Icma.az
close
up
RU
Mərkəzi Bank illər ayrıcında

Mərkəzi Bank illər ayrıcında

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Maliyyə sabitliyi və növbəti ilin hədəfləri

2026-cı ildə Azərbaycan Mərkəzi Bankı illik inflyasiyanı 4±2 faiz diapazonunda saxlamağı qarşısına məqsəd qoyub. Bu hədəf ölkədə qiymət sabitliyini qoruyaraq iqtisadi artımı və əhalinin alıcılıq qabiliyyətini təmin etməyə xidmət edir. Lakin qlobal iqtisadi qeyri-müəyyənliklər fonunda pul siyasətinin icrasında çevik və ehtiyatlı yanaşma tələb olunur. 

İnflyasiya risklərinin böyük hissəsi xarici amillərlə bağlıdır və geosiyasi gərginliklərlə qlobal ticarətdəki qeyri-sabitlik fonunda idxal inflyasiyasının güclənməsi başlıca təhlükə olaraq qalır. İdxal məhsullarının bahalaşmasının ölkədaxili qiymətlərə təsiri isə xarici tərəfdaş ölkələrdəki inflyasiya səviyyəsindən və manatın məzənnə sabitliyindən asılı olacaq.

Manatın məzənnə sabitliyinin qorunması 2026-cı ildə də pul siyasətinin prioriteti olacaq. AMB valyuta bazarında tarazlığı təmin etmək üçün zəruri hallarda müdaxilə etməyə və bank sisteminin likvidliyini tənzimləyərək faiz dərəcələrini hədəf intervalda saxlamağa davam edəcək, bununla da monetar sferadan kənar amillərin təsirini minimuma endirməyə çalışacaq. İnflyasiya təzyiqinin artacağı təqdirdə uçot dərəcəsinin yüksəldilməsi də istisna edilmir. Qeyd edək ki, 2024-cü ilin ortalarından bəri AMB uçot faizini 7,25 faiz səviyyəsində sabit saxlayır və əlavə yumşalmaya fasilə verib. Bu da zəruri halda siyasətin yenidən sərtləşdirilə biləcəyinə işarədir.

AMB 2026-cı ildə analitik və proqnozlaşdırma qabiliyyətini gücləndirməyi planlaşdırır. Qərarların elmi əsaslara söykənməsi üçün beynəlxalq təcrübəyə uyğun yeni makroiqtisadi modellər tətbiq ediləcək, tədqiqatların əhatə dairəsi genişləndiriləcək və böyük verilənlərin təhlili ilə maşın öyrənməsi kimi müasir texnologiyalardan daha çox faydalanılacaq.

Bank pul siyasətinin digər iqtisadi siyasətlərlə uzlaşdırılmasına da önəm verir. Faiz qərarlarında hökumətin fiskal kursu nəzərə alınacaq, makroprudensial alətlər isə daxili komitələr (Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi) vasitəsilə monetar kursla uyğunlaşdırılacaq. 

Mərkəzi Bank iqlim dəyişmələrinin inflyasiya və iqtisadi artıma təsirini öyrənməyə, "yaşıl maliyyə" təşəbbüslərini təşviq etməyə də davam edir. Eyni zamanda rəqəmsal manatın tətbiqi üçün 2026-cı ildə yol xəritəsi hazırlanır və rəqəmsal valyutanın mümkün istifadə sahələri, risk-fayda dəyərləndirmələri və mərhələli tətbiq planı üzrə işlər aparılır.

Göründüyü kimi, 2026-cı ildə pul siyasətinin əsas hədəfi inflyasiyanı hədəf diapazonunda saxlamaqla ölkədə qiymət sabitliyini təmin etməkdir. Mərkəzi Bank inflyasiyanı nəzarətdə saxlamaq üçün həm ənənəvi alətlərdən (sabit məzənnə, faiz dərəcəsi və s.), həm də təkmilləşdirilmiş analitik modellərdən yararlanacaq. Xarici risklərin payı yüksək olduğundan ehtiyatlı və çevik yanaşma zəruri olacaq – AMB, lazım gəlsə, operativ qərarlarla müdaxilə edərək qiymət sabitliyini qorumağa çalışacaq. Bankın gücləndirilmiş kommunikasiya siyasəti və digər qurumlarla koordinasiyası qərarların təsirini artıracaq. Yeni "yaşıl" və rəqəmsal təşəbbüslərin gündəmdə olması isə pul siyasətinin gələcək çağırışlara da indidən hazırlandığını göstərir.

Elman SADIQOV,
iqtisadçı-ekspert

Keçən ilin noyabrından 2025-ci ilin noyabrına qədər olan 12 aylıq dövrdə inflyasiya 5,5 faiz təşkil edib. Lakin bu inflyasiyanın tərkibindən tənzimlənən qiymət artımları və kənd təsərrüfatı məhsullarında mövsümi xarakter daşıyan qiymət dəyişiklikləri çıxıldıqda, yerdə qalan inflyasiya səviyyəsi 4,8 faiz olaraq qiymətləndirilir.

 Burada diqqətçəkən əsas məqamlardan biri də faiz dərəcələri ilə bağlıdır. Məsələn, il ərzində faiz dərəcələrinin 3–4 faiz bəndi azaldılması məsələsi gündəmdə olub və faktiki olaraq, bu göstərici təxminən 25 faizdən 75 faizə qədər endirilib. Bununla belə, ümumi bəyanatda əsas fikir konsentrasiyası inflyasiya və manatın məzənnəsinin sabit saxlanılması məsələlərinə yönəlib.

2025-ci il üzrə müsbət məqamlardan biri, şübhəsiz ki, tədiyə balansı ilə bağlı göstəricilərdir. Doqquz ayın nəticələrinə görə cari əməliyyatlar hesabında 3 milyard ABŞ dolları həcmində profisit formalaşıb. Bundan əlavə, ölkənin strateji valyuta ehtiyatlarının 11 ay ərzində 17,7 faiz artaraq 83,6 milyard ABŞ dollarına çatması, o cümlədən Mərkəzi Bankın valyuta ehtiyatlarının 11,4 milyard ABŞ dolları səviyyəsində olması da müsbət amillər kimi qiymətləndirilə bilər.

Burada xüsusi diqqət yetirilməli əsas məqamlardan biri idxal inflyasiyasının ümumi inflyasiyadakı payının təxminən 60 faizdən çox olmasıdır. Bu, kifayət qədər ciddi siqnaldır və əslində inflyasiyanın yüksək olmasına haqq qazandıran amil deyil. Əksinə, bu göstərici idxal inflyasiyasının azaldılması üçün konkret tədbirlərin görülməsini və məqsədyönlü plan-proqramların hazırlanmasını zəruri edir.

Hazırda qlobal iqtisadiyyatda ­inflyasiya ümumilikdə aşağı düşməkdədir. Xüsusilə ərzaq inflyasiyasında azalma müşahidə olunur. Bununla belə, ticarət tərəfdaşlarımızdan biri olan Türkiyədə inflyasiya səviyyəsinin yüksək qalması ölkəmizdəki inflyasiyaya da təsirsiz ötüşmür. Digər tərəfdən, dünya bazarlarında bəzi qiymətli metalların, xüsusilə qızılın qiymət dinamikası da diqqət çəkir.

Lakin ticarət tərəfdaşlarımızdakı ­inflyasiyanın ölkədaxili qiymətlərə bu dərəcədə güclü təsir göstərməsi bir daha yerli istehsalın və emal sənayesinin inkişafının nə qədər vacib olduğunu ortaya qoyur. Bu sahədə atılacaq addımlar idxal asılılığını azaltmaqla inflyasiya risklərinin yumşaldılmasına xidmət edə bilər.

Ümumilikdə, 2026-cı il üçün açıqlanan rəqəmlər, müəyyən mənada, nisbidir. Bir faiz yuxarı və ya aşağı dəyişikliklər fundamental mənzərəni köklü şəkildə dəyişmir. Əsas məsələ ondan ibarətdir ki, ölkə üçün risk yaradan istiqamətlər – istər geosiyasi proseslər, istər qlobal iqtisadi hadisələr, istər idxal inflyasiyası, istərsə də faiz dərəcələri və biznes kreditləri ilə bağlı məsələlər – sistemli şəkildə qiymətləndirilsin.

Xüsusilə istehsal və emal sahələrində artım templərinin sürətləndirilməsi vacibdir. Bu istiqamətdə atılacaq addımların nəticəsi dərhal deyil, müəyyən gecikmə effekti ilə özünü göstərəcək. Yəni yeni sənaye müəssisələrinin qurulması qısa müddətdə qiymətlərə təsir etməsə də, 2027–2028-ci illərdə inflyasiya dinamikasına müsbət təsir edə bilər.

Nəticə etibarilə, Mərkəzi Bankın əvvəlcədən öz siyasət istiqamətlərini açıqlaması və kommunikasiya kanallarını gücləndirməsi müsbət haldır. Bununla yanaşı, inflyasiyanın strukturuna dair daha detallı rəqəmlərin açıqlanması və mövcud risklərin azaldılması üçün iqtisadiyyatın digər qurumları tərəfindən atılacaq addımların da paralel şəkildə təqdim edilməsi məqsədəuyğun olardı. Bu yanaşma bütövlükdə daha aydın və tamamlanmış iqtisadi mənzərə formalaşdırmağa imkan verə bilər.

Nurlan ABDALOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Dekabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Forumu: Azərbaycan qlobal iqtisadi platformada rolunu gücləndirir

20 İyun 2026 09:01see305

"Temu"dan gələn bağlamaları kim açır? Gömrük Komitəsindən AÇIQLAMA

19 İyun 2026 16:34see257

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

19 İyun 2026 23:58see212

Ürək üçün ən faydalı meyvələr

19 İyun 2026 23:25see201

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

19 İyun 2026 02:35see191

Jurnalist atasının ölümü ilə bağlı məlumata görə Messidən üzr istəyib

19 İyun 2026 06:06see188

İranla danışıqlar yenidən canlanır Trampın nümayəndələri İsveçrəyə getdi

20 İyun 2026 03:30see178

“Ürək ritmi pozuntularının müalicəsində yeni mərhələ: qəfil ölüm riskini azaldan cihaz uğurla implantasiya edildi“ Yeni texnologiya

19 İyun 2026 22:43see175

Nyu Yorkda atışma baş verib, bir nəfər saxlanılıb

19 İyun 2026 03:37see174

Motsarta aid 44 səhifəlik əlyazma tapıldı Fotolar

20 İyun 2026 04:52see172

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar Ac qaldıqlarına görə...

20 İyun 2026 02:36see164

Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb

20 İyun 2026 11:51see160

Rubio gələn həftə Yaxın Şərqə səfər edəcək

20 İyun 2026 02:42see159

ÜST yeni peyvəndin hazırlanmasını sürətləndirir

19 İyun 2026 08:58see155

65 yaş həddinin ləğvi regionlarda həkim çatışmazlığını aradan qaldıra bilərmi? PROFESSOR AÇIQLADI

19 İyun 2026 16:14see155

Kütləvi ixtisarlar Meta da böhran yaradıb

20 İyun 2026 05:44see151

İranda 17 nəfər ABŞ a görə saxlanıldı

20 İyun 2026 20:41see149

Kanada Qətərlə oyunda bir ilki həyata keçirib

20 İyun 2026 06:15see146

GÜNÜN QOROSKOPU: Yeniliklərə açıq olun...

20 İyun 2026 00:31see146

Gəncə polisi Xalq artistinə qarşı törədilən dələduzluqla bağlı araşdırmaya başlayıb

19 İyun 2026 23:39see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri