Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Bəlkə də 10 12 xalı hakimlərə görə itirmişik MÜSAHİBƏ

Bəlkə də 10 12 xalı hakimlərə görə itirmişik MÜSAHİBƏ

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

I Liqada mübarizə aparan "Karvan"ın baş məşqçisi Kənan Kərimov Sportal.az saytına müsahibə verib:

- Tam fərqli iki hissədən ibarət oyun oldu. Bizim ən böyük problemimiz ot örtüyü ilə bağlıdır. Komandanın baxımlı oyun nümayiş etdirməsinə mane olur. AFFA-nın 3 komandanın Premyer Liqaya yüksələcəyi ilə bağlı qərarı hamını iştahlandırıb. "Baku Sportinq"in də şansı var. Oyunun gərgin mübarizə şəraitində keçəcəyini bilirdik. Tam bizim nəzarətimiz altında keçən qarşılaşma oldu. Hesabda geridə olmağımıza baxmayaraq, lazım olan qolu vurduq.

- Qeydə alınmayan qolunuz barədə nə deyə bilərsiniz?

- Hakimlik haqda danışmaq istəmirəm. Amma yenə onların kobud səhvinə 3 xaldan məhrum olduq. Epizoda dəfələrlə baxmışam. Hakim həmin anda meydanın mərkəzini yenicə keçmişdi, oradan görməsi mümkün deyildi. Təkrara baxanda görünür ki, Peter Kinqs topu sinəsi ilə qəbul edib qol vurur. Yan xətt hakimi qolu göstərib mərkəzə qaçır. Çünki, yan xətt hakimi epizodu daha yaxşı görürdü. Bunu şübhəli qərar kimi qəbul edirəm.

- Sizdə epizodun fərqli rakursdan görüntüsü var?

- Çəkiliş olsa belə, heç nə dəyişmir. I Liqada VAR sistemini tətbiq etmək hazırda çətindir. VAR sistemi olsaydı, başqa cür olardı. Bəlkə də 10-12 xalı hakimlərə görə itirmişik. Düzdür, onlar da səhv edə bilər. Yenə deyirəm, "Baku Sportinq"lə oyunda hakim uzaqdan həmin epizodu görməsi qeyri-mümkün idi.

- Sizcə, hakimlər səhv edir, yoxsa "Karvan"a qarşı qərəz var?

- Gənc hakimlər var ki, çoxusunu tanımıram. Onların səhv etməsi qaçılmazdır. Amma birdən elə kobud səhv edirlər ki, hakimliyə sığışmır. Özləri bilər, Allahları bilər. Deyə bilmirəm ki, qərəzli olub.

- Bəzi baş məşqçilər deyir ki, Premyer Liqa hakimləri I Liqada özlərini çox arxayın aparırlar. Siz necə düşünürsünüz?

- VAR sistemi olmasa, Premyer Liqada da böyük səhvlər qaçılmazdır. Premyer Liqa hakimləri bizim oyunları da idarə ediblər. Onlar üçün də çətindir. Hakimlik böyük problemdir. Çox danışmaq istəmirəm. Danışdım, komanda böyük zərbələr gördü. Qarşıda 8 tur var. Hazırda 2-ci pillədə qərarlaşmışıq. Amma bu, o demək deyil ki, yerimizi təmin etmişik. Mövqeyimizi qorumaq üçün sona qədər mübarizəmizi aparacağıq. Çempionat həm maraqlı, həm də gərgin olub. Bir tərəfdə sonuncu pillədən qurtulmaq istəyən, digər tərəfdə Premyer Liqa iddiasını davam etdirən komandalar var. 

- I Liqada rəqabət, çempionatın səviyyəsi necədir?

- Böyük rəqabət var. AFFA-nın qərarından sonra çempionat daha da maraqlı olub. Qərarın müsbət təsiri var. Artıq bütün komandalar işlərinə daha məsuliyyətli yanaşırlar.

- Ötən mövsüm "Şamaxı", bu mövsüm "Qəbələ" I Liqada mübarizə aparır. Belə komandaların olması çempionatın səviyyəsinə necə təsir edir?

- Çatışmazlıqlar qaçılmazdır. Hər klubda problemlər var. Premyer Liqada sonuncu yeri tutan komandanın I Liqaya düşməsi doğru qərardır. I Liqada infrastruktur baxımından inkişafın olması üçün zamana ehtiyac var.

- "Qəbələ"nin futbolçusu Şahin Şahniyarov milli komandaya dəvət olundu. Bu, I Liqada oynayan digər futbolçular üçün motivasiya ola bilər?

- Milli komandanın qapıları hər futbolçu üçün açıqdır. Şahin Şahniyarovun çağırılması müsbət hal idi. Mənim ən çox bəyəndiyim futbolçulardan biridir. Şahin Belarusla yoldaşlıq oyununda meydana start heyətində çıxmışdı. Məncə, hələ milli üçün tam hazır deyil. Amma yoxlama matçlarında belə şans vermək yaxşı haldır. Şahinin milliyə dəvət alması, digər futbolçular üçün də motivasiya olacaq.

- I Liqada milliyə namizəd başqa futbolçular var?

- Məhsuldarlıq baxımından ilk sıralarda yer alan iki futbolçumuz (Bəhruz Teymurov, Emil Qasımov) var. Onlara da şans verilsə, yaxşı olardı. Milli komandanın baş məşqçisi hər şeyi daha yaxşı görür. Fernandu Santuş bizim oyunumuzu da izləyib. İşinə qarışmaq istəmirəm, qərar onundur.

- Millinin Haiti və Belarusla oyunları ilə bağlı sizin fikirləriniz necədir?

- Millidə ruh düşkünlüyü var. Ən azından bu iki rəqibdən birini məğlub etmək olardı. Milli ruh ölmüş kimi görünür. Futbolçuların psixoloji durumunu düzəltməyə ehtiyac var. Qarşıdan dünya çempionatının seçmə mərhələsinin oyunları gəlir. Oradakı rəqiblər Haiti, Belarus deyil. Problemləri aradan qaldırmasaq, bizi daha acınacaqlı məğlubiyyətlər gözləyir. Ümid edirəm ki, hər şey düzələr və biz də millinin yaxşı nəticələrinə sevinərik.

- "Karvan"ın Premyer Liqaya hazırlığı necə gedir?

- I Liqada "Qəbələ"dən sonra infrastruktur baxımından ən iddialı klub "Karvan"dır. Bizdə ot örtüyü ilə bağlı problem var. Klub prezidenti Şahmar Vəliyev həmişə bizi diqqətdə saxlayır. Premyer Liqaya yüksəlməyimiz dəqiqləşəndən sonra ot örtüyünün dəyişdirilməsi ilə bağlı işlər başlayacaq.

- AFFA İcraiyyə Komitəsinin qərarında qeyd olunmayıb ki, I Liqada ilk üç yeri tutan komanda Premyer Liqaya yüksələcək. Düşünmürsüz ki, lisenziya şərtlərinə görə ilk üçlükdə olan komandalardan hansınınsa əvəzinə başqası Premyer Liqaya yüksələcək?

- Bu, federasiyanın qərarıdır. Biz onların qarşısına şərt qoya bilmərik. Bizdə böyük işlər, yüksək səviyyədə hazırlıq gedir. Biz öncə ilk üçlükdə yerimizi təmin etməliyik. Düşünürəm ki, "Qəbələ"dən sonra ən yaxşı, ideal şərait "Karvan"dadır.

- "Karvan"ın uzaqdan zərbələrdən qolları çoxdur. Məşqlərdə bunun üzərində xüsusi çalışırsız?

- Əlbəttə. Mən həmişə hücum futbolunu sevmişəm. Özüm də hücumçu olmuşam. Bizim məşq prosesində hər zaman qapıya zərbələr var. Yəqin ki, gördüyümüz işə görə nəticə var. Məhsuldarlıq baxımından da "Karvan" ən çox qol vuran komandadır.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://sportal.az
archiveBu xəbər 29 Mart 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see815

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see452

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see320

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see295

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see284

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see276

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see275

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see273

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see257

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see248

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see244

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see242

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see240

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see238

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see235

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see233

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see219

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see217

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see215

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri