Icma.az
close
up
RU
Mənəvi dəyərlərdən danışanların KRİMİNAL SİMASI VİDEO

Mənəvi dəyərlərdən danışanların KRİMİNAL SİMASI VİDEO

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Bu günlərdə Türkiyənin sosial şəbəkə seqmentlərində filmləri xatırladan videomaterial paylaşılıb. Videoda türk mafiya filmlərində olduğu kimi kortej halında qara maşınlarla belinə silah taxan yüzlərlə mafiya üzvləri bir araya gəlmələri əks olunub.
Videomaterialda görüntülənən şəxslər isə Türkiyənin qaranlıq dünyasının liderləri Sedat Şahinlə Burhanettin Salar və onların tərəfdarlarıdır.
Məlumat üçün bildirək ki, "Şahinlər"in lideri Sedat Şahin və "Sarallar" ailəsinin təmsilçisi Burhanettin Salar Türkiyədə fəaliyyət göstərən kriminal aləmin ən tanınmış simalarıdır. İki mafiya liderinin görüşü 26 sentyabr 2026-cı il tarixində Ankarada gerçəkləşib.
Görüşü maraqlı edən daha bir məqamsa tədbirin təşkilatçısıdır.
İki mafiya qruplaşmasının liderlərini bir araya gətirən Türkiyənin ən böyük və köklü siyasi hərəkatlardan birinin lideri - Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalıdır.
Ən dəhşətlisi isə odur mafiyaların barışıq məclisi MHP-nin Ankaradakı qərargahında baş tutub.
 

Nəzərə alaq ki, MHP lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən yaxın tərəfdaşıdır. Hətta o, son zamanlar siyasi fəallığını AKP-nin təbliğatı yönündə qurub.


Hakimiyyətə ən yaxın bir partiyanın mafiya, kiminal aləmlə isti münasibətləri təbii ki, təəccüb doğurur.
Hətta müəyyən şübhələr yaranır ki, Türkiyədə dövlət kriminal qanunlarla idarə olunur.
Belə olmasa idi, hakimiyyətin ortağı kriminal aləmin liderləri ilə oturub-durmaz, öz ofisini ən qanlı cinayətkar qruplaşmaların görüş yerinə çevirməzdi.
Mafiya davası “Dövlət işi”nə çevriləndə
Məlumat üçün bildirək ki, Türkiyənin ən qanlı cinayətkar qruplaşmaları arasında hesablaşmanın əsası 2004-cü ildə elə AKP hakimiyyəti dövründə qoyulub. O vaxtdan bəri ən azı 50 nəfər qanlı hesablaşmada həyatını itirib.
 

Di gəl ki, bu cinayətkar dəstənin başçıları qanun qarşısında cavab vermək əvəzinə Türkiyə hakimiyyətinin xeyir-duası və siyasi himayəsi ilə bir araya gəlib düşmənçiliyə son qoyurlar.


Bu azmış kimi, barışıqdan sonra mafiya liderləri Trabzonda 4000 min tərəfdaşın iştirakı ilə açıq şəkildə “ailə yığıncağı” da keçiriblər.
Bu isə çox qorxunc reallıqdan xəbər verir. Türkiyədəki kriminal dəstələr ən yüksək səviyyədə hakimiyyət tərəfindən dəstəklənir və lazım gələndə iqtidarın imkanlarından yararlanırlar.
Bu cür hadisələrlə hakimiyyət cəmiyyətə açıq mesaj verir ki, burada əsas qanun dövlətin konstitusiyası deyil, güc iyerarxiyasıdır.
AKP-nin Türkiyəyə gətirdiyi dəhşətlər
Cinayətkar dəstənin hakimiyyətin göstərişi ilə bir araya gəlməsi acı bir reallığı da ortaya çıxarıb. 25 ildir hakimiyyətdə olan AKP xalqa və qonşu ölkələrə milli-mənəvi dəyərlərdən, din və əxlaqdan moizə oxusa da, əslində dindən, imandan uzaq, qanundankənar bir hakimiyyət formalaşdırıb. AKP Türkiyəyə rəhbərlik etdiyi dövrdə cəmiyyət və dövlət strukturunun gəlib çıxdığı nöqtə korporativ maraqlar və bir şəxsin dünyəvi iddialarından başqa bir şey deyil.
Hər dəfə seçkiqabağı tribunalardakı mühafizəkar və təmiz cəmiyyət vədləri arxasında, əslində, dövlət səlahiyyətlərinin və hüquq-mühafizə mexanizmlərinin alternativ güc mərkəzləri ilə əvəzləndiyi bir sistem formalaşıb. Kriminal qrupların məhkəmə zalında deyil, hakim koalisiyanın tərəfdaşı olan siyasi partiyanın qərargahında barışdırılması — dövlətin cinayətkarlıqla mübarizə aparmaq əvəzinə, onu tənzimləyən və mərkəzləşdirən bir vasitəçiyə çevrildiyinin sübutudur.
Narkotiklə “mübarizə” oyunu
Son illər Türkiyədə hakimiyyətin göstərişi ilə qorxunc bir kampaniya başlayıb. Nüfuzlu, tanınmış şəxslər narkotik aludəçisi və yaxud alverçisi kimi istintaqa cəlb edilir. Ən dəhşətlisi də odur ki, çox zaman istintaq yekunlaşmır və açıq saxlanılır. Bununla da nüfuzlu şəxslər üçün hər zaman barmaqlıqlar arxasına düşmək təhlükəsi qalır.
Bununla da ictimai çəkisi olan adamlar Türkiyədə qorxunc vasitələrlə təsir altında saxlanılır.
Təsadüfi deyil ki, Türkiyənin Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin rəsmi məlumatlarına görə, narkotiklərlə mübarizə istiqamətində hər il on minlərlə əməliyyat keçirilsə də, cinayət qeydiyyatında və həbsxana kontingentində narkotiklə bağlı maddələr əsas payı tutur. 2024–2026-cı illərin statistikası göstərir ki, illik narkotik cinayətlərinin sayı 300 mindən çoxdur və məhbusların təxminən üçdə biri məhz bu ittihamlarla cəza çəkir.
 

Bu da o deməkdir ki, narkotikdən şəxsi istifadə üçün yararlananlar daha çox barmaqlılar arxasına düşür, nəinki narkobaronlar, narkotacirlər. Bu da o deməkdir ki, ölkədə narkomafiya hakimiyyət tərəfindən açıq himayə olunur.


Bunu beynəlxalq araşdırmalar da sübut edir.
Məsələn, Cenevrə mərkəzli Qlobal Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Təşəbbüsünün (GI-TOC) hazırladığı 2025-ci il Qlobal Mütəşəkkil Cinayətkarlıq İndeksində Türkiyə 193 ölkə arasında 7.20 cinayətkarlıq balı ilə 10-cu yerdə qərarlaşıb. Analitiklər və beynəlxalq tədqiqat mərkəzləri bu vəziyyəti Türkiyənin Əfqanıstan-Avropa heroin dəhlizi ilə yanaşı, Latın Amerikasından Avropaya uzanan kokain və sintetik narkotik tranzit xəttinin mərkəzində yerləşməsi ilə izah edirlər.
Hakimiyyəti milli-mənəvi dəyərlərdən və İslam təəssübkeşliyindən danışan Türkiyə daha bir dəhşətli fakta görə dünya ölkələri arasında liderdir.
Söhbət qadın alverindən gedir...
Məlum olduğu kimi Türkiyənin kurort zonaları və mərkəzi şəhərləri ərəb şeyxlərinin və dünyada pis imicə malik varlı fenomenlərin “istirahət yeri” kimi tanınır.
Keçmiş SSRİ-nin respublikalarından, xüsusilə Türk dövlətlərindən qızlar və qadınlar iş adı ilə aldadılaraq Türkiyəyə aparılır, daha sonra isə cinsi istismara məruz qoyulur. Qadın alveri də narkotik kimi dünyada ən rəzil və alçaq alver növü hesab olunur. Çox təəssüf ki, İslam “təəssübkeşi” olan AKP-çilər məhz qadın alverini özlərinin əsas biznesinə çeviriblər. Bu biznesin qurbanları Türk dövlətlərindən aldadılıb, Suriya, İraq və digər ölkələrdən isə qaçırılıb gətirilən qadınlardır.
Bütün bunlardan sonra dünyaya əxlaqi dəyərlərdən danışmaq və özgə gözündə çöp axtarmaq hansı məntiqə sığır?
“Qara məni basınca, mən qaranı basım” prinsipi bu vaxtadək heç kimə baş ucalığı gətirməyib, AKP hakimiyyətinə də gətirməyəcək...

Bizim.Media-nın analitik qrupu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Oktyabr 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see386

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see344

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see340

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see309

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see302

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see279

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see258

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see248

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see229

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see216

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see205

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see201

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see199

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see197

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see184

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see179

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see168

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri