Icma.az
close
up
RU
Mənzil və həyət evlərinin qiymətləri ilə bağlı YENİ XƏBƏR KONKRET

Mənzil və həyət evlərinin qiymətləri ilə bağlı YENİ XƏBƏR KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

2025-ci il ərzində daşınmaz əmlak bazarında bahalaşma gözlənilir. Qiymət artımı ehtimalını formalaşdıran bir çox səbəblər var.

Əksər realtor və ekspertlər bahalaşmanın daha çox mənzil bazarında özünü göstərəcəyini proqnozlaşdırır. Lakin biznes obyektləri və fərdi yaşayış evlərinin də qiymətlərinin artması istisna edilmir.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc təsdiqləyib ki, bu il daşınmaz əmlakın bütün seqmentlərində bahalaşma gözlənilir:

“Bunun səbəbləri ölkə iqtisadiyyatının böyüməsi, manatın alıcılıq qabiliyyəti, kommunal xidmətlərdə artımlar və bu kimi faktorlardır. Hətta bunlar olmasa belə, 2025-ci il üçün bahalaşmanı proqnozlaşdırmışdıq. Əsaslar daha da artdığı üçün bahalaşma tam real proqnozdur.

Fərdi yaşayış evlərinin bahalaşmasını ehtimal edənlər əsasən sənədləşmə probleminə görə bunu iddia edirlər. Onlar düşünür ki, sənədləşmə problemi həll edildikdən sonra çıxarışı olan fərdi yaşayış evlərinin qiymətləri artacaq. Təbii ki, ciddi arqumentdir. Lakin əsas arqumentlərdən biri odur ki, hazırda fərdi yaşayış evlərinin tikintisi ciddi xərclərə səbəb olur. Eyni zamanda, biznes məqsədi ilə fərdi yaşayış evi tikənlər də mənfəət gözləntilərini artırıb”.

Vüqar Oruc qeyd edib ki, qiymət artımını şərtləndirən bir sıra önəmli nüanslar var:

“Digər tərəfdən, bina tikintisində də analoji tendensiya özünü göstərməkdədir. Xərclərin artımı, habelə vətəndaşların daha çox yeni tikili bazarında müraciət etməsi bu seqmentdə də qiymətlərin artmasına təkan vermiş olur. Daşınmaz əmlak artıq bir biznes sahəsidir və burada stabil, risksiz gəlir əldə etmək olur. Həm də mənzil və evlərin qiymətləri də ildən-ilə artır.

Bu kimi nüanslar bahalaşmanı yaradan əsas faktorlardır. Bakının müxtəlif yerlərində söküntü işlərinin intensiv formada aparılması və yerində yenitikili binaların inşa edilməsi kirayə və əmlak bazarı üçün yeni müştərilər deməkdir. Bunlar da qiymətlərin artmasına səbəb olur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Yanvar 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri