Icma.az
close
up
RU
“TikTok”da “düzgün kişi” kimi yaşamağı təbliğ edən şəxsə cəza verildi

“TikTok”da “düzgün kişi” kimi yaşamağı təbliğ edən şəxsə cəza verildi

Icma.az bildirir, Pravda.az portalına istinadən.

Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Zakir Babaşovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Lənkəran Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli 1 hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə təyin edilmiş 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.

İttihama görə, hadisə 24 iyul 2024-cü il tarixdə, saat 19 radələrində Lənkəran şəhəri Şirəli Axundov küçəsində qeydə alınıb.

Belə ki, Zakir Babaşov yolun qarşı tərəfində dayanıb mobil telefonla danışan zərərçəkmiş İmran Vəzirova (adı, soyadı şərtidir) yaxınlaşaraq, geyiminə görə irad bildirib və oranı tərk etməyi tələb edib. Zərərçəkmiş isə ona əhəmiyyət verməyib yoluna davam edib. Bu zaman Zakir ona hücum edərək əvvəlcə qəsdən əlləri ilə arxadan boyun nahiyəsindən tutaraq itələyib, sonra isə arxadan kürək nahiyəsindən tutub qaldıraraq qəsdən yerə çırpıb. Nəticədə o, xuliqanlıq niyyəti ilə qəsdən İmranın sağlamlığına az ağır zərər vurub.

Hadisədən sonra Zakir Babaşov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət materiallarında qeyd olunub ki, Zakir Babaşovun “TikTok” sosial şəbəkəsində özünə məxsus səhifəsi vardır. Həmin səhifədə o, “düzgün kişi” kimi yaşamağı təbliğ edir.

Kamal Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://pravda.az
archiveBu xəbər 02 İyun 2025 08:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see138

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see137

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see134

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see132

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see127

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see121

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see121

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see121

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see120

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see119

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see118

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see117

Puqaçovanın evi ilə bağlı müəmma Elan yoxa çıxdı...

02 İyun 2025 13:19see117

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see116

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see116

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see115

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see115

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see115

Mançester Siti iki müdafiəçiyə elçi düşdü edir Biri razılıq verdi, o biri...

02 İyun 2025 16:00see114

Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib

03 İyun 2025 03:55see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri