Icma.az
close
up
RU
Mənə üç dövrəli çempionat daha cəlbedici görünür Adil Şükürov

Mənə üç dövrəli çempionat daha cəlbedici görünür Adil Şükürov

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

AFFA İcraiyyə Komitəsinin fevralın 3-dəki iclasında Misli Premyer Liqasında növbəti mövsümlə bağlı bir sıra önəmli qərarlar qəbul etdi. Legioner limiti ləğv olundu, rüsumlar artırıldı, Premyer Liqada yarışacaq komanda sayı artırıldı və çempionatın yeni formatda keçirilməsi zərurəti yarandı. Bu dəyişikliklər Azərbaycan futboluna nə verəcək? Məlum qərarların müsbət və mənfi tərəfləri nələrdir?

Fanat.Az bu suallarla bağlı tanınmış futbol mütəxəssisi Adil Şükürovun fikirlərini öyrənib.

- Adil müəllim, AFFA İcraiyyə Komitəsinin qərarlarını sizinlə müzakirə etmək istəyiriik. Başlayaq komanda sayının artırılmasından. Üç mövsümdən sonra komanda sayı yenidən artırılaraq 12-yə çatdırıldı. Qərarı necə qarşıladınız?
- Komandanın sayının artması sevindirici haldır. Amma say keyfiyyət olacaqmı? Burda vacib olan budur ki, aşağıdan gələcək komandalar hansı maliyyə ilə formalaşacaq? Onların qarşısına hansı məqsədlər qoyulacaq? Təbii ki, hansı komandanın əlavə maliyyə dəstəyi olacaqsa, o, daha iddialı ola bilər. Amma ilk ildə komandalar qarşısına Premyer Liqada qalmağı, daha sonrakı ildə təşkilatlanmağı, güclənməyi, sonrakı mövsümlərdə isə özünü mükafatçı komandalarla rəqabətdə sınamağı məqsəd qoymalıdır. 
Yeni gələnlərin infrastrukturu elita klublarınkı ilə aşağı-yuxarı, eyni olacaq. İstənilən halda, lisenziya şərtlərinin minimum tələbləri mütləq yerinə yetirilməlidir.

- Komanda sayının artırılması ilə paralel olaraq legionerlərə tətbiq olunan limit ləğv olundu. Ən çox müzakirəyə məhz bu qərar səbəb oldu. Sizsə, bu addım yerli futbolçuların ziyanına olmayacaq? Legionerlərin hesabına çempionatda səviyyəni qaldırmağı müsbət  qarşılayırsız, yoxsa bu qərarın millinin zərərinə olacağını düşünürsünüz? 
- Legionerlərlə bağlı qərar daxili çempionatın güclənməsinə və strateqiyada qeyd olunduğu kimi, klubların maliyyə dəyərinin artırılmasına yönəlmiş, buna xidmət edən bir addımdır. Komanda sayı artı, çox gözəl, bəs çempionatda olan bütün klubların maliyyəsi səviyyəli legionerlər cəlb etməyə imkan verəcəkmi? Bu gün üçün görünən odur ki, şərtlər hamı üçün eyni olmayacaq. Amma bununla da suallar bitmir. Yerli futbolçular təbii ki, imkanları aşağı olan komandalara keçmək məcburiyyətində qalacaqlar və bu da onların qiymətlərinin ciddi enişinə səbəb olacaq. Belədə legioner və yerli futbolçular arasında böyük uçurum olacaq. Bu, milli komandaya mənfi təsirini çox gözlətməyəcək.

- Əcnəbi oyunçulara tərbiq olunacaq rüsumların artırılması ilə zəif legionerlərin axın etməsinin qarşısını almaq mümkün olacaq? Ümumiyyətlə, limitin ləğvindən sonra çempionatda imkanlı və imkansız komandalar arasında qütbləşmə dərinləşə bilər? 
- Qeyd etdiyim kimi, uçurum qaçılmazdır. Yeni qoşulan komandalarda bu özünü daha qabarıq göstərəcək. Zəif və ya qiyməti süni şəkildə bahalaşdırılan legionerlərin ölkəyə axını olacaq. Bu da son olaraq, çempionatın inkişafının qarşısını ala bilər. Bu, mənim şəxsi fikrimdir.

- Növbəti mövsümlə bağlı açıq qalan sual çempionatın formatı ilə bağlıdır. Siz hansı formatın tərəfdarısınız? 
- Çempionatın formatı da vacib məsələdir. Bəzi ölkələrdən nümunəyə baxmaq, uyğun gələrsə, müraciət etmək lazımdır. Mənə üç dövrəli çempionat daha maraqlı, cəlbedici görünür. Bu cür keçirilən çempionatda üçüncü dövrənin oyunları püşk atılaraq müəyyənləşdirilir. "Altılıq" bizə tanış olsa da, çempionatda ikinci "altılığ"ın və ya ortalarda qərarlaşmış komandaların motivatsiyası demək olar qalmırdı . Bunu aradan qaldırmaq üçün yeddinci, səkkizinci yerlərdə qərarlaşmış komandalar üçün hansısa formada stimulu təmin etmək lazımdır.

- Premyer Liqada sonuncu yeri tutan komanda 1-ci Liqaya birbaşa düşməlidir, yoxsa pley-off matçlarının keçirilməsinin tərəfdarısız? 
- Həmin məntiqlə, son illərdə də pley-off oyunları keçirilə bilərdi. Amma idman prinsiplərinə görə "Şamaxı", "Qəbələ" diviziona yollandı. Bu il də eyni qayda ilə Premyer Liqanın sonuncusu diviziona köçməlidir.

- Bugünlərdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev bildirdi ki, aşağı yaş qrupları üzrə yığmalarda yerli məşqçilərə güvənəcəklər. Bununla bağlı fikirləriniz maraqııdır və ümumiyyətlə, U-larda kimlər işləməlidir?
- Sərxan müəllimin fikri hər kəs tərəfindən rəğbətlə qarşılandı. Ölkədə işində peşəkar olan yetərincə məşqçi var. Bu məşqçilərin bəzilərinin milli komanda təcrübəsi olub. Yığmalara məşqçi təyin olunarkən bir çox suallara cavab alınandan sonra təyinatlar reallaşmalıdır. Məncə, aşağı yaş qruplarında çalışan məşqçilər kimliyindən asılı olmayaq klublarla sıx əlaqədə çalışmalıdır. Bu sadə kordinasiyanı ancaq yerli məşqçilər daha uğurla həyata geçirə bilərlər. Unutmamaq lazımdır ki, yığma məşqçiləri klublarda məşq keçən uşaqlarla çalışırlar və o uşaqların bacarıqları Azərbaycandakı akademiyalarda işlərin necə olduğunu göstərir. Bu da sonluq olaraq, UEFA reytinqinə təsir edir.

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://fanat.az
archiveBu xəbər 14 Fevral 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri