Icma.az
close
up
RU
Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb: məhkəmə qərarları niyə icra olunmur?

Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb: məhkəmə qərarları niyə icra olunmur?

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Bugünlərdə sosial şəbəkələrdə yayılan və keçmiş məcburi köçkünə aid olduğu bildirilən səs yazısı uzun illər əvvəl zəbt olunmuş mənzillərlə bağlı problemi yenidən gündəmə gətirdi.

Bizimyol.info xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi səs yazısının Qubadlı rayonunun Muradxanlı kəndindən keçmiş məcburi köçkünə məxsusdur.

Mehriban Hüseynova 32 il əvvəl Qubadlıda yaşadığı evdən məcburi köçkün düşəndən sonra Sumqayıtda – Vəkil Verdiyevə məxsus 4 otaqlı mənzildə məskunlaşıb. Onillər boyu o, həmin mənzildə yaşadığı halda, əmlakın sahibi olan Verdiyevlər ailəsi yataqxanada əzab-əziyyət içində gün keçirməli olub. O, günü bu gün də həmin evdən çıxmaq istəmir. Səs yazısında da ev sahibindən onun mənzilini tərk etmək üçün pul tələb edir: “Öyrənmişik, bu evin qiyməti 120 mindir. Hərəmizə 10 min verirsənsə, çıxırıq. Dar ayaqda mənə 8 min, baldızıma 10 min...”

Verdiyevlər ailəsindən Bizimyol.info xəbər portalına bildirilib ki, Mehriban Hüseynovanın mənzildən könüllü şəkildə çıxmadığını görüb, onu məhkəmə yolu ilə çıxarmaq qərarına gəliblər. Təxminən 20 il əvvəl Sumqayıt Şəhər Məhkəməsi məcburi köçkünlərin mənzildən çıxması barədə qərar çıxarıb. Lakin həmin qərar icra olunmayıb.

1956-cı il təvəllüdlü Vəkil Verdiyev qərarın icrası üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə də üz tutub. O, Komitəyə əlindəki məhkəmə qətnaməsini təqdim edib. Bundan sonra onun mənzilində yaşayan məcburi köçkünlərə Biləsuvarda məcburi köçkünlər üçün qəsəbədə ev təklif olunub. Lakin onlar Sumqayıtdan getmək istəməyib: “Bizə də deyirdilər ki, gedin, nə istəyirsiniz, eləyin. Kimə istəyirsiniz, şikayət edin, çıxmırıq. Beləcə, 32 ildir onlar bizim evimizdədir, çıxmırlar”.

Sumqayıtda bu cür problemlə üzləşən təkcə Verdiyevlər ailəsi deyil.

Əslən Cəbrayıldan olan, lakin Sumqayıtda şüşə zavodunda işləyən 1941-ci il təvəllüdlü Vaqif Əliyev 1993-cü ildə mənzilin orderini alıb, həmin ərəfədə yaxın qohumu vəfat etdiyinə görə təcili rayona gedib. Qayıdanda isə mənzilinin Qubadlıdan olan məcburi köçkünlər tərəfindən zəbt olunduğunu görüb.

1996-cı ildə işlədiyi zavodda bir əlinin 4 barmağı kəsilən və I qrup əlil olan mənzil sahibi o vaxta qədər kirayə qalıb, pulunu birtəhər ödəsə də, sonra buna da imkanı çatmayıb. Evindən məcburi köçkünləri çıxara bilməyən, kirayə pulunu da ödəməyə maddi baxımdan gücü çatmayan Vaqif Əliyev məcburiyyət qarşısında Sumqayıtda şüşə zavodunun ərazisindəki anbara sığınıb.

Vaqif Əliyevin həyat yoldaşı Sara Əliyeva məcburi köçkünlərin çıxması üçün ardıcıl bir neçə dəfə öz evinə gedəndə orada yaşayanlar onu döyüblər.

Bu ailə də 9 mərtəbəli binanın I mərtəbəsində yerləşən 2 otaqlı mənzilindən məcburi köçkünlərin çıxarılması üçün məhkəməyə müraciət edib. Məhkəmə də onların xeyrinə qərar verərək, mənzilin boşaldılması barədə qətnamə çıxarıb. Lakin onların da mənzili ilə bağlı məhkəmə qərarı icra olunmayıb.

Qeyd edək ki, Bakıda və Sumqayıtda mənzili məcburi köçkünlər tərəfindən zəbt olunan, məhkəmə qərar çıxarsa da, icra olunmamasından narazı qalan onlarla mülkiyyətçi var. Onlar məhkəmə qərarının icra olunmamasından da şikayət ediblər. Lakin şikayətləri bu günə qədər nəticəsiz qalıb.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 Avqust 2025 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri