Mərakeş sularında qalan azərbaycanlı dənizçilərdən kömək çağırışı: Bizi zorla riskli əraziyə göndərirlər
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Bir qrup azərbaycanlı dənizçi Mərakeş sahillərində köməksiz vəziyyətdə qaldığını iddia edir.
Oxu.Az-ın redaksiyasına müraciət edən dənizçilər "Lady Mina" gəmisində olduqlarını, şirkətin onları məcburən riskli zonalara göndərməyə hazırlaşdığını deyiblər.
"Biz, səkkiz nəfər (yeddi Azərbaycan və bir Gürcüstan vətəndaşı) hazırda Mərakeş Krallığının Corf Lasfar limanı yaxınlığında olan "Lady Mina" yük gəmisinin heyət üzvləriyik. Ekipajın əksəriyyəti üç aydan artıqdır ki, əməkhaqqılarını almır. Bu hal əmək müqavilələrinin birbaşa pozuntusudur.
Eyni zamanda, gəminin əsas mühərrikində ciddi texniki nasazlıqlar mövcuddur. Gəmi Atlantik okeanını keçmək və planlaşdırılan marşrut üzrə ağır dəniz şəraitində təhlükəsiz istismar üçün texniki cəhətdən uyğun deyil və lazımi səviyyədə saxlanılmayıb. Davam edən mühərrik problemləri gəminin açıq dənizdə qalma riskini əhəmiyyətli dərəcədə artırır.
Şirkət bizi yüksək sağlamlıq təhlükəsi olan zonalara (Qana və Kameruna) göndərməyi planlaşdırır, lakin məcburi peyvəndlərlə (sarı qızdırma, malyariya, vəba) təmin etməyib. Qvineya körfəzi kimi yüksəkriskli ərazilərdən keçid üçün ekipaj nə məlumatlandırılıb, nə də ona təlim keçirilib. Yəni zəruri təhlükəsizlik tədbirləri görülməyib", - deyə gəminin ikinci kapitanı Samir Əminov vurğulayıb.
Heyət üzvləri gəmidə təcili yoxlama aparılmasını, həmçinin bütün gecikdirilmiş əməkhaqqılarının ödənilməsini və Azərbaycan və Gürcüstan Respublikalarına dərhal repatriasiya olunmalarını xahiş edirlər:
"Hazırda Mərakeşin Corf Lasfar limanının yaxınlığında lövbər salıb durmuşuq. Gəmi təhlükəli bölgəyə - xəstəlik, quldurlar olan əraziyə gedəcək deyə gəmidən düşmək istəyirik, amma bizi geri qaytarmır, məcburi şəkildə təhlükəli bölgəyə aparırlar".
"Aidiyyəti qurumlara, o cümlədən dənizçilərin hüquqlarının qorunması üzrə beynəlxalq agentliyə də müraciət etmişik. Gəmi "Cillioglu Maden Denizcilik Ticaret LTD STI" şirkətinindir. Mən gəmiyə gələndən sonra "Cillioglu" şirkətinin qara siyahıda olduğundan xəbərim olub", - S.Əminov əlavə edib.
Qeyd edək ki, rəsmi məlumata görə, "Lady Mina" gəmisi Mərakeşin Corf Lasfar limanına yanvarın 18-i saat 21:00-da yan alıb. Hazırda Tanzaniya bayrağı altında üzən yük gəmisi 1989-cu ildə (37 il əvvəl) inşa olunub.
Mərahim Nəsib
Baxış sayı:111
Bu xəbər 26 Yanvar 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















