Icma.az
close
up
RU
Saday Budaqlı: “Mən o kitabı yazmışam...” Müsahibə

Saday Budaqlı: “Mən o kitabı yazmışam...” Müsahibə

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az Orxan Həsəninin yazıçı Saday Budaqlı ilə müsahibəsini təqdim edir.
- Bu il yetmiş yaşınız tamam olur. Əvvəla, sizi gələcək doğum gününüz münasibətilə təbrik edirəm. Bəzən deyirlər ki, yaş üstünə yaş gəldikcə keçmiş daha da yaxınlaşır. Yetmiş yaşın zirvəsindən ömürə baxanda ən parlaq görünən nədir? Xoş günlər, bəd günlər, peşmanlıqlar, uğurlar?.. Nələr?

- Təbrikə görə sağ ol. Təbii ki, mən də doğum günü münasibətilə kimlərisə təbrik etmişəm, onlara nələrsə arzulamışam. Ancaq heç demə, yetmiş fərqli yaşdı. Adamı xof basır. Əslində, qocalıq – xəstəlikdi. Gücün-qüvvən tükənir, gözünün nuru azalır, dişin, saçın tökülür. Gərək ağıldan qıvraq olasan ki, buna sevinəsən. Doğmalarımı, sevdiklərimi və məni sevənləri bezdirmədiyimi, onlara yük olmadığımı hiss eləsəm – bəsimdi. Bir də imkan tapıb, ürəyimdəkiləri yazmaq. Təki ağrımayım, bunu bacarım. Ölümsə gələndə səssiz-səmirsiz gəlsin, yatasan, səhər oyanmayasan. Təbrik əvəzi mənə bax, bunları arzulaya bilərsən.
Yaşadığım ömürə gəlincə... Hər şey elə bil dünən olub. Əl uzatsan, çatar. Vaxt çox tez keçib. Adama elə gəlir. Ancaq olub-keçən anları, məqamları, hadisələri yada salanda, heç də az yaşamadığın aydın olur.

Keçmiş haqqında ümumilikdə düşünmürəm. Nələrisə xatırlayıram. Ağrılı məqamlar daha çoxdur. İtirdiyim doğmalar, dostlar, elədiyim səhvlər, yanlışlıqlar, unamadan qırdığım könüllər...

Yayın qızmarında son qurtumunu içib, yoldaşına saxlamadığın suya görə də hələ əzab çəkirsən. Bütün bunlara baxmayaraq, yaşadığım həyata peşman deyiləm. Yazı ən müqəddəs yerim olub, başqa məqamlarda alçalıb-alçaltsam da, bu məkanda dürüst olmuşam, sözə xəyanət eləməmişəm. Hətta dostumun da ürəyinə toxunacağımdan çəkinmədən yazısı haqqında fikirləşdiyimi demişəm. Ancaq dediklərimin yüz faiz həqiqət olduğu iddiasında da deyiləm.

- Saday Budaqlının mətnləri Azərbaycan dilinin modern nəsr potensialını ortaya qoyur. Yəni bu dilin gücü yalnız klassik nəsrə yox, modernist nəsri daşımağa da çatır. Yaradıcılığa ilk qədəm qoyduğunuz zamanlar, səksəninci illərdə ədəbi mühitdə bu mətnlərə münasibət, ilk reaksiyalar necə oldu? Ümumiyyətlə, başa düşülmək kimi bir problemlə qarşılaşmamısınız?

- Qorki adına Ədəbiyyat İnstituna gedəndə Azərbaycanda iki hekayəm çap olunmuşdu. İyirmi dörd yaşım var idi. Ədəbi jurnal-qəzet az olduğundan bir-iki yazı ilə imzan, demək olar, tanınırdı. İlk hekayəmin çapı məni həvəsləndirmişdi. Onda gündüz zavodda fəhləlik eləyib, axşam Politexnik İnstitutunda oxuyurdum. Arada vaxt tapanda yazırdım. İkinci hekayəmin çapı çox uzandı. Təbii ki, ədəbi jurnallar az olduğundan çap olunmaq çətindir. “Aralı qapı” hekayəsi indi də xoşladığım yazılarımdandı. Ancaq bəyənsələr də, “zaqonun” (yığılıb qalan yazılar) çox olduğunu deyirdilər.
Beləcə illərlə gözləyə bilərdin. Mən də gənc, iddialı, elə bilirdim, ilk yazımdan sonra bütün qapılar üzümə açılacaq. Nəsə, axırda ruhdan düşdüm, yazıb-yazmamaq barədə fikirləşməyə başladım. Onda yazılarımı Elçinə aparmaq qərarına gəldim. Elçin o vaxt Yazıçılar İttifaqının katiblərindən biri idi. Və bu görüş həyatımı dəyişdi. Elçin dedi, sənə filoloji təhsil almaq lazımdı.

Beləcə, onun məsləhəti və köməyi ilə Ədəbiyyat İnstitutuna qəbul olundum. Moskvada oxuduğum müddətdə yazdığım hekayələr “Drujba narodov”, “Naş sovremennik” jurnallarında, “Nedelya” həftəlik məcmuəsində çap olundu, mükafatlar aldım, hekayələrim müxtəlif dillərə tərcümə olundu, sonra da kitabım çıxdı. O da M.Qorki adına mükafata layiq görüldü. Belə çıxır ki, Rusiyada daha yaxşı başa düşülmüşəm, yazdıqlarım daha yaxşı qarşılanıb.

- Müsahibələrinizin birində Qorki adına Ədəbiyyat İnstitutunda keçən günlərinizin həyatınızın ən gözəl günləri olduğunu demişdiniz. Əlbəttə, belə olmasında gəncliyin, gənc olmağınızın da rolu var. Həmin institutda oxuduğunuz zaman sizə birbaşa, canlı ünsiyyətlə hansı müəlliflər təsir eləmişdi?

- Bayaq qeyd elədim. On yeddi yaşımda rayondan Bakıya gəlmişdim, kirayədə qalırdım, gündüz işləyir, axşam institutda oxuyurdum. Yəni nə qədər istəsəm də, yazı ilə məşğul olmaq çətindi. O vaxtkı gün-güzəranımdan, duyğularımdan, yaşantılarımdan uzun-uzadı danışmaq istəmirəm. Qısaca onu deyim ki, yazmaq üçün institutdan bir il möhlət götürdüm, ikinci növbə işləyir, gecə səhərə qədər yazır (o yazıları sonra çapa vermədim), günorta yuxudan oyanıb işə gedirdim. Və birdən Moskva, Ədəbiyyat İnstitutu: zəngin kitabxana, səviyyəli müəllimlər, mühazirələr, tanınmış yazıçıların apardığı seminarlar... Bütün institutda vur-tut 200-250 nəfər oxuyurdu, dərslər saat onda başlayırdı (yazı əhlinin gec yatdığını nəzərə almışdılar). Yəni oxumaq, yazmaq üçün tələbəyə hər şərait yaradılmışdı. Səni yaradıcı ovqatdan heç nə ayırmırdı. Bakıda gün-güzəranıyla əlləşən bir gəncin Moskvadakı halını özün təsəvvür eləyə bilərsən.

- Sizcə, yazıçının formalaşmasında ən böyük rolu nə oynayır? Şəxsən sizin təcrübənizdə bu, daha çox şəxsiyyətlə, mühitlə, yoxsa zamanın ruhuyla bağlı olub?

- Yəqin, ən əvvəl yazıçı doğulmalısan. Ancaq istedad kövrək şeydir, gəldiyi kimi də günlərin bir günü xəbərsiz-ətərsiz uçub gedə bilər. Hər şey özündən asılıdır. Əgər yazmağı həyatının mənası hesab edirsənsə, heç bir çətinliyə, ətrafında baş verənlərə baxmadan yazmalısan.

Ceyms Coys “Uliss” romanını Birinci Dünya müharibəsinin qızğın dövründə yazıb. Aləm qarışıb, insanlar bir-birinə girib, qan su yerinə axır, o isə pəncərəsinin pərdələrini dünyanın üzünə qapadaraq əsərini yazmaqla məşğul olub. Bunu hər yazıçı bacarmaz. Bu peşənin onun missiyası olduğunu dərk eləyən yazıçı bunu bacarar.

- Sizin “Zədə” romanınız Azərbaycan ədəbiyyatında ən sevdiyim romanlardan biridir. Bu romanı o qədər sevdim, hətta ilk romanıma ondan epiqraf verdim. Mənə maraqlıdır, "Zədə" yazılanda siz hansı mənəvi-psixoloji vəziyyətdə idiniz? Romanın yazılma prosesi haqqında danışa bilərsiniz?
- “Zədə” romanını tələbə vaxtı Moskvada yazmağa başladım, Bakıda bitirdim. 1984-cü ilin yayı idi, Moskvadan təzə gəlib, “Yazıçı” nəşriyyatında işə düzəlmişdim. Hələ qalmağa yerim yox idi. İstedadlı şair, naşir və gözəl insan Aydın Səlimzadə Moskvada nəşr olunan “Vıiqrış” (“Uduş”) kitabımı gətirmişdi.

Biləndə ki, qalmağa yerim yoxdu, məni Şərq bazarının yanındakı ümumi həyəti, ümumi tualeti olan birotaqlı evinə apardı. Dedi, Türkmənistana gedirəm, burada qal. Soyuducudakı bir balon spirti də göstərib, yaradıcılıqda uğurlar dilədi. Romanı o evdə tamamladım.
Gənclikdə dünyanı öz arzuladığımız kimi çəhrayı işıqda təsəvvür eləyirik: hər şey gözəl, insanlar mehriban, xeyirxah. Böyüdükcə bunun heç də belə olmadığını görürük, onda da, necə deyərlər, xəyal qırıqlığına uğrayırıq, ruh düşkünlüyü yaranır, bədbinləşirik.
Roman insanın özü və dünya ilə barışması haqqındadır. Qarşılaşdığın pisliklər səni heyrətləndirir, düşkünləşdirir, həyat gözündən düşür. Ancaq sonralar yaxşıda pis yox, pisdə yaxşı axtarırsan, dünyanı da, insanları da olduğu kimi, öz pislikləri və gözəllikləriylə bir yerdə qəbul eləyib sevməyə başlayırsan.

- Saday Budaqlının nəsri daha çox psixoloji nəsr hesab olunur. Bu nəsrdə qəhrəmanlar daha çox öz içlərində yaşayırlar. Süjet də o qəhrəmanların daxilində cərəyan edir. Şübhəsiz, yazıçı üçün müşahidə çox əhəmiyyətlidir. Bunu nəzərə alaraq, sizin üçün xarici müşahidə vacibdir, yoxsa daxili?


- İlk hekayəmi babamdan yazmışam (“İşıq zolağı” – bu hekayə son kitabıma salınmayıb). Babamla nənəm bizə bitişik ayrıca evdə qalırdılar. Biz uşaqların günü orada keçirdi. Nənəm bizə şirin çay verirdi, noğul əvəzinə özünün içdiyi yumru vitaminlərdən verirdi, nəsə bişirirdi. Bir dəfə beş uşaq sapandla sərçə vurmuşduq. Sevincək nənəmizə apardıq ki, bişirsin. Nənəm bir bizə baxdı, bir sərçəyə baxdı, ancaq xətrimizə dəymədi, iri tavada kartof qızardıb, sərçəni də ortasına qoydu.
Nənə-baba cavan olsalar belə, nəvə üçün qocadılar. Sonra babam lap qocalıb yatağa düşdü. Onun alaqaranlıq otaqda necə tək qalması yaxşı yadımdadı. Biz nəvələr daha ora getmirdik. Xəstə yanında oturmaq maraqsızdı. Səsini içinə salıb, nə qədər dinməzcə oturasan, gözünü açıb çay-su istəməyini gözləyəsən! Hətta nənəm də çox vaxt evin dalında özü kimi arvadlarla oturub laqqırtı vururdu. İllər sonra yatağa düşən qocanın hisslərini yazmağa çalışdım...
Səni yazıçı eləyən mənəvi-psixoloji sarsıntılar gəncliyində baş verir. Qarşına çıxan, səni narahat eləyən suallara cavab axtarırsan; həmin proses ağrılı-əzablı olur, həyatında ömrü boyu hiss eləyəcəyin izlər buraxır. Sən gəncliyində öz yükünü götürürsən, sonra yalnız yazıçı kimi püxtələşirsən – təcrübə, dünyagörüşü, hiss və həyəcanlarını sözə çevirmək bacarığı...

Nəsə – bir baxış, hansısa bir hadisə, ağrı sənə rahatlıq vermir, həmişə yadına düşür və axırda yazıya çevrilib səndən əl çəkir. Yazacağım yazının çox vaxt ilk və son cümləsini bilirəm. Qalan şeylər yazı prosesində gəlir, cümlə cümləni çəkib aparır. Bildiyin şeyi yazmaq maraqsızdı.

- Bu vaxtacan hansısa oxucunuzdan gördüyünüz ən təsirli reaksiya nə olub?

- Məndən kitabımı istədilər. Dedilər, tanışları bir xanım Türkiyəyə gedir, orada yaşayan rəfiqəsindən soruşub, sənə Bakıdan nə gətirim.

O da cavabında deyib ki, mənə heç nə lazım deyil, təkcə Saday Budaqlının kitabını gətir.

- Əgər oxucular üçün yalnız bir cümləylə Saday Budaqlı yaradıcılığına giriş verməli olsaydınız, o cümlə nə olardı?

- Mən yazmağa tənbəl adamam. Özümü yazı stolunun arxasında oturmağa zorla məcbur edirəm. Hələ cavanlıqda təsəlli üçün özümə deyirdim ki, məndən sonra çox yox, həmişə oxunacaq, heç olmasa, bir kitab qalsa, xoşbəxt olaram. Təvazökarlıqdan uzaq olsa da, indi bunu deyə bilərəm: Mən o kitabı yazmışam.
Fotolar: İlkin Nəbiyev

Azərbaycanlı qadın professor rüşvətə görə həbs olundu "Heç bir nəşriyyat risk edib tanınmayan bir müəllifin..." - Orxan Fikrətoğludan açıqlama Heydər Əliyev Mərkəzində Nəsimi festivalının açılışı oldu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://kulis.az
archiveBu xəbər 06 Oktyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see458

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see295

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see290

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see285

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see276

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see275

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see273

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see267

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see230

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see227

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see222

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see219

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see214

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see209

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see202

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see197

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see180

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see173

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see171

Tramp: Bugünkü zərbələr İranın radarlarını hədəf seçib

01 Sentyabr 2026 23:40see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri