“Mercedes Benz” silah istehsal etmək istəyir
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Alman avtomobil istehsalçısı “Mercedes-Benz” silah sektoruna girməyi istisna etmir.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin baş direktoru Ola Kallenius “The Wall Street Journal” qəzetinə bildirib.
“Dünya getdikcə daha gözlənilməz bir vəziyyət alır. Mənə elə gəlir ki, Avropa müdafiə potensialını artırmalıdır. Əgər bu işdə rol oynaya bilsək, biz bunu etməyə hazırıq”, - deyə o bildirib.
Kallenius həmçinin bildirib ki, silah sektoru minik və yük avtomobilləri ilə müqayisədə biznesin kiçik bir hissəsini təşkil edəcək.
Qeyd edək ki, bundan əvvəl “Der Spiegel” jurnalı KNDS Almaniya-Fransa müdafiə şirkətinin “Mercedes-Benz”lə Berlinin cənubundakı Lüdviqsfeld şəhərində yerləşən avtomobil zavodunu almaq barədə danışıqlar apardığını bildirmişdi.
Bu mövzuda digər xəbərlər:Mercedes Benz çətin günlər yaşayır
30 İyul 2025 14:33
Mercedes Benz S Class yenilənir
14 Yanvar 2026 19:07
Mercedes Benz dən dünya rekordu
01 Fevral 2026 19:27
Çin maşınları Mercedes Benz i çökdürür
13 May 2025 21:01
Sabunçuda Mercedes Benz yolun kənarında yandı
03 Sentyabr 2025 15:14
Baxış sayı:190
Bu xəbər 16 May 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















