Icma.az
close
up
RU
Mərkəzi Asiya, Azərbaycan və Türkiyənin birlikdə həyata keçirdikləri beynəlxalq layihələr ABŞ ın diqqətindədir

Mərkəzi Asiya, Azərbaycan və Türkiyənin birlikdə həyata keçirdikləri beynəlxalq layihələr ABŞ ın diqqətindədir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 3 noyabr, Rabil Kətanov, AZƏRTAC

Son dövrlər regionda baş verən bir sıra hadisə və proseslər bu coğrafiyadakı dövlətləri ciddi maraqlandırır. Hər bir dövlət regionda həyata keçirilən beynəlxalq əhəmiyyətli nəqliyyat-tranzit layihələrində iştirak etmək və faydalanmağa çalışır. Belə bir məqamda Mərkəzi Asiya respublikalarının prezidentlərinin ABŞ Prezidenti Donald Tramp tərəfindən Vaşinqtona dəvət olunması olduqca maraqlıdır. Bu və digər məsələlərə barədə suallarımızı Türkiyənin “Haber 365” media qrupunun rəhbəri, siyasi ekspert Yakub Aslan cavablandırır.

- Yakub bəy, noyabrın 6-da Vaşinqtonda Mərkəzi Asiya respublikalarının dövlət başçıları ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş keçiriləcək. Bu respublikalar, Azərbaycan və Türkiyə Türk Dövlətlər Təşkilatının (TDT) üzvləridir və yaxın əlaqələrə malikdirlər. Bu baxımdan Mərkəzi Asiya-ABŞ Sammiti nə vəd edir?

- Sovet İttifaqı dağıldıqdan sonra Mərkəzi Asiya respublikaları müstəqillik əldə edərək dünya ilə inteqrasiya proseslərinə qoşuldular. İlk növbədə dini, milli, mədəni cəhətlərdən yaxın olan Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələr quruldu. Dünyanın super gücü olan ABŞ bu prosesləri yaxından izləyərək regionun geosiyasi əhəmiyyətini və iqtisadi potensialını düzgün qiymətləndirir. Prezident D. Tramp ABŞ-ın keçmiş prezidentlərindən fərqli olaraq daha çox ölkəsinin iqtisadi və biznes maraqlarının təmin olunması istiqamətində siyasət yürüdür. Mərkəzi Asiyada böyük həcmdə nadir metallar - litium, uran, volfram yataqları var. Bunula yanaşı, region ölkələri böyük enerji potensialına malikdir. Neft, təbii qaz, alternativ enerji mənbələri bu dövlətlərin iqtisadi inkişafının əsasını təşkil edir. Bütün bu imkanlardan istifadə edib inkişaf etmək üçün dünya bazarına çıxış lazımdır ki, bu da Azərbaycan və Türkiyədən keçən nəqliyyat və tranzit yollarıdır. ABŞ Mərkəzi Asiyanı nəzarətdə saxlamağa, regiona sərmayə yatırıb ABŞ şirkətlərinin güclənməsini təmin etməyə və geosiyasi üstünlüyünü təmin etməyə çalışır. Bunları əldə etmək üçün ABŞ bu dövlətlərlə daha yaxın əməkdaşlıq əlaqələri qurmağı qarşısına məqsəd qoyub.

- Sammitdə müzakirə olunacaq məsələlərdə Azərbaycan və Türkiyənin də regiondakı roluna yəqinki toxunulacaq?

- Təbii ki, iqtisadi məsələlər müzakirə ediləcəksə mütləq hər iki dövlətin rolu və mövqeyinə toxunulacaq. Azərbaycan Mərkəzi Asiya respublikaları ilə qlobal xarakter daşıyan beynəlxalq, iqtisadi layihələr həyata keçirir. Burada Xəzər dənizinin dibi ilə çəkilməsi planlaşdırılan elektrik kabelindən tutmuş, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), Zəngəzur dəhlizi kimi layihələr xüsusi yer tutur. Prezident İlham Əliyevin irəli sürdüyü Zəngəzur dəhlizinin 8 avqustda “Sülh və Rifah naminə Tramp Marşrutu” adlandırılması da təsadüfi xarakter daşımır. Prezident D.Tramp açıq şəkildə bu dəhlizin formalaşmasına tərəfdar olduğunu və ABŞ şirkətlərinin infrastrukturun qurulmasında iştirak edəcəyini vurğuladı.

Türkiyəyə avqustda əsası qoyulan Qars-İğdır-Aralıq dəmir yolunun tikintisi üçün 2,4 milyard avro sərmayə tələb edir. Bu sərmayənin bir qisminin ABŞ-dan cəlb edilməsini istisna etmək olmaz. Bu yol Zəngəzur dəhlizinin Avropaya kimi uzanmasını təmin edən bir yoldur və nəzərə almaq lazımdır ki, bu dəmir yolu Bakı-Tbilisi-Qars dəmir yoluna inteqrasiya olunacaq.

- Azərbaycan ilə Türkiyənin dostluq və qardaşlığı nümunə kimi göstərilir. Bu dövlətlərin qlobal siyasətdəki yerini necə qiymətləndirərdiniz?

- Siyasi baxımdan Türkiyə Yaxın Şərqdə aparıcı mövqeyə malikdir. Təzyiqlərə baxmayaraq rəsmi Ankara bu regionda öz milli maraqlarını hərbi-siyasi və diplomatik yollarla qoruyur və onunla razılaşırlar. Bununla yanaşı, Türkiyə Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətlərinin Avropaya açılan qapısıdır. Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gələrək regionda yeni siyasi və iqtisadi reallıqlar yaradıb. Ermənistan ilə Azərbaycanın ABŞ vasitəsilə sülh prosesinə başlamaları Türkiyənin rolunu və əhəmiyyətini daha da artırıb. Artıq Türkiyə həm Mərkəzi Asiya, həm də Cənubu Qafqaz dövlətləri ilə Zəngəzur dəhlizi vasitəsilə geniş iqtisadi əlaqələr yaratmaq imkanı əldə edib. Türk dünyasının dünya iqtisadiyyatına inteqrasiyasında Türkiyə mühüm rol oynayacaq ki, bu da onun qlobal siyasətdə daha mühüm aktor olmasını təmin edəcək. Mərkəzi Asiya, Azərbaycan və Türkiyənin birlikdə həyata keçirdikləri beynəlxalq layihələr bu dövlətlərin TDT-də birləşməsi və beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etmələri yeni güc mərkəzinin formalaşdığından xəbər verir. Əlbəttə, belə bir güc mərkəzi ABŞ-ın diqqətindən yayınmır və əməkdaşlıq əlaqələrini genişləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri