Mərdəkanda təcili yardım maşını dəhşətli qəza törətdi ANBAAN VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Xəzər rayonu Hacı Zeynalabidin Tağıyev küçəsində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, dekabr ayının 5-də qeydə alınan qəzada təcili yardım maşını ilə "Saipa" markalı avtomobil toqquşub.
Belə ki, sayrışan işıqları yandırsa da səs siqnalını qoşmayan təcili yardım avtomobilinin sürücüsü yolayrıcına yüksək sürətlə daxil olub. Bu zaman sağdan gələn avtomobilin önünə çıxıb.
Nəticədə zərbənin gücündən təcili yardım maşını aşıb.
Qeyd edək ki, ərazidə 26 saylı xəstəxana var. Ehtimal olunur ki, təcili yardım avtomobilinin sürücüsü xəstəxanaya tələsib. Lakin sürücü ya səs siqnalını qoşmalı, ya da sağdan gələn avtomobilə yol verməli idi. Bunların heç birini etmədiyi üçün isə ağır qəza qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Könül
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 23 Dekabr 2024 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















