Icma.az
close
up
RU
“Mən səmimi, savadlı, İslamın mahiyyətini dərk edən inanclı insanları...”

“Mən səmimi, savadlı, İslamın mahiyyətini dərk edən inanclı insanları...”

Icma.az bildirir, Adelet.az portalına istinadən.

“Məktəb müəyyən mənada müqəddəs məkandır. İslamda məktəbin yeri məscid qədər önəmlidir. Məktəbə hücum məscidə, Allah evinə hücum deməkdir. Məktəbi dağıtmaq, yandırmaq, müəllimlərin şərəf və ləyaqətini nalayiq ifadələrlə təhqir etmək sübut etdi ki, bu iğtişaşları yaradanlar və idarə edənlər tamamilə din düşmənidir. Məqsəd İslam dinini vəhşi obrazda təqdim edərək qadağalara, məhdudiyyətlərə səbəb olmaq, nəticədə də bu bəhanə ilə daha böyük təxribatlara rəvac verməkdir”.

Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. 

O, bildirib ki, dində iğtişaşlar yaratmaq, təxribat etmək, qeyri-sivil, radikal üsullarla etiraz bildirmək qəti olaraq haram və qadağandır:

“Hüquqi yollarla, məhkəmə qaydasında tələb və iddiaları əsaslandırmaq əvəzinə İran rejiminin təxribatçı planlarına uyub ölkəni qan gölünə çevirməyə, keçmiş İraqın, Suriyanın, indiki Yəmənin vəziyyətinə salmağa çalışmaq öncə Allaha üsyandır, sonra da ən böyük cinayətdir. Quranın harasında var ki, söyüş və təhqirlə, dövlət mülkiyyətini dağıtmaqla, cinayətə çağırışla məsələ həll edəsən? Bu üsul ancaq mənfur fars şüubiyyəsinin ideoloji imperiya siyasətinə əsaslanan anti-İslam rejiminə xas üsuldur. Çünki o rejim üçün din müqəddəs və toxunulmaz dəyər deyil, hədəfə çatmaq üçün bir alətdir. Ona uyub İslam dinini təsir alətinə çevirmək olmaz. Quranın harasında, Peyğəmbərin hansı səhih hədisində var ki, batil və haram yollarla məqsədə çatasan? Təbii ki, yoxdur. Lakin yenə də fars molla rejiminin xüsusiyyətidir ki, siyasi məqsədlərinə müsəlman ölkələrinə külli miqdarda narkotik və zəhərli ideologiya yeritməklə çatsın. Necə ki, Livanı, İraqı, Yəməni hazırda narkotik və zərərli ideologiya yuvasına, terror mənbəyinə çeviriblər.İslamda qanunsuz metodlarla, cinayət yolları ilə, digərlərinə ziyan vurmaqla haqqını tələb etmə üsulu yoxdur. Din və dinin atributlarını xarici məkrli planlara alət etmək yoxdur. Din adı altında, hicab tələbi adı altında məktəb dağıtmaq, cəmiyyətdə qorxu və vahimə yaratmaq yoxdur”. 

İlahiyyatçının fikrincə, bütün xalqı İranın din, məzhəb adı altında yaydığı siyasi ideoloji xəttə etiqad edib tabe olmağa məcbur etmək birbaşa xalqa qarşı çıxmaqdır:

“Qumda toplaşan terrorçu qrupun fitnəkar bəyanatı əsasında İslam dəyərlərini qoruyub yaşadan, donuz salınan məscidləri İran və Ermənistan işğalından azad edən, məscidlər tikən, bu məscidlərdə kitabxanalar quran, o kitabxanaları zəngin ədəbiyyatla daha da zənginləşdirən, bütün dinc dini ayin və tədbirlərin keçirilməsinə şərait yaradan, bütün dini konfessiyalara maddi-mənəvi dəstək göstərən bir dövlətə qarşı çıxmaq Allaha, İslama, Həzrət Muhəmmədə, Əhli Beytə, 12 İmama qarşı çıxmaqdır, naşükürlük, nankorluq, xəyanətdir. Bu xəyanət İmam Hüseyni məktubla çağırıb qılıncla qarşılamaq qədər ağır xəyanətdir. Vicdan azadlığına rəğmən verilmiş azadlıqlardan sui-istifadə etmək, bu azadlığı özbaşınalıq kimi qəbul etməkdir.Din müqəddəs dəyərdir. Həzrət Muhəmməd Məkkədə ən ağır məhrumiyyətlərə səbr edib, əsla qanunsuzluğa, cinayətə əl atmayıb. İmam Əli, Əhli-Beyt əsla təxribatçı planlar qurmayıb, lap haqsızlığa uğrasalar belə söyüş kampaniyaları, iğtişaşlar, təxribatlar təşkil etməyiblər. Çünki o cür mənfi üsullar İmam Hüseyni şəhid edən Əməvilərə xas idi. Onlar siyasi manipulyasiya edir, bir mövzunun mahiyyətini fərqli formada ictimailəşdirib əhalini aldadır, öz mənfur məqsədlərinə alət edərək istifadə edirdi. Zor, iğtişaşlar, terror, təhqir və söyüş Əhli Beytin yox, Əməvilərin üsulu idi. Əhli Beyt elmlə, hikmətlə, humanizmlə, dua və səbrlə fəaliyyət göstərirdi. İmam Cəfər Sadiq Qumda terrorçu yetişdirmirdi, Mədinədə alim, həkim, astronom, kimyaçı yetişdirirdi, siyasətlə məşğul olmurdu, mərhəmətlə, məhəbbətlə məşğul olurdu və buyururdu: Din yalnız məhəbbətdir! Əhli Beytin, Peyğəmbər irsinin arxasında gizlənib bu ali dəyərləri xarici təxribatlara sipər qərar vermək, alətə çevirmək daha böyük günah, hətta İslam hüququna görə cinayətdir. Mən səmimi, savadlı, İslamın mahiyyətini dərk edən inanclı insanları istənilən təxribatdan, iğtişaşlardan, dini mənfi obrazda təqdim etməkdən çəkinməyə çağırıram. Din ali dəyərdir, dini xarici maraqlara alət edib aşağılamaq olmaz. Dövlət isə bizim dayaq nöqtəmiz, şəhidlərin qanı ilə suvarılan müqəddəs torpağımızı qoruyan varlığımızdır”.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://adalet.az
archiveBu xəbər 13 Oktyabr 2026 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri