Mənə dedi ki, gəl, səhnədə öl
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Qapqara" verilişinin növbəti buraxılışının qonağı Xalq artisti Kazım Abdullayev olub.
O, sənətinə görə vaxtilə ailəsinə kifayət qədər zaman ayıra bilmədiyini söyləyib: "Səhər tezdən işə gedir, gecə isə hamı yatandan sonra evə qayıdırdım. Övladlarımın necə böyüdüyünü görmədim. Bir də ayıldım ki, uşaqlar artıq böyüyüb universitetə gedirlər. Onların təhsil, geyim, yemək və digər xərclərini qarşılamaq üçün durmadan çalışmalı idim".
Kazım Abdullayev səhnəyə olan bağlılığını və peşəsinə olan məsuliyyətini xüsusi bir xatirəsi ilə bölüşüb: "Bir dəfə Mərdəkanda tamaşamız var idi. Evdə 40 dərəcə qızdırma ilə uzanmışdım, soyuqdan əsirdim. Teatra zəng edib vəziyyətimi dedim. Amaliya Pənahova isə cavabında "gəlsin, səhnədə ölsün" dedi. Tamaşa təyin olunduğu və biletlər satıldığı üçün məcbur olub durub getdim. İnana bilməzsiniz, səhnəyə çıxıb rolumu oynadım, tamaşa bitəndə isə artıq sağalmışdım". (baku.tv)
Milli.Az
Baxış sayı:52
Bu xəbər 07 İyun 2026 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















