“Kəpəz”in futbolçusundan açıq mesaj: “Biz autsayder deyilik!”
sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Yoxlama matçları çempionat oyunları ilə eyni səviyyədə olmur. Premyer Liqada qarşılaşmalar daha gərgin keçir". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in qapıçısı Yusif İmanov deyib.
Gəncə təmsilçisinin təlim-məşq toplanışınızı dəyərləndirən qolkiper mövsümün ikinci yarısına hazır olduqlarını söyləyib:
"Düşünürəm ki, bu müddətdə məşqçilərin verdiyi tapşırıqları yerinə yetirə bildik. Qış hazırlığımız pis keçməyib. Bilirəm, yoxlama oyunlarında qələbə qazansaydıq, daha yaxşı ola bilərdi. Amma nəzərə almalıyıq ki, bu sadəcə, yoxlama matçlarıdır".
İmanov fasilədən sonra daha yaxşı çıxış edəcəklərini də söyləyib:
"Komandamız tam hazırdır. Qarşıda bizi gərgin və maraqlı ikinci yarı gözləyir. Əlimizdən gələndən də daha artığını edəcəyik ki, daha yuxarı pillələrə çıxa bilək. Qarşıda xeyli oyun var. Allahın izni ilə ən yaxşı nəticəni qazanacağıq. Heç birimiz "Kəpəz"i autsayder olaraq görmürük. Bu mövsüm nəinki liqada qalmaq, hətta düşünürəm ki, orta sıralarda yer alacağıq".
Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasının 17-ci turunda "Qarabağ"ın qonağı olacaq. Matç yanvarın 24-də baş tutuacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 20 Yanvar 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















