız, qəhrəmanlarımız, iç dünyamız var. Bütün bunlar dünyaya göstərilməlidir.

— Siz həm də müəllimsiniz. Tələbələrinizlə öz müəlliminiz kimi davranırsınız?

— Bizim peşə ilə ədəbiyyat müəllimi peşəsi arasında fərq çox böyükdür. Aktyorluq nizam-intizam çərçivəsində inkişaf edir. Məsələn, indiyə qədər heç kimi gözlətməmişəm. Söz verib, tutmadığım hal da olmayıb. Çünki müəllimlərimdən belə görmüşəm. Mən Vaqif İbrahimoğludan, Əfrasiyab müəllimdən, Fuad müəllimdən, Zəminə xanımdan, Faiq müəllimdən, Nəsir müəllimdən dərs almışam, onlardan bu nizam-intizamı öyrənmişəm. Yəni, mənim qrupumda birinci tələbim budur, ikinci tələbim isə qızlarımıza, qadınlarımıza hörmət. Çünki onlar bizim başımızın tacıdır. Yəqin, insan zamanla özündə nələrisə formalaşdırır. Amma belə düşünürəm ki, bu, qanla gələn bir şeydir. Mənim həyata öz baxışım, münasibətim, qaydalarım, - yazılmayan qaydalarım var. Yazılmayan qaydalara daha çox üstünlük verirəm, nəinki yazılan qaydalara. Yazılan qaydalara onsuz da hamı əməl etməlidir. Məsələn, yol qaydalarına kimliyindən asılı olmayaraq, hamı əməl etməlidir. Amma yolda qaydanı pozan bir insana mən qaydanı pozub yol verə bilərəm. Bu yazılmayan qanundur. Bəzən yazılmayan qaydalara da əməl etmək lazımdır.


— Rejissorluğa marağınız varmı?

— Yox. Çətin sənətdir. Aktyorluqdan da çətin. Rejissorluq sənəti mənə görə, qeyri-adi istedad tələb edən, həyata qeyri-adi baxış tələb edən, insanlara qeyri-adi münasibət tələb edən peşədir. Rejissorluq sənətinə və bu sənətin sahiblərinə heyranam.

— Həmişə “biz çəkdik, biz elədik, biz qazandıq” deyirsiniz.

— Film, tamaşa kollektivin məhsuludur. Mənim tərəf müqabilim, rejissorum yoxdursa, mən kiməm ki. Aktyor sənəti sintetik, kollektiv, bütün sahələri özündə birləşdirən peşədir. Burada “mən elədim” yoxdur. Hamı birlikdə bir işi ərsəyə gətirir.

— İstanbulu çox sevirsiniz. Buna səbəb nədir?

— Ümumiyyətlə, mən Türkiyəni çox sevirəm. İstanbulu isə, bəlkə, Türkiyənin özündən də çox sevirəm. Səbəbini bilmirəm. Amma orada məndən asılı olmayaraq, bütün vücudum silkələnir, bütün bədənim dayanır. Xüsusilə, "boğazda..." - ruhumda nə isə baş verir. Mən bu şəhəri həddindən artıq çox sevirəm. Hesab edirəm ki, Türkiyə gözəl bir üzükdür, İstanbul da onun qaşıdır.
Mənim İstanbul qədər sevdiyim Bakı var. Bakını İstanbuldan az istəmirəm. Bu iki şəhərə mənim böyük sevgim, hörmətim, bağlılığım var. Düşünürəm ki, bu ruhla, qanla bağlı bir şeydir.


— Yaradıcı insanın məsuliyyəti böyükdür, hə?

— Çox ağırdır, məsuliyyətlidir. Bu məsuliyyəti daşıya bilmək çox ağırdır. Yenə bu mövzunu özümlə əlaqələndirirəm. Çünki bütün hallarda bu milləti, adət-ənənələrimizi təmsil edirəm. Mən bu xalqın oğlu kimi ona layiq olmalıyam. Bu bir məsuliyyətdir və bu məsuliyyəti çiyninə götürmək çətin məsələdir. Ona görə də biz çalışmalıyıq ki, bu yükü daşıya bilək, o məsuliyyəti öz üzərimizdə hiss edə bilək. Biz kinonun böyüklüyünə, əzəmətinə qələbəmizi yüksək səviyyədə kino dilinə çevirib dünyaya yayanda bir daha şahidi olacağıq.

Söhbətləşdi: Pərvin İsmayılzadə

Əli Əmirlinin "Komediyalar" kitabı işıq üzü görüb Mərakeşlə mədəni əməkdaşlıq müzakirə olunub Bəstəkarımız beynəlxalq layihədə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://kulis.az
archiveBu xəbər 24 May 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see235

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see228

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see190

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see188

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see148

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see148

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see142

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see142

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see132

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see128

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri