Yaşa görə müavinətlər də artırıla bilər Yeni təklif
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"2027-ci ildə orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır. Amma regionlarda yaşayan insanların əksəriyyəti bu 640 manatlıq orta pensiyanı almır, onlar median pensiya alır. Ona görə də istərdim ki, bu artımın median pensiyaya nə qədər təsiri olacağı araşdırılsın, çünki bu bilavasitə regionda yaşayan pensiyaçılar üçün çox prinsipial xarakter daşıyır”.
Bizim.Media xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin komitə iclaslarında 2027-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
"Son beş ili analiz eləsək, minimum pensiya 200 manatdan 320 manata çatıb, yəni cəmi 120 manat artıb. Amma minimum pensiya almaq üçün tələb olunan yığım isə 28 min 800 manatdan, 46 min 80 manata çatıb. Qısa müddət ərzində 120 manatın fonduna 17 min manatdan artıq artım var. Biri inzibati artım, o biri isə iqtisadi artım həddidir. Bu isə bilavasitə xüsusən regionlarda yaşayan insanların minimum pensiya əlçatanlığını azaldır və regionlarda yaşlı nəslin hesabına xeyli dərəcədə yoxsul insanlar formalaşmağa başlayıb", deyə o qeyd edib.
Deputat bunun kifayət qədər ciddi məsələ olduğunu vurğulayıb:
"Bunun qarşısını almaq üçün ciddi analizlər aparıb, indeksləşdirmədən və sairədən istifadə eləyib, pensiyaçılar üçün əlçatanlığı artırmaq lazımdır. Son beş ilin nəticələrinə baxsaq, görərik ki, əmək pensiyaçılarının sayı 130 min nəfər azalıb, amma qocalığa görə pensiya alanların sayı 180 minə gəlib çıxıb. Onlar da cəmi 220 manat alır, bu da yaşayış minimumundan aşağıdır. Hesab edirəm ki, bunun da digər pensiya və s. kimi indeksləşdirməyə böyük ehtiyac var".
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 05 Noyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















