Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

MƏN DEYİRDİM AXI!...

MƏN DEYİRDİM AXI!...

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Etibar ƏLİYEV

Soros Fondu və digər xarici fondlardan ən çox qrant alanların içərisində bu 3 nəfərin də adı var: Elmina Kazımzadə, Emin Əmrullayev və Şahin Seyidzadə. Bu şəxslər qrant aludəçiləri olduqlarına görə çalışdıqları sahələrə ayrılan vəsaitləri də qrantlar kimi mənimsəməyi yadırğamayıblar.

Məsələn, “Təhsildə İnkişaf və innovasiyalar üzrə Qrant müsabiqəsi” adı ilə ayrılan milyonlarla manat vəsait mənimsənilir. Bu işə məsul olan şəxs Təhsil Nazirliyinin “Təhsilin inkişafı proqramları” şöbəsinin müdiri Elvin Rüstəmov Emin Əmrullayevin yaxın dostudur. E. Rüstəmovun milyonluq mülkləri haqqında məlumatlar var. Elm və təhsil naziri Emin Əmrullayev “Yuva” feminist təşkilata milyonlarla manat vəsait ayırıb. Bu təşkilatın layihələri antimilli xarakter daşıyır. Mən dəfələrlə 10 milyonlarla qrant vəsaitlərinin xərclənməsinin auiditnin aparılamasını təklif etmişəm. Regionlarımızda məktəb və uşaq bağçalarının çatışmadığı bir dövrdə dövlətin milyonlarını mənasız və antimilli layihələrə xərclənməsinə nə ad qoymaq olar? Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin müdiri Valeh Mirzalıyev də E. Əmrullayevin sinif yoldaşı və dostudur.

İndi, gəlin, Hesablama Palatasının Elm və Təhsil Nazirliyi və onun tabeliyində olan Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsində aparılmış audit nəticəsində aşkarladığı ciddi maliyyə pozuntularına nəzər salaq. Bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir. Sənədə əsasən, audit 10 tikinti obyektini əhatə edib və bu obyektlər üzrə ümumilikdə 53,5 milyon manat dəyərində dövlət investisiyalarının istifadəsi araşdırılıb.

- Yoxlama zamanı müəyyən edilib ki, layihələrin texniki-iqtisadi əsaslandırmaları olmadan planlaşdırılması nəticəsində dövlət vəsaitindən səmərəli istifadə təmin olunmayıb, ayrı-ayrı obyektlər üzrə layihə və smetalarda nəzərdə tutulmayan işlər yerinə yetirilib, bu isə 92 086 manat, 633 723 manat, 560 330 manat və 784 318 manat əlavə vəsait xərclənməsinə səbəb olub.

- Müqavilə və aktlarda göstərilən işlərin faktiki olaraq ya icra edilmədiyi, ya da həcminin şişirdildiyi aşkarlanıb, satınalmalar zamanı qanunvericiliyin tələbləri pozulub, bəzi hallarda tenderlər obyektin ehtimal dəyəri müəyyən olunmadan keçirilib, 5 tikinti obyekti istifadəyə verilsə də, balans uçotuna daxil edilməyib, bu da 30,6 milyon manat dəyərində dövlət əmlakının hesabatlılığında şəffaflığa xələl gətirib.

- Quraşdırılan avadanlıqların sənədləşməsi və smeta bölmələrinin ekspertizadan keçirilməsi qaydaları pozulub.

Digər “qəhrəmanımız” 2022–2024-cü illərdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri işləmiş Şahin Seyidzadənin korrupsiya əməllərinə diqqət edək:

Hesablama Palatası "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və tabeliyindəki qurumlarda dövlət büdcəsi vəsaitlərinin xərclənməsi və əmlakın idarə olunması zamanı ciddi maliyyə pozuntuları aşkarlanıb. Bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir.

Auditin nəticələrinə əsasən, İdarə dövlət sifarişi üzrə büdcə tələbatını “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın tələblərinə əməl etmədən hesablayıb. Belə ki, bölmәlәr üzrә müvafiq olaraq 1 735 336 manat vә 863 661 manat vәsait artıq proqnozlaşdırılaraq tәqdim edilib, bununla yanaşı, İdarәnin hesablaşma hesabında tәsәrrüfat gәlirlәri üzrә 2 il üzrә müvafiq olaraq 320 551 manat vә 1 405 448,02 manat qalıq vәsaitlәr dә büdcә vәsaitinә tәlabatın hesablanmasında nәzәrә alınmayıb.

Bundan başqa audit aşağıdakı pozuntuları da ortaya çıxarıb:

- 2022-ci ildə keçirilmiş 28 satınalma prosedurundan heç birinin ehtimal olunan qiymətləri təsdiqlənməyib, müqavilələr dövlət satınalmalarının vahid portalında yerləşdirilməyib;

- Xarici qonaqlar üçün aviabiletlərə 33 012 manat, otel xərclərinə isə 16 138 manat vəsait satınalma proseduru olmadan xərclənib;

- Ştatdankənar vəzifələr üçün əsas olmadan 13 645 manat əməkhaqqı ödənilib;

- Avadanlıqların texniki spesifikasiyalarında uyğunsuzluğa görə 42 174 manat artıq vəsait ödənilib;

- “Multani” və “Buxara” karvansaraylarının təmiri üçün ümumi müqavilə dəyəri 20 292 854 manat olan satınalmalar qanunsuz şəkildə həyata keçirilib, bu çərçivədə audit dövründə 13 498 516 manat xərclənib;

- Lisenziyaların uçotdan kənarda qalması nəticəsində 44 246 manat məbləğində qeyri-maddi aktivlər qeydiyyata alınmayıb.

- Hesabatda ümumilikdə 183 240 manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpası tövsiyə edilir. Bununla yanaşı, müxtəlif hüquq pozuntuları üzrə aidiyyəti qurumlara məlumatların təqdim olunması və məsul şəxslərin cavabdehliyə cəlb edilməsi təklif olunur.

Bütün nazirliklərin və Komitələrin nəzdində ictimai Şuralar yaradılıb. Çox təəssüflər olsun ki, həmin şuraların ictimai nəzarət həyata keçirmək imkanları yoxdur. Əslində nazir və komitə sədrləri “İctimai iştirakçılıq haqqında” qanunun tələblərinə məhəl qoymurlar. Ölkə başçısı cənab İlham Əliyev çıxışlarında dəfələrlə İctimai nəzarətin güclü olması barədə danışıb. Lakin məmurların demək olar ki, əksəriyyəti ictimai nəzarətə maneçilik törədirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Aprel 2025 07:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see550

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see542

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see535

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see474

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see454

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see432

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see368

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see360

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see347

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see328

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see320

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see312

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see296

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see294

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see293

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see280

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see279
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri