Mənzil almaq istəyənlərə vacib məsləhət Təhlükə var! KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Bakıda müşahidə olunan yağışlı hava şəraiti bir sıra məsələləri gündəmə gətirib. Xüsusilə çoxmərtəbəli binalarda yerləşən bəzi mənzillərin su ilə dolması narahatlıq yaradıb. Əksəriyyət divarlardan, çilçıraqlardan axan suyun görüntülərini təəccüblə qarşılayıb. Bildirilir ki, bu, həyət evlərində normal olsa da, binalar üçün qəribə haldır.
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov bu cür hadisələrin nadir hallarda baş verdiyini deyib:
“Bəzi şirkət rəhbərləri çoxmərtəbəli binalarda əlavə kimi istifadə olunan texniki mərtəbələri vətəndaşlara satır. Halbuki sonuncu mərtəbə dam örtüyüdür və yaşayış üçün uyğun deyil. Güman ki, su dolan həmin binanın mansardında boşluq və ya açılma olub”.
Ekspert bildirib ki, binanın komendantı su axan yerə dərhal müdaxilə etməli idi:
“Vətəndaşın mənzili sığortalıdırsa, narahat olmamalıdırlar. Bununla dəymiş ziyan qarşılanacaq. Məsləhət görürəm ki, insanlar mansard dediyimiz son mərtəbəni almasınlar. Heç lift də həmin yerə qalxmır”.
Baxış sayı:99
Bu xəbər 19 Aprel 2025 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















