Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Məqsədli büdcə fondları ləğv olunur

Məqsədli büdcə fondları ləğv olunur

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Məqsədli büdcə fondları ləğv olunacaq, daxilolmalar qeyd-şərtsiz dövlət büdcəsinin gəlirlərinə aid ediləcək.

Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Meşə Məcəlləsi, Cinayət Məcəlləsi, Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, "Yerin təki haqqında", "Tullantılar haqqında", "Heyvanlar aləmi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Tibbi sığorta haqqında", "Avtomobil yolları haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Büdcə sistemi haqqında", "Dövlət borcu haqqında", "Gömrük tarifi haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Hesablama Palatası haqqında", "Dövlət satınalmaları haqqında" və "Balıqçılıq haqqında" qanunlara təklif edilən müvafiq dəyişikliklərdə əksini tapıb.

Layihə "Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli fərmanı çərçivəsində hazırlanıb. Layihədə məqsədli büdcə fondlarının ləğv edilməsi, fondların mədaxil mənbələri olan cərimə xarakterli və dəymiş ziyanın ödənilməsi ilə bağlı daxilolmaların qeyd-şərtsiz dövlət büdcəsinin gəlirlərinə aid edilməsi, digər maliyyə mənbələrinə münasibətdə isə fondların tabe olduğu orqanların işçilərinin sosial müdafiəsinin maliyyələşdirilməsi məqsədilə bölgü müəyyən edilməsi təklif olunur.

Hazırda ölkədə fəaliyyət göstərən məqsədli büdcə fondlarının vəsaitləri müxtəlif hüquqi əsaslar və fərqli maliyyə idarəetmə mexanizmləri üzrə formalaşır və istifadə olunur. Mövcud təcrübənin təhlili göstərir ki, bəzi fondlar üzrə vəsaitlərin dövlət büdcəsi ilə paralel şəkildə idarə olunması fiskal planlaşdırma, resurs bölgüsü, xəzinə icrası hesabatlılıq və maliyyə nəzarəti baxımından əlavə çətinliklər yaradır. Belə ki, dövlət büdcəsinin gəlirləri və xərcləri ilə sıx əlaqəli olan, xüsusilə infrastruktur və investisiya xarakterli tədbirlərin maliyyələşdirilməsinə xidmət edən bəzi fondların ümumi büdcə çərçivəsindən kənar idarə olunması dövlət maliyyəsinin vahidlik və tamlıq prinsiplərinin tətbiqini məhdudlaşdırır, büdcə resurslarının prioritetlər üzrə sistemli bölgüsünü çətinləşdirir və vəsaitlərin istifadəsi üzərində nəzarət imkanlarını zəiflədir.

Layihənin qəbul edilməsi nəticəsində məqsədli büdcə fondlarının vəsaitlərinin idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi, onların iqtisadi mahiyyətinə və funksional təyinatına uyğun olaraq daha səmərəli maliyyə idarəetmə modelinin tətbiq edilməsi, dövlət maliyyəsinin vahid prinsiplər əsasında idarə olunması, budcə vəsaitlərinin təyinatı üzrə istifadəsinə nəzarətin gücləndirilməsi təmin ediləcək. Məqsədli büdcə fondlarının vəsaitlərinin iqtisadi mahiyyətinə uyğun idarəetmə modeli formalaşdırılacaq, dövlət büdcəsi ilə birbaşa əlaqəli olan maliyyə axınlarının dövlət büdcəsində cəmlənməsi hesabına fiskal planlaşdırmanın keyfiyyəti artırılacaq, habelə ekoloji və təbii ehtiyatların qorunması, bərpası və istifadəsi ilə bağlı tədbirlərin operativ maliyyələşdirilməsi üçün daha çevik idarəetmə mexanizmi formalaşdırılacaq, büdcə və büdcədənkənar vəsaitlər arasında funksional bölgü daha dəqiq müəyyən ediləcək. 2026-cı il üzrə hesablamalara əsasən məqsədli büdcə fondları üzrə daxilolmaların ümumi həcmi 472,3 mln. manat səviyyəsində proqnozlaşdırılır. Layihə yeni maliyyə öhdəliklərinin yaradılmasına deyil, mövcud maliyyə axınlarının daha səmərəli və məqsədyönlü qaydada yenidən təsnifləşdirilməsinə və idarə olunmasına yönəlib.

Beləliklə, aşağıdakı fondlar ləğv ediləcək:

- Meşələrin qorunub saxlanması və təkrar istehsalı Fondu

- Mineral xammal bazasının bərpası üzrə Dövlət Fondu

- Nəqliyyat vasitələrinin utilizasiyası Fondu

- Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fondu

- Su bioresurslarının artırılması, bərpası və mühafizəsi Fondu

- Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılmış fondlar

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 Noyabr 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see325

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see303

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see289

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see282

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see268

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see263

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see263

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see259

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see258

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see248

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see243

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see237

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see233

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see233

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see231

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see221

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see219

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see211

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see211

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri