Icma.az
close
up
RU
Mən turist olsaydım Şanlı tarixi yaşadan Zəfər parkı

Mən turist olsaydım Şanlı tarixi yaşadan Zəfər parkı

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 15 may, AZƏRTAC

AZƏRTAC yeni rubrikası çərçivəsində Azərbaycan rayonlarında, eləcə də Bakı və onun ətrafında yerləşən maraqlı, lakin az tanınan görməli yerlər haqqında məlumat verməyə davam edir. Bu dəfə yolumuz 8 Noyabr prospektində, Dənizkənarı Milli Parkın önündə yerləşən Zəfər parkınadır.

Xalqımızın Qələbə salnaməsini yaşadan, şəhidlərin əziz xatirəsini əbədiləşdirən, qürurun və ehtiramın simvoluna çevrilmiş Zəfər parkı Vətən müharibəsində qazanılmış böyük Qələbənin şanlı tarixini əks etdirir. Ərazisi 10 hektara yaxın olan bu geniş və möhtəşəm park, həm mənəvi, həm də memarlıq baxımından təsirli bir məkandır.

Parkın girişində ucaldılmış Zəfər tağı – 44 günlük Vətən müharibəsinin simvolu olaraq xüsusi diqqət çəkir. Bu monumental tağın hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı isə 44-dür. Hər bir ölçü rəmzi məna daşıyır – xalqın mübarizə əzmini, şəhidlərimizin izini və Qələbənin əzəmətini əks etdirir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2024-cü il noyabrın 8-də, Zəfər Günü münasibətilə parkın rəsmi açılışı olub. Bu gün bu məkan təkcə bir park deyil, həm də millətin yaddaş kitabına yazılmış şərəfli tarixin bir parçasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see329

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see279

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see234

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see230

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see227

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see224

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see223

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see222

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see221

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see217

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see210

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see207

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see200

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see200

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see191

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see187

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see186

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see186

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see169

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri