Icma.az
close
up
RU
Mənzillər BAHALAŞDI Ekspert səbəbləri açıqladı: Son bir aydır ki...

Mənzillər BAHALAŞDI Ekspert səbəbləri açıqladı: Son bir aydır ki...

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Bakıda daşınmaz əmlak bazarında qiymət artımı davam edir.

Bakıvaxtı.az-ın məlumatına görə, xüsusilə 2025-ci ilin fevral ayı ilə bağlı statistik göstəricilər bazarın dinamikasının dəyişdiyini göstərir. Belə ki, fevral ayında mənzillərin qiyməti yanvar ayı ilə müqayisədə orta hesabla 1,5 %, ötən ilin eyni dövrünə nəzərən isə 11,2 % artıb.

İlkin mənzil bazarında (yeni tikililər) qiymətlər yanvarla müqayisədə 1%, ötən ilin fevralına nisbətən isə 12,9 % artıb.

Təkrar mənzil bazarında isə yeni tikililərin qiyməti ay ərzində 1,5%, il ərzində 10,9% bahalaşıb, köhnə tikililərdə bu artım 1,1 % və 9,8 % olub.

Bəs bahalaşmanın səbəbi nədir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan əmlak eksperti Elnur Azadov bildirib ki, istənilən məhsula tələbat artdıqda qiymətlərin yüksəlməsi qaçılmazdır. Son bir aydır ki, ipoteka kreditlərinin verilməsinə başlanılıb və bu da bazarda müəyyən aktivliyə səbəb olub. Xüsusilə bəzi ərazilərdə ipotekaya yararlı mənzillərin sayı məhdud olduğundan onların qiymətində artım müşahidə edilir:

"Bahalaşmanın əsas səbəblərindən biri tikinti sektorunun qeyri-aktivliyidir. Rəqabətin zəif olması səbəbindən tikinti icazələrinin sayı azalıb və bazara çıxarılan yeni mənzillərin sayı tələbatı tam qarşılamır. Nəticədə satış həcmi əvvəlki beş illik dövr ilə müqayisədə 50-60 % aşağı düşüb və bu da qiymətlərin artmasına səbəb olub”.

Onun sözlərinə görə, bəzi alıcılar mənzilləri yalnız yaşamaq üçün deyil, gələcəkdə daha baha qiymətə satmaq və ya kirayə vermək üçün alırlar. Xüsusilə mərkəzi ərazilərdə mənzillərə olan maraq yüksəkdir və bu da qiymət artımını sürətləndirir.

Müsahibimiz qeyd edib ki, tikinti materiallarının və işçi qüvvəsinin qiymətində müşahidə olunan artım da mənzil bazarına təsir göstərən mühüm amillərdəndir:

“Son illərdə ölkədə və dünya bazarında tikinti materiallarının qiymətləri yüksəlib. Bu da yeni tikililərin maya dəyərinin artmasına və nəticədə satış qiymətlərinin bahalaşmasına səbəb olur".

Elnur Azadov: Daha çox yeni tikili bazara daxil olsa, rəqabət güclənər və qiymət artımı nisbətən yavaşlayar

E.Azadovun sözlərinə görə, mənzil bazarında qiymət artımı hər il müşahidə olunur. Lakin son illərdə bu artım daha nəzərəçarpan olub. Əvvəllər qiymətlər ildə orta hesabla 3-5% bahalaşırdısa, indi artım göstəriciləri daha yüksəkdir.

Ekspert hesab edir ki, bazarda qiymətlərin stabilləşməsi üçün tikinti sektorunda canlanma olmalıdır. Əgər daha çox yeni tikili bazara daxil olsa, rəqabət güclənər və qiymət artımı nisbətən yavaşlayar. Əks halda, xüsusilə ipoteka kreditlərinin genişlənməsi fonunda qiymətlərin daha da yüksəlməsi mümkündür.

Nuriyyə Musayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Mart 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri