Icma.az
close
up
RU
Mən rəssama dedim ki, bu xalça mənə doğma gəlir. Görəsən niyə? Leyla Turan yazır

Mən rəssama dedim ki, bu xalça mənə doğma gəlir. Görəsən niyə? Leyla Turan yazır

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2-3 may tarixlərində İçərişəhərdə Beynəlxalq Xalça Festivalı keçirildi.

Festival "Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirildi. İçərişəhər bu festivala çox gözəl hazırlaşmışdı. Eyvanlar, abidələr qədim xalçalarımızla bəzədilmişdi. Hər yer xalçaya bürünmüşdü. Kim yerdə xalçanın üstündə oturub şəkil çəkdirirdi, kim xalçaçıların yanında dayanıb xalça toxumağaMən rəssama dedim ki, bu xalça mənə doğma gəlir. öyrənirdi, kim dayanıb sadəcə izləyirdi.

Yerə sərilmiş xalçaların üzərindən keçərkən bir başqa aləmdə özünü hiss edirdin. Həqiqətən çox gözəl idi. İçərişəhərdə həmin gün çoxlu turist və yerli sakin görmək olardı. Hamı festivala gəlmişdi. Bir sözlə Köhnə Şəhərdə bayram ab-havası hökm sürürdü. Festivalda Azərbaycanla yanaşı Özbəkistan, İran, İngiltərə, Pakistan, Çin, Hindistan, Türkiyə, Kanada, Rusiya, Türkiyə, Qazaxıstan, Tatarıstan və bir çox digər ölkələrdən xalçaçılar, sənət adamları, xarici qonaqlar da iştirak edirdilər. Onların da bu festival çox xoşuna gəldi. Ümumiyyətlə onlar mədəniyyətimizlə çox maraqlanırlar. O cümlədən xalçalarımıza böyük maraq var.

Mənmunluq hissi simalarında açıq görünürdü. "Beynəlxalq Xalça Festivalı" çərçivəsində xalça naxışları ilə bəzədilmiş traktor da gördük. Milli ornamentlərdən ibarət xalçalarla xüsusi bəzədilən traktor hamının marağına səbəb olmuşdu. Festivala qatılan həm yerli, həm də xarici ziyarətçilər qeyri-adı traktorla şəkillər çəkdirdilər. Qərbi Azərbaycan Xalçaları da festivalda sərgilənirdi. Göyçə mahalının xalçalarını görəndə sevindim. Qız Qalasının yanında böyük Şuşa xalçasını gördük.

İki gün davam edən festivalda bir çox rəssam və xalçaçıların sərgisi təşkil olunmuşdu. Aydan Salahova, Samirə Allahverdiyeva, Həsən Həsənov və Faiq Əhmədlə görüşlər təşkil olunmuşdu. Mayın 2-də və 3-də gənc və istedadlı rəssam Faiq Əhmədin sərgisində iştirak etdik. Sərgi İçərişəhərdə QQalery-də 2 gün davam etdi. Rəssamın ən gözəl və seçilmiş işləri nümayiş olundu. Faiq Əhmədin sərgisinə gələnlər onun əsərləri ilə tanış olub, mənmunluğunu bildirirdilər. Faiq Əhməd, gənc rəssamdır. Sumqayıtda doğulub. Xaricdə yaşayır. Lakin əsərləri mütəmadi olaraq Bakıda da sərgilənir.

Onun bir xalçası isə lap xoşuma gəldi, ən sevdiyim xalça o oldu. "Hal" adlanırdı o xalça. Saatlarla dayan və bu xalçaya bax. Bilmirəm niyə bu xalça mənə doğma gəldi. Bəlkə o da mənim kimi təklikdə ağlamağı sevir. Mən rəssama dedim ki, bu xalça mənə doğma gəlir. Görəsən niyə? Səbəb nədir? Dedi ki: "Ozünüz tapın. Özünüz düşünün. Sizcə mənası nədir?" Mən dedim: "O da mənim kimi ağlamağı sevir, təklikdə ağlamağı sevir özü də. Ağlayanda içi boşalır və sakitləşir". Rəssam baxdı mənə və dedi: "Bəlkə də"... Faiqin digər əsərləri də böyük maraqla qarşılandı.

Festivalın məqsədi Azərbaycan xalçaçılıq sənətini beynəlxalq aləmdə təbliğ etmək, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, eləcə də müxtəlif ölkələrdən gəlmiş xalça ustalarının təcrübə və bacarıqlarından bəhrələnmək idi. Xalçaçılıq sənəti zəngin mədəniyyətimizi və tariximizi əks etdirir. O da bir sənət əsəridir. Milli sərvətimiz olan xalçaçılığın inkişafına, yaradıcılıq ənənələrimizin dünyada tanıdılmasına xüsusi diqqət yetirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 May 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see139

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see138

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see135

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see135

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see129

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri