Azərbaycanda bu rüsum ləğv edilir
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir.
Axar.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda Qanunun 18.66.1-ci maddəsinə əsasən, şəhadətnaməsinin verilməsinə görə 10 (on) manat məbləğində dövlət baytarlıq rüsumu müəyyən edilib. Hər dəfə ödənişli əsaslarla şahadətnamələrin alınması sahibkarlıq subyektləri üçün əlavə maliyyə yükü və digər xərclərə səbəb olur ki, bu hal da heyvan mənşəli məhsulların maya dəyərinə, habelə satış qiymətlərinə təsir göstərir.
Sözügedən qiymət artımının qarşısını almaq məqsədilə baytarlıq şəhadətnaməsinə görə təsbit olunan dövlət rüsumunun ləğv edilməsi məqsədəuyğun hesab olunur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Baxış sayı:51
Bu xəbər 18 Noyabr 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















