Mərhum müğənninin vəsiyyəti açıqlandı FOTO
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-da ürək tutmasından sonra yaranan ağırlaşmalar səbəbindən vəfat edən Türk klassik musiqisinin sənətkarı Muazzez Abacının cənazəsi sabah İstanbula gətiriləcək. Atatürk Mədəniyyət Mərkəzində (AKM) keçiriləcək vida mərasimindən sonra sənətçi atasının yanında dəfn ediləcək.
Milli.Az xəbər verir ki, Abacının vəsiyyəti onun şəxsi həyatındakı ən böyük izlərdən birini üzə çıxarıb. Sənətçi, 1,5 yaşında itirdiyi və "Sarı Bomba" ləqəbi ilə tanınan məşhur boksçu atası Oktay Bəyin yanında dəfn olunmaq istədiyini vəsiyyət edib. Atasının sevgisinə doya bilmədiyini tez-tez dilə gətirən Abacı bu arzusunun həyata keçirilməsini xüsusi olaraq tapşırıb.
Məşhur sənətçinin mirası ilə bağlı detal açıqlanmasa da, vəsiyyətin ailə daxilində diqqətlə yerinə yetiriləcəyi bildirilib. Abacının illərdir topladığı sənət irsinin və əmlakının kimə qalacağı ilə bağlı rəsmi məlumatın yaxın günlərdə paylaşılacağı gözlənilir.
Xatırladaq ki, 78 yaşlı Muazzez Abacı 5 noyabrda qızını ziyarət etmək üçün ABŞ-a gedərkən infarkt keçirmişdi. Həkimlər ona stent qoysa da, böyrəklərində yaranan ciddi ağırlaşmalar səbəbindən reanimasiyaya köçürülmüş və bütün müdaxilələrə baxmayaraq həyatını itirmişdi.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 14 Noyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















