Icma.az
close
up
RU
Merih Dəmiral Əziz Sancar ilə çəkdirdiyi bozqurd şəklinə aydınlıq gətirdi

Merih Dəmiral Əziz Sancar ilə çəkdirdiyi bozqurd şəklinə aydınlıq gətirdi

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Meksikaya minimal hesabla uduzduğu yoxlama oyununun ardından Merih Dəmiral jurnalistlərlə söhbət edib. Gərgin keçən qarşılaşmada Merih bir neçə dəfə rəqib oyunçularla gərgin anlar yaşamalı oldu.
''Əl-Əhli''nin futbolçusu bu qarşılaşma, eləcə də oyundan öncə Amerikada yaşayan tanınmış türkiyəli alim Əziz Sancarı ziyarət etmələri barədə danışıb. Həmin ziyarət zamanı Dəmiralın Sancarla birlikdə ''bozqurd'' işarəsini göstərərək şəkil çəkdirməsi diqqət çəkmişdi. Xatırladaq ki, həmin ''bozqurd'' işarəsi üzündən Merih ötən il Avropa Çempionatında ən çox müzakirə edilən futbolçulardan birinə çevrilmiş və üstəlik iki oyunluq cəza almışdı. Merihi dinləyək:

''Yığmanın heyətində meydana çıxdıqda oyunun yoldaşlıq və ya rəsmi xarakter daşıması ciddi önəm kəsb etmir. Biz hər zaman meydanda ən yaxşı oyunumuzu sərgiləməyə çalışırıq. Oyun bir qədər gözlədiyimizdən gərgin keçdi. Meksikalılar çox gərgin idi və biz də onlara eyni şəkildə qarşılıq verdik. Mövsüm bitdikdən sonra toplanış keçmək psixoloji cəhətdən çətin olur. Amma dediyim kimi yığma komandada hər kəs əlindən gələni edir. Bu iki oyun, burda keçirdiyimiz məşqlər bizim üçün çox böyük təcrübə oldu. Əziz Sancar çox dəyərli insandı. Onu görə bilmək bizi çox sevindirdi. Onunla söhbət etdikdə belə tüklərimiz biz-biz oldu. Bu cür insanları görmək bizim üçün əsil ilham qaynağıdı. Onun öz vəqfi var. Biz də komanda olaraq həmin vəqfə xeyir verməyə çalışacağıq. Bu cür insanı şəxsən tanımaq fürsəti əldə etdiyim üçün sevincliyəm. Əziz Sancar həm də düzgün türkçüdü və millətini çox sevən insandı. ''Bozqurd'' işarəsi ilə şəkil çəkdirməyimizi özü məndən istədi. Bizim gənc və istedadlı komandamız var. Orta yaş həddimiz aşağıdı. Millətimizin qürur duyduğu bir yığma komandamız var. Bunu davam etdirmək istəyirik. İnşallah yığma komanda ilə qazanacağımız əsas uğurlar hələ irəlidədi''.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 İyun 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see281

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see253

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see236

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see230

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see211

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see184

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see176

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see173

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see165

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see150

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see149

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see147

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see144

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see141

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see141

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see140

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see137

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see134

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see130

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri