Icma.az
close
up
RU
“Mən “TikTok”da düzgün kişiliyi təbliğ edirəm” Geyiminə görə adam döyüb TƏFƏRRÜAT

“Mən “TikTok”da düzgün kişiliyi təbliğ edirəm” Geyiminə görə adam döyüb TƏFƏRRÜAT

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

Lənkəranda geyimini bəyənmədiyi şəxsi güləş fəndi ilə yerə yıxaraq xəsarət yetirən şəxs hakim qarşısına çıxarılıb. O, özünü “TikTok”da düzgün kişi kimi yaşamağı təbliğ edən şəxs” kimi təqdim edib.

Söhbət 20 yaşlı Elnur Kərimlinin cinayət əməlindən gedir. Elnur Lənkəranda Arif (ad və soy adı şərtidir) adlı şəxsi döyüb. Buna səbəb isə Arifin geyim və həyat tərzi olub.

Belə ki, Elnur heç bir səbəb olmadan Arifin geyiminə etiraz edib. Əvvəl onu yanına çağırıb. Lakin Arif onun bu istəyinə “yox” cavabı verib. Elnur Arifə yaxınlaşaraq “bu nə geyimdir?”, “yekə oğlansan”, “geyiminə fikir ver” deyərək iradlar bildirib. Arif ona “yaxşı edirəm, sən kimsən?” deyə cavab verib.

Onsuz da Arifi hədəf olaraq seçən Elnur bu sözü də özünə lap bəhanə bilib. Əvvəlcə Arifin başına bir şillə vurub. Arif oradan uzaqlaşmaq istəyəndə arxadan onun belindən tutaraq güləş fəndi ilə yerə çırpıb. Arif yerə yıxılarkən çiyin sümüyünü sındırıb.

Daha əvvəl oğurluğa görə həbs edilən və 2 il həbs cəzası alan Elnur ifadəsində deyib ki, “TikTok”da doğru kişi kimi yaşamağı təbliğ edir.

Həmin gün də Arifi görəndə əsəbləşib: “Özümü dolandırmaq üçün Bakıda fəhləlik edirəm. “Tik-tok” da “elnur-lenko” adlı səhifəm var. Mən orada düzgün kişi kimi yaşamağı təbliğ edirəm. Onu şəhər sakini kimi tanıyıram, amma münasibətimiz olmayıb. Özünü qız kimi aparır, qız kimi yeriyir, qəribə paltarlar geyinir. Ona yaxınlaşıb dedim ki, yekə oğlansan, ayıbdır”.

Elnurun bu hərəkətindən sonra Arif polisə üz tutub. Elnur saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə ittiham edilib.

Arif Elnuru bağışlayıb. Amma 2 min manat dəymiş zərər tələb edir. Arif isə cəmi 500 manat ödəyib. Zərəri tam ala bilməsə də Arif Elnurun həbs edilməsini istəməyib. Məhkəmə Elnura 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib./Musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://pravda.az
archiveBu xəbər 08 Yanvar 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see174

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see139

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see136

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see135

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see134

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see133

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see132

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see130

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see130

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see127

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see123

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see116

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri