Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Terrorun SİYASİ SİMASI: Ruben Vardanyan

Terrorun SİYASİ SİMASI: Ruben Vardanyan

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan və erməni diasporu bütün dövrlərdə qlobal güclərin əlində alət olub. Ona görə də həm Ermənistan bir dövlət olaraq, həm də erməni diasporunun ayrı-ayrı nümayəndələri zamanla acınacaqlı mənzərəylə üz-üzə qalıb. Elə Ruben Vardanyan kimi...
Bir zamanların milyarderi, bu günün məhbusu
Milliyətçə erməni olan Ruben Vardanyan SSRİ dağılandan sonra Rusiyada qaranlıq fəaliyyəti hesabına özünə böyük biznes imperiyası qurmuşdu. Onun hətta Avropanın bir sıra ölkələrində biznes şəbəkəsi vardı.
Vardanyan qazandığı çirkli pulları yumaq üçün müxtəlif layihələrə qoşulurdu. Bu layihələrdən biri də “zavallı erməni” xalqına edilən davamlı yardımları idi.
Təbii ki, Ermənistanın 30 illik işğalı dövründə Vardanyan Qarabağda da kifayət qədər populyar idi. O burada separatizmi və terrorçuluğu dəstəkləyən müxtəlif layihələrə imza atırdı.
44 günlük müharibədən və 10 noyabr bəyannaməsindən sonra gözləmək olardı ki, digərləri kimi Vardanyan da Qarabağda separatizmi və terrorçuluq fəaliyyətini dayandıracaq. Lakin hər şey gözlənildiyinin əksinə oldu.
2022-ci ilin payızında Ruben Vardanyan Xankəndində peyda oldu. Və həyasızcasına bəyanat verərək sona qədər “Artsax”ın müstəqilliyi uğrunda mübarizə aparacağını bildirdi.
Halbuki o çox gözəl bilirdi ki, Qarabağ Azərbaycanın ərazisidir. Və bu gerçəkliyi bütün dünya dövlətləri və Beynəlxalq təşkilatlar qəbul etmişdi.
Bütün bunlardan sonra Vardanyanın Azərbaycan ərazisində ikinci bir Ermənistan dövləti yaratmaq istəyi həm Beynəlxalq hüquqa, həm də Azərbaycanın suveren hüquqlarına zidd idi. Yəni bu cür sərsəm ideyanın irəli sürlməsi Vardanyanın separatçı və terrorçu olmasına hüquqi əsas yaradırdı.
Bu azmış kimi 2022-ci ilin noyabrında Vardanyan onun separatçı rejimin “dövlət naziri” vəzifəsinə “təyin olunmasına” razılıq verdi. Bununla da o özünün cinayətkar əməllərini de-yure təsdiqlədi.
Çünki Xankəndindəki separatçı rejim nəinki dünya ölkələri, hətta Ermənistanın özündə belə tanınmamışdı. Tanınmayan separatçı rejimdə vəzifə turmaq isə əlavə cinayət məsuliyyəti yaradır.
Bu azmış ki, o separatçı dəstənin tərkibində hərbi birləşmələrin təxribatçı hərəkətlərinin genişlənməsi üçün maliyyə yardımlarını bir qədər də artırdı.
Məhz bu cür yardımlar hesabına Xankəndindəki Ermənistan ordusunun tör-töküntüləri və yerli silahlı birləşmələr azərbaycanlılara qarşı terror planları keçirtməyə başladılar. Nəticədə 44 günlük müharibədən sonra onlarla azərbaycanlı Vardanyanın maliyyələşdirdiyi terrorçuların qurbanına çevrildi.
Doğrudur Vardanyanın “dövlət naziri” kimi fəaliyyəti cəmi 4 ay çəkdi. Daxili çəkişmələrə görə separatçıların lideri Arayik Arutunyan onu vəzifəsindən uzaqlaşdı.
Bununla belə Vardanyan Azərbaycana qarşı düşmənçilik planlarından əl çəkmədi. Yeni müharibə üçün nəinki çağırışlar etdi, həm də qanunsuz hərbi birləşmələrin maliyyələşməsinə milyonlar xərclədi.
Nəhayət 2023-cü ilin 19-20 sentyabrında Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra Vardanyan Xankəndindən qaçmaq istədi.
Özü də qadın paltarında.
Amma Azərbaycanın xüsusi xidmət orqanları Vardanyanın bu planını pozdu. 2023-cü il sentyabrın 27-də Vardanyan Laçın sərhəd-keçid məntəqəsində saxlanıldı. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ona qarşı terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz silahlı birləşmələrin yaradılması və fəaliyyətinin təmin edilməsi, dövlət sərhədini qanunsuz keçmə kimi ittihamlar irəli sürdü. Sonrakı istintaq zamanı ittihamların həcmi bir qədər də genişləndirildi.
Məhkəmə materiallarında Vardanyanın ümumilikdə 40-dan çox epizod üzrə ittiham olundu. İttiham aktına əsasən, o:

terrorçuluğun maliyyələşdirilməsi;
  qanunsuz silahlı dəstələrin yaradılması və təmin edilməsi;
  Azərbaycan dövlətinə qarşı zorla hakimiyyətə yiyələnməyə yönəlmiş fəaliyyət;
  müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər;
  Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə;
  qanunsuz silah və hərbi texnikanın ölkə ərazisinə gətirilməsi;
  Qarabağda fəaliyyət göstərən silahlı qruplaşmaların maliyyə və logistika baxımından dəstəklənməsi kimi əməllərdə ittiham edildi.

Azərbaycan Baş Prokurorluğunun məhkəmədə açıqladığı ittihamlarda bildirilirdi ki, Vardanyan xaricdə müxtəlif fondlar və ianə kampaniyaları vasitəsilə vəsait toplayaraq həmin vəsaitlərin qanunsuz silahlı dəstələrin ehtiyaclarına yönəldilməsində iştirak edib.
İttiham tərəfi həmçinin onun VOMA adlı hərbi hazırlıq təşkilatı ilə əməkdaşlıq etdiyini, təlimçilərin hazırlanmasına maliyyə ayırdığını və Azərbaycana qarşı terror xarakterli fəaliyyət planlarının dəstəkləndiyini iddia edib.
İstintaq materiallarında "Nemesis-2" adlandırılan plan da yer alıb.
Bu plan Azərbaycanın xaricdəki diplomatik nümayəndələrinə və dövlət qulluqçularına qarşı terror aktlarının hazırlanmasını nəzərdə tuturdu. Bu ittiham da məhkəmə prosesində elan edilən materiallar sırasına daxil edilib.
2026-cı ilin fevralında Bakı Hərbi Məhkəməsi Ruben Vardanyanı irəli sürülən bir sıra ittihamlar üzrə təqsirli bilərək 20 il müddətinə azadlıqdan məhrum edib.
Ruben Vardanyan işi təkcə bir şəxsin mühakiməsi deyil, həm də Qarabağ münaqişəsi dövründə baş vermiş hadisələrin hüquqi qiymətləndirilməsi baxımından regionun ən mühüm məhkəmə proseslərindən biridir.
Ruben Vardanyan Beynəlxalq terrorçu kimi
Erməni milyarder təkcə Azərbaycana və azərbaycanlılara qarşı cinayətlər törətməyib. O həm də Beynəlxalq aləmdə terroru dəstəkləyib.
Məsələn, vaxtilə Ukrayna Ali Radasının deputatları Ruben Vardanyanın Ukraynaya qarşı da qanunsuz əməllər törətdiyini iddia ediblər.
Azərbaycanda Vardanyana qarşı məhkəmə prosesinin başlaması Ali Radanın deputatlarının diqqətini cəlb edib və onun cinayətkar fəaliyyətinin beynəlxalq xarakterinə diqqət yetirməyə dair çağırışlara başlayıblar.
Qeyd edək ki, 2022-ci ildə Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə Vardanyan Ukraynanın sanksiya siyahılarına daxil edilib.
2023-cü ildə Ukrayna Təhlükəsizlik Xidməti onu "rus-faşist işğalçılarının və terrorçuların əlaltısı" xarakteristikası ilə "Mirotvorets" saytının məlumat bazasına daxil edib.
Bundan əlavə Ruben Vardanyanın barəsində cinayət işində göstərilir ki,o,  “VoMa” terror təşkilatının qurucusu Vartanov Vladimir (Vova) Levanoviçlə yaxın münasibətdə olub. Aralarında vatsap vasitəsilə aparılan yazışmalar və göndərilən səsli mesajlardan aydın olub ki, təşkilat tərəfindən işğal dövründə Qarabağdakı qanunsuz silahlı birləşmələr yaradılıb, onlara hərbi təlimlər keçirilib. Sonradan həmin terrorçular Azərbaycanda və dünyanın müxtəlif ölkələrində terrorçuluqla məşğul olublar. 
Eyni zamanda Vardanyan təhlükəsizlik məsələləri üzrə ekspert adı altında  “27 Komitəsi" təxribatçı hərəkatın təsisçisi və sədri Poqosyan Vladimir Sergeyeviçlə iş birlikləri olub. Bu təşkilat üzərindən Azərbaycana və dünyaını bir sıra ölkələrinə qarşı kiberhücumlar təşkil olunub.
Cinayətin və xəyanətin layiqli sonu
İnsanlığın düşməni olan Ruben Vardanyan hazırda Azərbaycanda barmaqlıqlar arxasında öz cəzasını çəkir. Və bu reallığı təkcə Azərbaycan cəmiyyəti yox, bütün sivilizasiya normal qəbul edir, ədalətin təntənəsi sayır.
Və hətta Vardanyanın soydaşları belə ona verilən cəzanı təqdir edir.
Bir çoxları kimi erməni politoloq Ayk Martirosyan öz Facebook səhifəsində yazır ki, Rusiyanın agenti kimi  anti-erməni maraqları naminə hərəkət edən və “vətənində” troya atı rolunu üzərinə götürən Ruben Vardanyan bu günlərdə başına gələn hər şeyə layiqdir:
“Xainlər həmişə etdiklərinə cavab verirlər. Özü də bunlar axmaq olduqları üçün belə vəziyyətə düşürlər və çıxış yolu tapa bilmirlər.
Bu gün Ruben bütün erməni satqınlarına bir dərsdir. Onlar Rusiyanın anti-erməni ideologiyasına xidmət etməklə hər şeyə nail olurlar, amma sonra zibilliyə atılırlar, hər şeylərini itirirlər.
Bu işdə Ruben birincidir, ancaq sonuncu deyil.
Qarabağın dörd keçmiş psevdo-prezidenti, din xadimləri Rusiyaya xidmət edərək Ermənistanı məhvə sürükləyiblər. Qoy onların taleyi bundan da pis olsun”.
Bizim.Media informasiya portalının analitik qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Avqust 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see636

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see437

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see435

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see401

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see385

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see381

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see342

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see281

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see266

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see264

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see246

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see242

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see228

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see228

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see224

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see223

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see219

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see219

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see214

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri