Icma.az
close
up
RU
“Mənə “nənəliksən” deyən qızımdan imtina edirəm” VİDEO

“Mənə “nənəliksən” deyən qızımdan imtina edirəm” VİDEO

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

“Mən böyüdüb, boya-başa çatdırdığım qızımdan daha doğrusu bacım qızından rəsmi şəkildə imtina etmişəm. O artıq mənim qızım deyil. Bitdi... 35 il saxladım, böyütdüm, maddi və mənəvi yanında oldum. Halal xoşu olsun. Bundan sonra onun adında insan yoxdur mənim üçün. Ola da bilməz! Bundan sonra mən öz həyatımı və anam üçün yaşamaq istəyirəm. Artıq mən məsuliyyət daşımıram. Özüm üçün heç nə etmədən, bir qarnım ac bir qarnım tox, dostlardan kömək istəyib illərlə bir insanı saxlayasan sonra da o böyüyüb bir gün desin ki, sən nənə yox, “nənəliksən” (ağlayır). Bu sözləri kim qəbul edər? Bitdi! Bu da son”.

"Ölkə.az" xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova eskpert qismində iştirak etdiyi “Bizimləsən” verilişində deyib.

Aktrisa uşaqlıqdan yanında saxladığı bacısı qızı ilə aralarında yaşanan qalmaqaldan söz açıb.

Xanlarova mübahisənin səbəbini üstüörtülü şəkildə belə nəql edib:

“Mən bu sözləri mən elə belə demirə. Nələrsə bilirəm ki, deyirəm. Sabah bir söz olanda alnım açıq olsun ki, biri var idi orada, məndə ondam imtina etmişdim. İstəmirəm də... Allah xoşbəxt eləsin. 19 yaşından gedib artıq məsuliyyəti o ailə daşıyır. Bundan sonra mənim məsuliyyətimdə elə bir insan yoxdur. Jurnalistlərdən də xahiş edirəm Mehriban Xanlarovanın qızı yox, bacısı qızı yazsınlar. İmkanım olsa anamı götürüb, çıxıb gedərəm, çünki artıq heç kimi görmək istəmirəm. Mən ömürümü və həyatımı ona vermişəm. Bir otağım yox 50 dənə otağım olardı. Onları da kirayə verib ayağımı ayağımın üstünə qoyub keyf edərdim. Və yaxudda özümdən böyüklərin yanına gedib onlardan mənə kömək və dəstək olun deməzdim. Mən ölsəm ölümümün üstünə gəlmə! Bu mənim son sözüm oldu. Görürsünüz onun adını belə məm almıram ağzıma. O insan artıq yoxdur mənim üçün. Mən sadəcə bacımın vəsiyyətini yetirərək 35 il ona baxdım. Onun yaşı 40 çatmamış artıq hər şey bitdi. Mən bilirəm və Allah bilir nələrin baş verdiyini. O istəsə bu gün də gəlib uşaqları apara bilər. Mən uşaqları zəncirləməmişəm. Amma bilirəm ki, uşaqlar onların yanında getsə təhsilsiz, savadsız bir küncdə qalacaqlar. Qızları evdə işlədəcəklər oğlandakı... Bilmirəm, bəlkə də onlar getməzlər. Bəlkə uşaqlar mənim yanımda qalmaq istəyəcəklər. Bunu da bilmirəm. İstəsə getsin götürsün uşaqlarını. O dörd uşağı mən dişimlə böyütmüşəm. Yenə də təkrarlayıram mən bacım qızından imtina edirəm və məsuliyyət daşımıram. O nə etdiyini özü yaxşı bilir. Mən “nənəliksən” sözünə ayıldım. Məni sanki elə bil ki, sillələdilər. Mən sillə ilə ayıldım ki, sən demə mən “nənəlik” imişəm. Bu sözü həyatımda birinci dəfə idi ki eşidirdim”. (OLAY)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Dekabr 2024 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri