Icma.az
close
up
RU
Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir FOTOLAR

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir FOTOLAR

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mərakeşin nüfuzlu media orqanlarının rəhbərləri və təmsilçiləri ölkəmizə səfər ediblər. Səfər Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə baş tutub.  

"Unikal" xəbər verir ki, qonaqlar sırasında “Morocco World News” xəbər portalının həmtəsisçisi və direktoru Adnane BENNİS, “Zamane” jurnalının təsisçisi və baş redaktoru Youssef CHMİROU, “Al Alam” qəzetinin direktoru Abdellah Əl Bakkali, “Le Matin” mətbu orqanının inzibati direktoru Ali Alaoui Sossey, “Hespress” onlayn xəbər portalının jurnalisti Ali Ben Harar, “Al Ahdath Al Maghribia” qəzetinin jurnalisti Radouane Elbaldi, “Maroc Hebdo” siyasi jurnalının jurnalisti Aissa Amourag, “Le360” xəbər portalının jurnalisti Fatima Əl Karzabi kimi Mərakeşin nüfuzlu media nümayəndələri var.

Səfər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın dünya ölkələri arasında mövqeyi, tarixi, mədəniyyəti, milli-mənəvi dəyərlərinin beynəlxalq aləmdə təbliği və təşviqi məqsədilə təşkil edilib. Ölkəmizdə olduqları müddətdə xarici jurnalistlər işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Şuşa şəhərində ermənilər tərəfindən işğal dövründə törədilmiş dağıntı və vandalizmin nəticələri, həmçinin hazırkı vəziyyət, bərpa və yenidənqurma işləri ilə yaxından tanış olacaqlar. Həmçinin bir sıra dövlət qurumlarında rəsmi görüşlər də nəzərdə tutulub.

Qonaqlar ilk olaraq Fəxri xiyabanda görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üstünə gül dəstələri düzüblər. Şəhidlər xiyabanında ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər. Sonra Hərbi Qənimətlər Parkında və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar. Qonaqların Bakı gəzintisi şəhərin digər görməli yerlərinə ekskursiya ilə davam edib.

Qeyd edək ki, ümumilikdə isə son illər 1000-dən çox xarici tarixçi, politoloq, jurnalist və hüquqşünas ölkəmizə səfər edib, komitənin xətti ilə işğaldan azad olunmuş ərazilərə baş çəkiblər. Ermənistanın işğalı nəticəsində həmin ərazilərə dəyən ziyan, eləcə də Qarabağda aparılan yenidənqurma işləri ilə haqqında məlumatlandırılıblar. Həmin səfərlərlə bağlı yüzlərlə məqalə xarici mediada yayılıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:320
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 İyul 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri