Icma.az
close
up
RU
Banklarla bağlı məhkəmə qərarları niyə icra olunmur? AÇIQLAMA

Banklarla bağlı məhkəmə qərarları niyə icra olunmur? AÇIQLAMA

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Azərbaycanda yerinə yetirilməyən məhkəmə qərarlarından 340 mindən çoxu bank sistemi ilə bağlıdır. Bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib. Onun fikrincə, nə qədər ki bank sistemi bu faiz və bu şərtlərlə çalışır və təminatsız kreditlər verir, bu problemlər qalacaq.

Bəs, ekspertlər nə düşünür? Bank sistemi ilə bağlı məhkəmə qərarları niyə icra olunmur?

Mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında bank eksperti Emin Kərimov bildirib ki, bəzi hallarda banklar satış məqsədilə daha çox müştəriyə kredit verir və risklərə göz yumur:


“Bu, satış siyasəti ilə bağlı olan bir məsələdir. Sonradan həmin kreditlərlə bağlı problem yaranmasını banklar özü gözə alır. Bütünütün proseslər qanunvericilik, Mülki Məcəllə və digər hüquqi aktlarla tənzimlənildiyinə görə banklar düşünür ki, kredit qaytarılmadığı təqdirdə problemi məhkəmə yolu ilə həll edəcəklər. İş məhkəməyə çıxanda artıq hakimlər özləri təyin edir ki, şəxs ödəniş qabiliyyətlidir, ya yox. Müvafiq olaraq ödəniş tələbi irəli sürülür və ya borclu rəhmətə gedib, yaxud əlillik qazanıbsa (bu, istisna hallarda olur) məhkəmə xitam qərarı verir. Nəticədə bank öz ehtiyatlarından həmin krediti silə bilir. Amma istənilən halda məhkəmə qərarı varsa, icraçılar məhkəmə hökmünü təmin etməlidirlər”.

Ekspertin sözlərinə görə, hazırda bankların əsas problemi icraçılarla bağlı olan məsələlərdir:

“Məhkəmə işlərinin çoxluğu ucbatından bəzi hallarda icraçılar işi tam icra etmir və sonraya saxlayırlar. Məsələn, sizin kreditiniz var, işdən çıxmısınız, əmək qabiliyyətinizi itirmisiniz və sığortanız yoxdursa, o zaman işiniz növbəlilik əsasında arxa sıralara keçirilir. Sonradan işə düzəldiyiniz və VÖEN açdığınız halda, bu, avtomatik olaraq icraçılarının proqramında əks olunur. Gəlirləriniz formalaşdığı dövrdə həmin işlər üzrə icraat həyata keçirilir. Hətta təqaüd yaşınıza çatdığınızda da avtomatik pensiyadan tutulur. Yəni, belə deyək, ödənilməyən kredit yoxdur. Banklar məhkəməyə müraciət edir və onun xeyrinə qərar verilirsə, proses artıq probasiya və icra şöbəsinin məsuliyyətinə keçir. Onlar ödənişləri təmin etməlidirlər”.

E. Kərimovun fikrincə, həm bankların, həm icra şöbələrinin yüklənməməsi üçün dövlət yeni mexanizm tətbiq edə bilər:

“Məsələn, dövlət aliment fondu kimi bir fond yarada bilər. Bu fonddan ödənişlər həmin banklara köçürülə, məhkəmə işləri dayandırıla və şəxsin, məsələn, pensiya kapitalından, gələcəkdə isə pensiyasından silinmələr icra oluna bilər. Bu, mənim şəxsi subyektiv fikrimdir”.

Lalə,
BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 Sentyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri