Icma.az
close
up
RU
“Mən nə bilim Venesuelanın prezidenti həyat yoldaşı ilə hardadı, neynir” futbol ictimaiyyətinin nümayəndələri danışdı

“Mən nə bilim Venesuelanın prezidenti həyat yoldaşı ilə hardadı, neynir” futbol ictimaiyyətinin nümayəndələri danışdı

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Yanvarın 3-ü səhər saatlarında dünyada heç vaxt unudulmayacaq bir hadisə baş verdi.

Belə ki, Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələri Venenesuelaya hücum etdi, “Delta Force” xüsusi təyinatlıları birbaşa ABŞ prezidenti Donald Trampın göstərişi ilə Venesuela prezidenti Nikolas Maduronu və onun xanımı Siliya Floresi yataq otağından götürüb apardılar. Bəli-bəli, düz oxuduz, müstəqil bir dövlətin başçısı oğurlandı, artıq ona narkocinayətkarlıqla bağlı ittiham da irəli sürülüb.
Bu hadisə dünyanın hər yerində adamları ikiyə böldü. Maduro ilə xanımını yataq otağından götürdən Trampa haqq qazandıranlar da var, onu lənətləyənlər də. Azərbaycan futbol ictimaiyyətinin bəzi nümayəndələrinin bu olaya münasibətini öyrəndik.
Ruslan Əmircanov:

“Qadan alım, “Futbol+”dən olduğunu deyib, mənə siyasi suallar verirsən. Mən nə bilim Venesuelanın prezidenti həyat yoldaşı ilə hardadı, neynir. Mənə de ki, top necə gedəcək, futbolu kim oynayacaq? Maraqlı suallar verirsən e... Mənim başımı siyasi söhbətlərə qatma. Futboldan danış e... Nə fikir bildirim? Kimi axtaraq? Venesuelanın prezidentini hardan tapaq? Gülməli, maraqlı suallar verirsən e, qardaşım”.

Kənan Məstəliyev:

“Maduro məsələsi əslində prezident İlham Əliyevin təəssüflə təkrarladığı ifadəni bir daha sübut etdi. Beynəlxalq hüquqa inam qalmayıb. Bu ancaq kağız üzərindədi. BMT də qüvvəsini itirib. Kim güclüdüsə, o da qalib gəlir. 44 günlük müharibə dövründə haqlı savaşımızda gördüklərimiz hər gün təsdiqini tapır. Bunlar qeyri-demokratik addımlardı. Zirvə nöqtəsi də Trampın administrasiyasının atdığı addımdı. Bir dövlətin başqa dövlətin rəsmi prezidentini oğurlamasının heç bir hüquqi, demokratik əsası yoxdu. BMT-nin Təhlükəsizlik Şürası toplanmalı, müvafiq qərar verməli, legitimlik şübhə altına salınmalı, bununla bağlı BMT-nin sanksiyası tədbiq olunmalı idi. Bu halda qəbul etmək olardı. Bir prezidentin başqa ölkənin prezidentini bu şəkildə götürüb aparmasının heç bir hüquqi əsası yoxdu, çox təhlükəlidi. Prezident İlham Əliyev illər əvvəl nə deyibsə, düzgün deyib. Sadəcə, güclü olmaq lazımdı, öz maraqlarımızı düşünməliyik və buna uyğun addım atmalıyıq”.

Yaşar Seyidov:

“Mən bu məsələni lap əvvəldən izləmişəm. İş ondadı ki, ABŞ kimi sivil dövlət Venesuelaya bildirib ki, ölkəmizi narkotiklə zəhərləməyin. Narkomaniya ilə gənclərimizi məhv edirsiz, yollarını azıb, pis vərdişlərə qurşanırlar. Rəsmi şəkildə məktublar göndərilib, xəbərdarlıq edilib. Amma onlar bundan əl çəkməyib. İndi özünüz fikirləşin. Amerika kimi dövlətin rəhbəri nə etməli idi? Ölkəsini zəhərləyir. Buna görə də Trampın etdiyi hərəkət çox doğrudu. Sözlə başa düşməyənə belə etmək lazımdı. Vladimir Zelenski gözəl açıqlama verib ki, diktatorla necə davranmaq lazım olduğunu Tramp çox yaxşı bilir. Biz sağlamlığın, xoşbəxtliyin lehinəyik. Sözlə başa düşməyiblər deyə belə ediblər. Hətta Maduroya Türkiyədə sığınacaq təklif olunub, qəbul etməyib. O Trampa deyirdi ki, Karakasdayam, duxun çatırsa, gəl bura, götür. Onlar da gəldilər, götürdülər (gülür). Ölkəmizdə bununla bağlı ciddi qərarlar var. DİN əlindən gələni edir. Dövlət səviyyəsində işlər aparılır. Nail Kəmərlinin verilişlərinə baxıram. Göstərir ki, bu işin sonu budu. Narkotikdən uzaq olmaq lazımdı”.

MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Yanvar 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see427

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see166

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see133

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri