Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“Mərkəzi Asiya İcması” yaradırlar: Bakıya da dəvət gəlib

“Mərkəzi Asiya İcması” yaradırlar: Bakıya da dəvət gəlib

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Noyabrın 16-da Daşkənddə Mərkəzi Asiya liderlərinin konklavında çıxış edən Özbəkistan prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya Birliyi adlandırdığı yeni regional iqtisadi təşkilatın yaradılmasını tam şəkildə səsləndirib.
Reyting.az
xəbər verir ki, bu barədə “Eurasia.net” yazıb.
Təhlildə xatırlanır ki, 2025-ci ilin əvvəlindən regional liderlər ABŞ, Avropa İttifaqı, Çin və Rusiya ilə “Mərkəzi Asiya Plus” formatında sammitlər keçiriblər.
Mirziyoyev bildirib ki, zaman Mərkəzi Asiya dövlətlərindən ticarət imkanlarını maksimum dərəcədə artırmaq üçün yekdilliklə danışıqlar aparmağı tələb edir.
"Bizim gücümüz birlikdə, uğura aparan yolumuz dostluq və əməkdaşlıqdadır, - Mirziyoyev deyib. - Yalnız birləşərək, qarşılıqlı hörmətə, həmrəyliyə və strateji baxışa əsaslanaraq nəcib məqsədlərimizə nail ola biləcəyik”.
Özbəkistan prezidentinin baxışına əsasən, 2017-ci ildən sonra hər il keçirilən Mərkəzi Asiya liderlərinin toplantısı - rəsmi olaraq dövlət başçılarının məşvərət görüşü kimi tanınır - katiblik və dönmə prezidentliyi ilə tamamlanan "strateji formata" malik daimi quruma çevriləcək.
Mirziyoyev əlavə edib ki, hər bir Mərkəzi Asiya dövləti koordinasiya səylərinə rəhbərlik etmək üçün prezidentin nümayəndəsi təyin edəcək.
Onun sözlərinə görə, icma üçün “prioritet vəzifə” “ticarət-iqtisadi və investisiya əməkdaşlığının keyfiyyətcə yeni səviyyəsinə” nail olmaqdır. Daha sonra o vurğulayıb ki, regional təşkilat “yüksək texnoloji regional infrastrukturun və nəqliyyat-logistika potensialının” inkişafına kömək etməli, həmçinin “ekologiya, iqlim və su ehtiyatlarının çatışmazlığı problemlərini” yumşaltmağa çalışmalıdır.
İcma yalnız beş Mərkəzi Asiya dövləti ilə məhdudlaşmır. Daşkənd görüşü Azərbaycanı - Türkmənistan və Qazaxıstandan Xəzər dənizinin o tayında yerləşsə də - ruhən Mərkəzi Asiya dövləti kimi tanıdı. Azərbaycan lideri İlham Əliyev müzakirələrdə iştirak edib və Mirziyoyev iclas iştirakçılarının Azərbaycanın gələcək regional sammitlərə “tam iştirakçı” kimi daxil edilməsi barədə qərar qəbul etdiyini bildirib.
"Qardaş Azərbaycanın üzv olması Məşvərət Görüşlərinə davamlı inkişaf məsələləri üzrə birləşdirilmiş həllərin işlənib hazırlanmasına güclü təkan verəcək, - Mirziyoyev bildirib. - Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü körpü quracağıq, vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq”.
Daşkənd toplantısı ərəfəsində dərc olunmuş siyasi sənəddə Özbəkistan lideri Əfqanıstanın da istənilən regional qruplaşmaya daxil edilməsinin vacibliyini vurğulayaraq, ölkənin yenidən qurulmasının Mərkəzi Asiyanın gələcək sabitliyi və rifahı üçün mühüm tələb olduğunu təkid edib: "Bu ölkə bizim ortaq bölgəmizin periferiyası deyil, təbii hissəsidir".
Digər Mərkəzi Asiya liderləri Mirziyoyevin hərəkətə keçmə çağırışı ilə bağlı dərhal təəssüratlarını bölüşməyiblər, lakin Tacikistandan Emoməli Rəhmon, Qırğızıstandan Sadır Japarov və Türkmənistandan Serdar Berdimuhamedovun çıxışlarında ticarətin inkişafı üçün daha koordinasiyalı fəaliyyətə çağırışlar var.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin çıxışı bir sıra məsələlərə mütəşəkkil, kollektiv reaksiyanın zəruriliyi ilə bağlı Qazaxıstanın mövqeyinin ümumilikdə Özbəkistanın mövqeyi ilə üst-üstə düşdüyünə işarə edib.
"Sərhədlərin bağlanması və təcrid vaxtı arxada qaldı, - Tokayev deyib. -Bizim məqsədimiz Mərkəzi Asiyanın dinamik sosial və iqtisadi inkişaf regionu kimi statusunu gücləndirməkdir”.
Tokayev Mərkəzi Asiyanın mədənçıxarma və minerallar sektorunun inkişafını təşviq etmək üçün regional tədqiqat mərkəzinin yaradılması ideyasını irəli sürüb və qeyd edib ki, regionun mineral sərvətlərinin tam həcmi hələ xəritələşdirilməyib. Onun sözlərinə görə, resursları birləşdirməklə Mərkəzi Asiya “bölgəyə qabaqcıl texnologiyalar cəlb edə və innovativ həllərin tətbiqinə nail ola bilər”.
Qazaxıstan prezidenti getdikcə qıtlaşan su ehtiyatlarını idarə etmək üçün regional konvensiyanın yaradılmasına da çağırıb. O, regional su konvensiyası ilə bağlı danışıqlara başlamaq üçün Beynəlxalq Aral Dənizini Xilasetmə Fondunun himayəsi altında 2026-cı ilin aprelində Astanada keçirilməsi planlaşdırılan regional liderlərin qarşıdan gələn görüşündən istifadə edəcəyini bildirib.
İqtisadi əməkdaşlıq anlayışı getdikcə populyarlaşsa da, nə Mirziyoyev, nə də Mərkəzi Asiyada hər hansı digər lider hazırda Avropa İttifaqı (Aİ) modeli çərçivəsində hər hansı siyasi birləşməni nəzərdə tutur. Deməli, Mərkəzi Asiya Birliyinin yaradılması regionu birliyə doğru aparmağa məcbur etmir.
Mirziyoyev özünün siyasi sənədində yazır ki, Mərkəzi Asiya Birliyi “suverenlik, bərabərlik və daxili işlərə qarışmamaq kimi möhkəm təməl üzərində inkişaf etməlidir”: "Heç kim region ölkələrinə xarici modellər tətbiq etməməli və ya dövlətlərüstü strukturlar yaratmamalıdır. Mərkəzi Asiyada əməkdaşlıq könüllü, praqmatik və nəzərəçarpacaq nəticələrə yönəldilməlidir".
Y. QACAR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://reyting.az
archiveBu xəbər 18 Noyabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see294

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see283

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see274

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see271

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see248

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see245

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see236

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see232

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see227

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see224

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see224

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see215

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see206

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see201

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see200

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see182

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see180

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see179

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see177

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri