Icma.az
close
up
RU
“Mən “Zirə”nin baş məşqçisi kimi sevinmirəm” Rəşad Sadıqov

“Mən “Zirə”nin baş məşqçisi kimi sevinmirəm” Rəşad Sadıqov

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi, “Zirə” Misli Premyer Liqasının 10-cu turunda səfərdə “Karvan-Yevlax”ı 3:2 hesabı ilə məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“CBC Sport” kanalını 10 illik yubileyi münasibətilə təbrik edirəm. Çempionat elədir ki, heç bir oyuna rahat yanaşa bilmirsən. Bilirdik ki, bizi burada nə gözləyir. “Karvan-Yevlax” ötən tur “Turan Tovuz”a qarşı əzmkar oyun nümayiş etdirmişdi. Bilirdik ki, o əzmkarlıq bu gün də özünü göstərəcək. İlk hissəni çox yaxşı səviyyədə keçirdik, çoxsaylı qol epizodlarımız oldu. Rəqibin qapıçısı inanılmaz qurtarışlar etdi. Bizim qapımıza gələn bir zərbə qolla nəticələndi. Fasilədə futbolçularıma bildirdim ki, hər şeyi düz edirsiniz, bu şəkildə davam etmək lazımdır. Hesabı bərabərləşdirdik. Dərhal yenə ağır zərbə aldıq. Rəqib bizi əks-hücumda yaxalayıb qol vurdu. Buna baxmayaraq futbolçularımız özlərində güc və inam tapıb sona qədər mübarizə apardılar və vacib 3 xal qazandıq. Belə davam etməliyik. Növbəti turda bizi “Turan Tovuz”la gərgin və maraqlı oyun gözləyir”.

- Kapitanın ehtiyatda olması son oyunlardakı zəif çıxışı ilə bağlı idi?

- Millinin üzvləri hər zaman əlavə yüklənirlər. Millidən qayıdandan sonra Qismət Alıyevdə yorğunluq hiss olunurdu. Ötən tur da onu əsas heyətdə oynatmamağı düşünürdüm. Amma son anda fikrimdən yayındım. Həmin oyun göstərdi ki, fasiləyə ehtiyac var. Elçin Əlicanov da oyunlara yaxşı qoşulmuşdu. Ona şans verdik. Ele oldu ki, effekt verdi. Həm Elçin, həm Qismət qol ötürməsi etdi.

- Zədəli futbolçuların durumu necədir?

- İssa Cibrilla bu həftə komanda ilə məşq etməlidir. Amma “Turan Tovuz”la matçda iştirak etməyi sual altındadır. Davit Volkov isə milli fasilədən sonra qayıdacaq.

- İlk qolda qapıçının səhvinin olduğunu düşünürsüz?

- Aydından çox canlı səddin səhvinin olduğunu düşünürəm. Oyunçu topu yerlə vurdu və canlı səddin altından keçdi. Əslində Aydın çox yaxşı reaksiya verdi. “Qarabağ”la oyunda buraxdığımız qola oxşadı. Onda da İssa Cibrilla yanlış davranmışdı. Biz bu barədə danışmışdıq. Amma futboldur, oxşar səhv oldu. Ümumən Aydının çıxışı məni məmnun etdi.

- Ruan Renato ilə onun Azərbaycan millisində çıxış etməsi ilə bağlı söhbətiniz olub?

- Xeyr, söhbətim olmayıb. Son illərdə milliləşmə ilə bağlı proseslərdə durğunluq var. Düşünürəm ki, Ruan Renato elə futbolçudur ki, özü ilə razılaşdırılsa, millimizə xeyir verə bilər. Legionerdən legionerə fərq var. Ruanda azərbaycanlı xüsusiyyətləri, xarakteri, vətənpərvərlik görürsən. Hansısa mövqeyə ehtiyac varsa, bu tip futbolçuları milliləşdirməyə ehtiyac var. Amma məndən asılı qərar deyil. Mən “Zirə”nin baş məşqçisi kimi sevinmirəm. Milliyə getməsi mənə sərf etmir. Əvvəl legionerlər milliləşdiriləndə hamı deyirdi ki, yerli pasportla çempionatda oynayacaq. Amma artıq elə söhbət yoxdur. Milli üçün faydalı ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Noyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see398

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see371

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see351

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see333

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see293

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see286

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see281

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see274

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see252

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see247

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see241

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see240

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see235

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see232

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see224

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see216

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see203

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see196

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri