Mənimsəmə və cərimə təhlükəsi: “Badamdar Estates” nizamnamə kapitalını azaldır
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Badamdar Estates” MMC nizamnamə kapitalını azaltdığını elan edib.
“Yeni Sabah” xəbər verir ki, kreditorlar Mülki Məcəllənin tələblərinə uyğun olaraq, bu elan dərc edildiyi gündən etibarən 1 ay müddətində tələblərini şirkətin ünvanına və ya telefon/e-poçt əlaqə vasitələri ilə bildirə bilərlər.
Bundan əvvəl “Badamdar Estates” MMC barəsində məcburi auditdən yayınma (İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi) üzrə inzibati xəta protokolu tərtib olunub. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun icraatında olan iş üzrə şirkəti 1500 manatdan 2500 manatadək cərimə gözləyir. İnternet mağaza
“Badamdar Estates” MMC-nin sabiq baş xəzinədarı Dünyamalı Qarayev barəsində başlanmış 163 min manatdan artıq vəsaitin mənimsənilməsi işi üzrə istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə ittiham olunur, barəsində həbs qətimkan tədbiri seçilib.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 24 Noyabr 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















