Icma.az
close
up
RU
Mən onun mətnləri ilə nəfəs alıram... Həmkarlarının Saday Budaqlı barədə fikirləri

Mən onun mətnləri ilə nəfəs alıram... Həmkarlarının Saday Budaqlı barədə fikirləri

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Bu gün yazıçı Saday Budaqlının doğum günüdür.
Kulis.az bu münasibətlə yazıçı haqqında qələm adamlarının fikirlərini təqdim edir.



Fəxri Uğurlu :

"Bu illər boyu ədəbiyyatın, sənətin, qəlbin, vicdanın üstündən çəkilməyən qara buludlar mənim içimə düşən o gümüşü işığa kölgə sala bilmədi. Sadayın “ilk” kitabını oxuyanda mən eynən Kafkanın hekayələriylə tanış olan Markesin (yanılmıramsa, o zaman onun da on yeddi yaşı olub) keçirdiyi duyğuların tilsiminə düşmüşdüm: demək, belə də yazmaq olarmış, əgər bunlar ədəbiyyat üçün yarayırsa, demək, yazmağa dəyər..."


Etimad Başkeçid :

"Bu gün Azərbaycan ədəbiyyatının önəmli simalarından biri, yazıçı və tərcüməçi Saday Budaqlının doğum günüdür. Biz indi görüntü və şəxsi brend kimi məsələlərin keyfiyyətə, sənətkarlıga, ustalığa meydan oxuduğu bir zəmanədə yaşayırıq. “Sənətkar”lar auditoriyanın radarında qalmaq üçün əldən-ayaqdan gedir. Sürət, görüntü, kəmiyyət, sosial şəbəkələr, layklar, filan... “Əvvəldə söz vardı və söz Tanrıydı" baxış sistemindən çıxış edən insanların varlığını marginallaşdırmaga çalışan, qəmzəsi can alan, gərdişi əla bir “mədəniyyət” tipi formalaşır.
Amma və lakin...
Dünya dəyişilməyinə dəyişilib, amma onun mənəvi iyerarxiyasını yenə də Saday Budaqlı kimi söz ustaları formalaşdırır. Bu həmişə belə olacaq! Saday Budaqlı yuxarıda sadaladığımız kriteriyaların heç birinə cavab vermir. “Ay mən bloq aparım, müzakirələrə qatılım, trendlərlə ayaqlaşım, səsimi eşitdirim” – belə şeylər onluq deyil. Saday Budaqlının rus dilinə tərcümə olunmuş əsərləri vaxtilə məşhur “Nedelya” həftəliyinin və “Drujba narodov” jurnalının “İlin ən yaxşı hekayəsi” mükafatlarını alıb.
Üstəlik o, M.Qorki adına Ümumittifaq mükafatına da layiq görülüb. Sovetin vaxtında arxasında heç bir fövqəladə gücün dayanmadığı bir sənətkarın bu mükafatları alması zarafat deyildi! Sonrakı mərhələdə, az qala, bütün enerjisinin yaşamaq ugrunda mübarizəyə sərf etməyə məcbur qalmasaydı, Saday indi xeyli fərqli yerlərdəydi... Azərbaycanda isə Saday Budaqlı yalnız M.Bulqakovun “Master və Marqarita” romanının Azərbaycan dilinə uğurlu tərcüməsinə görə, respublika Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə" mükafatını alıb.
Buna da şükür!
Bu gün redaktoru olduğum “Xəzər” – tərcümə, ədəbiyyat və mədəniyyət jurnalında qaqamla çiyin-çiyinə addımladığım üçün özümü şanslı adam sayıram. Ondan çox şey öyrənmişəm, öyrənə-öyrənə də gedirəm! Burdan sözün əsl mənasında usta sənətkar, gözəl qəlbli dostum-qardaşım Saday Budaqlının 70 yaşını təbrik edirəm! Onun həmişə belə enerjili, sağlam qalmasını, hüzurlu, qayğısız yaşamasını Tanrıdan təmənna edirəm!"


Şərif Ağayar :

"Saday müəllimin kitabı bütün zamanlarda bizə bədii-estetik zövq yaşadacaqdır. Əslində bədii-estetik zövq ifadəsi şəxsən mənim keçirdiyim hissləri çox zəif ifadə edir. Axırıncı dəfə Füzulini oxuyanda sözün ecazından bu qədər heyrətlənmişdim. Saday Budaqlı hekayələrində o qədər masterlik göstərir ki! Yadıma yüksək səslə oxuyan muğam ifaçıları düşür – zildə şaqraq zəngulə vuranlar! Saday hisslərin dərinliyinə o qədər enir ki… Elə sözlər seçir ki… Bəli,bir azərbaycanlı yazıçı belə mətnlər yazır və məsələnin fəlakətli tərəfi ondadır ki, bu yazıçıdan çoxunun xəbəri yoxdur".


Qurban Yaquboğlu :

"İlk dəfə Saday Budaqlıyla Bakıda qarşılaşıb tanış olanda o, Qazaxda "Sınıq körpü" jurnalını buraxırdı. Mən artıq Sadayın kitablarını oxuyub heyran olmuşdum.
"Uduş", "Çat". Heyrətamiz xüsusiyyəti dərhal adamı özünə cəlb edirdi; elə danışırdı, elə bil, yüz ildi tanışsız.
"Aralı qapı" hekayəsi adıyla beynimdən asdığı rəsmi indi də qoruyub saxlayır. Ən çox "Şəbəkə"sini sevmişdim. "Ulduz" jurnalında bir povesti çap olunmuşdu, deyəsən, sonralar onu heç bir kitabına salmadı. "Qırxıncı otaq"da kafedə çalınan musiqini elə bilirəm hekayəni oxuyanda eşitmişəm, hələ də çalınır. Mənə hərdən qorxa-qorxa elə gəlir, bədii ədəbiyyat yox olanda insanlıq (b)itəcək".


İradə Musayeva :

"Saday Budaqlının qəhrəmanları, adətən “adam içində adam” təsəvvürü yaradır. Ya daxilindəki adam onunla, ya da o daxilindəki adamla “vuruşur”. Bəzən rus suveniri (biri digərinin içərisində gizlənən, bir-birindən balaca) Matryoşka (ana kukla) kimi görünür bu adamlar. Qaldırdıqca içərisindən daha bir adam boylanır, çıxır. Sürpriz kimi…
“Zədə” romanının qəhrəmanları isə suvenir sürprizi kimi görünmür, situasiyaların, şəraitlərin “doğduğu” və bu situasiyalarda kiçildikcə kiçilən, əridikcə əriyib yoxa çıxan adamlardır… Bu suvenir kuklanın içərisində olduğutək, onun qəhrəmanı da sanki soyunduqca soyunur, soyulduqca soyulur, axırda lap balaca, kiçik fiqur kimi qalır. Böyük fiqurların içərisində gizlənib qalmış balaca adamdır hədəf. Amma bu balaca adam elə balaca doğulmamışdı. Onu yenidən doğanlar var, daha doğrusu, bu romanda da aydınca gördük ki, hər bir insan sanki bir ömür boyu öz yaradılığışını mənfi mənada “redaktə”, təhrif işi ilə məşğulmuş…"


Cavanşir Yusifli :

"Mənə elə gəlir ki, Saday Budaqlı ilk növbədə üslubu ilə seçilən yazıçıdır. Onun yazılarında impressionist xətti görməmək mümkün deyil. Elə bil ki, yazıçı bir hissin dalınca düşür, hiss hissi doğurur və bu anidən qarşısıalınmaz silsiləyə çevrilir. Hiss hissi doğurur, dedik. Nəyəsə canatma daxili dinamikanı gücləndirir, sənə elə gəlir ki, bütün təsvir vasitələri də arxada qalır, o dinamikanı vermək anlamında gücsüz nəsnələrə çevrilirlər. Saday Budaqlının yaradcılığında baxış olaraq Berqsondan, üslub olaraq Prustdan gəlmə şeylər var. Fərdiliyə, fərdi məqamların qabardılıb araşdırılmasına önəm verilməsi Sadayın yaradıcılığında mühüm yer tutur. İstənilən nəsr əsərində hadisə olmasa da süjet olur. Saday mətnin özündə ümumi xüsusiyyətləri yox, unikal olanı seçir.
Bu isə, demək lazımdır ki, gerçəkliyə xüsusi, əlahiddə baxışın olmasını tələb edir. İlk baxışdan adama elə gəlir ki, Sadayın mətinin keyfiyyəti dillə bağlı məsələdir. Bizdə dili yaxşı olan, keyifyyətcə nəsr mətni kimi yaxşı olmayan əsərlər həddindən atıq çoxdur. Amma Sadayda məsələlər fərqlidir. Mən iki cəhəti vurğulamaq istəyirəm: dilin dəf edildiyi nəsr əsərləri, bir də var, dil dəf edilmir, əksinə dilin özü bütün şaqraqlığı və axar-baxarı ilə mətləbi dəf edir, sənə qarşı durur, səni öz içində əridir, sən də buna, doğrudan da, bir nəsr əsəri kimi baxır, oxuyursan. Biz təbii ki, dəfələrlə belə mətnləri oxumuşuq. Saday Budaqlıda birinci hal üstündür. Hər hansı bədii mətndə dil insanla gerçəklik arasında bir maneədir, onu dəf etmək lazımdır".


Məti Osmanoğlu :

"60-cı illər ədəbiyyatında hekayəni və şeiri sonluğun üzərində qurmaq tendensiyası var idi. Ancaq Saday Budaqlının hekayələrinin sonluğu bənzərsiz və çox gözəldir. Hər sonluq özü yaddaqalan söz tablosudur. Bu – hekayəni sonluq üzərində qurmaq tendensiyası deyil, tamam fərqli hadisədir. Sadayın hekayələrinin sonluqları estetik şedevrlərdir. Azərbaycan ədəbiyyatında görünməmiş şeydir".


İlham Əziz :

"Ölkəmizin böyük yazıçısı Saday Budaqlının doğum günüdür. Onun varlığı bizi məsuliyyətli olmağa vadar edir. Müasir Azərbaycan nəsr dilinin modernləşməsində Saday Budaqlının rolu danılmazdır. Saday müəllimin hekayələri ədəbiyyatmızın tükənməz sərvətidir. Forma və üslubun təntənəsidir".


Cavid Ramazanov :

"Saday Budaqlı 80-90-cı illərdə Azərbaycan nəsrinin nəfis nümunələrini yaradıb. Bəlkə, tənqidçilərin başı həddindən çox məmur yazıçıları tərifləməyə qarışıb, bəlkə, Saday Budaqlı özü gözə batmaq istəməyib - ya vəlvələdən, ya zəlzələdən diqqətdən kənarda qalıb nəsri. Amma əminliklə demək olar ki, “Yolüstü söhbət” kitabını rahatca "Yerli nəsr - Ən yaxşılar" rəfinin bir gözünə qatmaq olar".

Orxan Cuvarlı :

"Onun hekayələrini, mətnlərini oxuyanda həmişə ürəyim qəribə aramlıq tapır. Saday Budaqlının yaradıcılığı sovet nəsriylə müasir nəsrimiz arasında körpü misalıdır. Onun yaradıcılığı bu iki zaman arasındakı ilgəkdir. "Yolüstü söhbət" iş masamın üstündədir. Hərdən yorulanda, ümidsizləşəndə, gücüm tükənəndə vərəqləyirəm, tanış hekayələrdə bir ümid işığı tapıram, bir saman çöpünə tutunuram".


Orxan Həsən
i :

"Saday Budaqlı mənim ən yaxın “dost”umdur. Mən onun mətnləri ilə nəfəs alıram. O, Azərbaycan nəsrinin ən böyük yazıçısıdır".

Nadir Yalçın
"Saday Budaqlı haqqında, demək olar, hər gün fikirləşirəm. Xoşbəxtlikdən, qələmindən çıxan nümunələri oxuyandan sonra onunla canlı ünsiyyətdə də olmuşam, davranışını, ətrafda baş verənlərə reaksiyasını, xaotik məqamda təmkinini, sakitlikdə aramla – qışqırmadan, səs-küy salmadan xoşuna gələn, gəlməyən şeylər haqqında danışığını diqqətlə müşahidə etmişəm.
O, danışdığı kimi yazır?
Qətiyyən. Saday Budaqlı yazdığı kimi yaşamağa çalışır. Daha dəqiq, o, yazdıqlarının, istedadının, mütaliəsinin haqqını vermək uğrunda mücadilə aparır. Bunu müxtəlif məqamlarda, hətta susanda belə büruzə verir. Azərbaycanda bəzi orta yaşlı və ahıl müəlliflər Saday Budaqlı nümunəsindən örnək götürüb sanballı qalmağın yollarını axtara, hörmətlə yaşlanmağın didaktikasını öyrənə bilərlər".

"Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar..." - Günün mahnısı Qatarlar gəlib keçər bir gecədən bir gecəyə... - Günün mahnısı Robert De Niro Bakıda restoran açacaq
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 Noyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see259

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see250

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see178

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see168

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see165

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see148

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see148

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see139

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see137

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see137

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see136

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see135

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see135

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see134

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see132

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see132

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see129

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see128

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see128

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri