Icma.az
close
up
RU
Mən qadına sataşmamışam, yalandır Döyülən sürücü DANIŞDI

Mən qadına sataşmamışam, yalandır Döyülən sürücü DANIŞDI

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Bakının Binəqədi rayonu ərazisində dörd nəfərin dəyənəklərlə avtomobilə hücum edərək döydüyü şəxsin kimliyi məlum olub.

Hadisədə zərərçəkən şəxs Miskərov Elnur Vidadi oğludur.

Onun sahibkarlıq fəaliyyəti ilə, əsasən telefon alqı-satqısı ilə məşğul olduğu bildirilir.

Hadisəyə gəlincə, mənbələr bunun qadına sataşmaq üstündə baş verdiyini təsdiqləyirlər. Məlumata görə, davada iştirak edən Natiq Mustafakamalov qadının həyat yoldaşı, Azər Zahidli isə qadının qardaşıdır.

E.Miskərov açıqlamasında hadisə barədə geniş danışmaq istəmədiyini bildirib.

"Deyilənlər hamısı yalandır. Heç bir sataşma fılan olmayıb. Məni səbəbsiz döyüblər. Məni döyənlərə ev dustaqlığı verilib. Bununla razı deyiləm. Onların həbs olunmasını tələb edirəm. Digər sullara isə vəkilim cavab verəcək", - Elnur Miskərov söyləyib.

E.Miskərovun vəkili Xaliq Hüseynov isə Teleqraf-a bildirib ki, hadisənin kökü 2023-cü ilin aprel-may aylarına gedib çıxır: "Hazırda cinayət işi üzrə zərərçəkmiş şəxs həmin dövrdə sosial şəbəkələrin birində "canlı efir"də olarkən ona mesajlar gəlib. Sonra bu mesajlar onların sosial şəbəkələr üzərindən ünsiyyət qurmasına səbəb olub. Onların ünsiyyəti ay yarıma qədər davam edib. Sonradan məlum olub ki, qarşı tərəf xanımdır. O bildirib ki, xanımdır, bununla da bütün o münasibətlərə son qoyulub. Daha sonra ara-sıra müxtəlif digər sosial şəbəkələr üzərindən mesajlar salamlar və sairə göndərilib. Hazırda zərərçəkmiş şəxs buna hər hansı reaksiya verməyib. Daha sonra 2024-cü ilin sonlarında yenə də hazırkı iş üzrə təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə müraciət olunub, ancaq başqa adlar altında. Müəyyən bir biznes təklifləri irəli sürülüb və s. Özlərini iş adamı kimi təqdim ediblər.

Hadisə baş verən gün - fevralın 5-də zərərçəkmişi görüş üçün Masazır gölünün ətrafına dəvət ediblər. Zərərçəkmiş ora gəldikdə təxminən 3 avtomobil onun qarşısını kəsib, biri arxadan, biri öndən, biri də böyür tərəfdən mühasirəyə alıblar.

Zərərçəkmiş çətinliklə də olsa öz nəqliyyat vasitəsilə hadisə yerindən uzaqlaşarkən onu təqib ediblər, yolda saxlamaq istəyiblər. Zərərçəkmiş də Daxili İşlər Nazirliyi 102 - Zəng Xidmətinə məlumat verib.

Hadisə yerindən uzaqlaşanda Binəqədi rayonunun ərazisində - mərkəz adlanan ərazidə tıxaca düşüb. Bu zaman şəxslər ona çatıblar və əllərində olan dəyənəklərlə, taxta parçaları ilə onu döyüblər, ağır xəsarətlər yetiriblər. Həm özünə, həm də nəqliyyat vasitəsinə zərər vurublar, fiziki və mənəvi zorakılıq ediblər. Təbii ki, ictimai qaydanı kobud şəkildə pozuraq Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədiblər. Bununla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq davam edir.

İstintaq orqanı Binəqədi Rayon Məhkəməsinə təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı müraciət etmişdi. Lakin məhkəmənin qərarı ilə üç şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib, bir nəfər isə sərbəst buraxılıb. Biz də zərərçəkmiş tərəf olaraq həmin qərarlardan şikayət versək də Bakı Apellyasiya Məhkəməsi həmin şikayətləri təmin etmədi".

Qeyd edək ki, bu il fevralın 5-də Bakının Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.

Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar. Onlar barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə N.Mustafakamalov, V.Cavadov və N.Rəhmanovun hər biri barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. A.Zahidli isə sərbəst buraxılıb. /savashmedia.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:650
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Mart 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri