Icma.az
close
up
RU
“Mən otağımda pul almamışam Keçmiş məhkəmə hakiminin indi özü hakim qarşısına çıxaırlıb

“Mən otağımda pul almamışam Keçmiş məhkəmə hakiminin indi özü hakim qarşısına çıxaırlıb

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bərdə Rayon məhkəməsinin vətəndaşdan külli miqdarda rüşvət almaqda ittiham olunan hakimi Elsun Əhmədovun cinayət işinin təfərrüatları məlum olub.

Mia.az Musavat.com-a istinadla xəbər verir ki, istintaq hakimin 21 min manat rüşvət aldığını aşkar edib.

İttihama görə, Elsun Əhmədov hakim olan zaman icraatında Məqsəd Bayramovun narkotik ittihamı ilə həbs edilməsi ilə bağlı iş olub.

Hakim Məqsəd Bayramovun arvadından bu iş üzrə minimum həddə cəza təyin etmək üçün 21 min manat pulu rüşvət olaraq tələb edib. Hakim pulu iclas katibi Orxan vasitəsi ilə 10 min, 8 min və 3 min olmaqla hissə-hissə alıb. Hakim aldığı rüşvətin qarşılığında Məqsəd Bayramova minimum həddə- 3 il azadlıqdan məhrumetmə cəzası təyin edib.
Hakim məhkəmədə ifadə verən zaman özünü rüşvət almaqda yox, dələduzluqda günahkar bilib. Pulu almasının səbəbi kimi isə anasının onkoloji xəstə olmasını göstərib. Deyib ki, sonra atası da onkoloji xəstə olduğu üçün aldığı pulu geri qaytara bilməyib.
Elsun Əhmədovun dediklərindən aydın olub ki, pul alınan zaman videogörüntü olub. “Mən otağımda pul almamışam. Orada kiminsə çəkiliş aparması mümkün deyil. Həmin görüntülərin necə çıxdığını bilmirəm.
İlk dəfə deyildi ki, belə bir işdə bu cür hökm çıxırdı. Qərarı elan edəndən sonra mənə zənglər gəldi. Dedilər ki, gərək əvvəldən deyərdin. Mən bir işdə bəraət verəndən sonra bu problemlər yaranmağa başladı. Əməlimdən peşmanam”
.
İş üzrə şahid qismində dindirilən Aygül Bayramova deyib ki, pulu birbaşa hakimin özünə yox, köməkçisi Orxana verib: “Mən pulu Orxana vermişəm, o da hakimə verib. Amma pulu verəndən sonra işi uzatdılar. 18 mindən sonra əlavə 3 min istədilər ki, yuxarıdan razılıq almaq lazımdır. Mən də verdim. Sonra gördüm ki, iş uzanır. Mənə deyilmişdi ki, ərimi azadlığa buraxacaqlar. Məsələ uzanır, evdə məni lağa qoyurdular. Bu, mənə pis təsir edirdi. Elsun müəllimin hakimlik vaxtının bitdiyini bildikdən sonra şikayət etmək qərarına gəldim. Buna görə də korrupsiyaya ərizə yazdım. Mənə heç kim məsləhət verməyib”.
A.Bayramova deyib ki, ondan alınan 21 min manat Elsun Əhmədovun vəkili vasitəsi ilə geri qaytarılıb.
Burada diqqət çəkən məqam budur ki, sabiq hakim Elsun Əhmədov ifadəsində bu işlərin haradan qaynaqlandığına işarə edir, amma ad çəkmir. Aygül Bayramova da ondan soruşulmadığı halda “heç kimdən məsləhət almamışam” deyə izahat verir.
Bütün hallarda ortada fakt budur ki, rüşvət alınıb və sabiq hakim özü bunu etiraf edir.
Məhkəmədə məlum olub ki, A.Bayramova pulları verən zaman telefonla çəkilişlər aparıb. O, məhkəmə binasına gələn zaman özündə olan bir telefonu polis əməkdaşlarına verib. İkinci telefonu isə gizli şəkildə üzərində gizlədib. O, hakim köməkçisi Orxana məhkəmənin mətbəxində pul verən zaman çəkiliş edib. Sonra həmin görüntüləri disklərə köçürərək saxlayıb.
Belə şübhə yaranıb ki, A.Bayramova xüsusi avadanlıqla bu çəkilişi aparıb və ona bunu kimsə məsləhət görüb. Amma Bayramova bunu inkar edib. Telefonu necə və hansı formada çəkilişə hazır vəziyyətə gətirməsi haqda,- “şəxsi işimdir”,- deyərək, cavab vermək istəməyib. Maraqlısı budur ki, çəkiliş etdiyi telefon hazırda yoxdur. Bayramova telefonun sındığını və atdığını deyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elsun Əhmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://mia.az
archiveBu xəbər 30 Yanvar 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri