Icma.az
close
up
RU
Türkiyənin PUA istehsalını öyrətdiyi ölkə rəqibə çevrildi: Gündə 200 PUA istehsal edirlər FOTO

Türkiyənin PUA istehsalını öyrətdiyi ölkə rəqibə çevrildi: Gündə 200 PUA istehsal edirlər FOTO

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədən çox sayda pilotsuz uçuş aparatı alan və onların istehsalı ilə bağlı dəstək alan Ukraynadan gözlənilməz bir addım gəlib. Ölkə gündə 200-dən çox uzaqmənzilli zərbə dronunun seriyalı istehsalına başlayıb.

Milli.Az xəbər verir ki, Ukraynanın "Fire Point" şirkəti gündə 200-dən çox uzaqmənzilli zərbə dronunun seriyalı istehsalını quraraq xaricdən asılılığı əhəmiyyətli dərəcədə azaldıb. Şirkət əsas komponentlərin istehsal dövrünü demək olar ki, tamamilə yerliləşdirib.

Şirkət mühərrik hissələrinin 97%-dən çoxunu yerli imkanlarla istehsal etməyə başlayıb və istehsal həcmini daha da artırmağı planlaşdırır.

Bu barədə məlumatı şirkətin texniki direktoru İrina Terek Fransanın "Air & Cosmos" aerokosmik jurnalının baş redaktoru Ksaver Teitelmana verdiyi müsahibədə açıqlayıb. Terekin sözlərinə görə, mühərriki təşkil edən 82 hissədən 80-i artıq Ukrayna daxilində hazırlanır. Şirkət tökmə və emal mərhələsindən tutmuş yekun montaja qədər bütün istehsal prosesini uğurla idarə edir.

İrina Terek vurğulayıb: "Biz maliyyələşmə, kəşfiyyat və ümumi siyasi dəstək məsələlərində tərəfdaşlarımızın köməyindən çox asılıyıq. Lakin texniki bacarıqlar və avadanlıq baxımından mümkün qədər müstəqil hərəkət etməyə çalışırıq."

Əvvəllər şirkət tamamilə xarici mühərriklərdən asılı idi və bu, istehsalın genişləndirilməsi üçün ciddi maneə yaradırdı. İstehsalın yerliləşdirilməsi qiymətlərə də böyük təsir edib. Məsələn, səsboğucu kimi hissələrin yerli istehsalı vahid xərcləri 400 avrodan 70 avroya qədər endirib.

Hazırda istehsal olunan FP-1 və FP-2 tipli uzaqmənzilli PUA-ların bir ədədinin dəyəri təxminən 58,000 dollar təşkil edir. Bu rəqəm Rusiyanın istifadə etdiyi "Şahid" (Shahed) zərbə dronlarından xeyli ucuzdur. Gələcəkdə gündəlik istehsal həcminin 400 ədədə çatdırılması hədəflənir.
Lalə Qüdrətova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Yanvar 2026 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri