“Mən əməliyyatda olanda bacımın ürəyi gedib”
Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım”.
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmin vaxt yaşananlardan danışıb. O bildirib ki, əməliyyat 8 saat davam edib. Sənətçi əməliyyatda olduğu müddətdə bacısının halı pisləşib:
“Bacım deyir ki, öldük-dirildik. Hətta mən gec çıxdım əməliyyatdan, bacımın ürəyi gedib”.
M. İsgəndərli konsertə hazırlaşdığı müddətdə də fəaliyyətini dayandırmadığını söyləyib. O bildirib ki, ətrafındakılar ona konsertdən əvvəl iki ay dincəlməyi məsləhət görsələr də, son günə qədər toylara gedib:
“Hamı deyirdi ki, konsert verəndə iki ay dincəlməlisən. Amma mən axırıncı günə qədər toyda idim. Mənim sponsorım yox idi. Toya getməliydim ki, konsertin pulunu saxlayım”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 31 Oktyabr 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















