Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Bakı Forumu: Azərbaycan qlobal iqtisadi platformada rolunu gücləndirir

Bakı Forumu: Azərbaycan qlobal iqtisadi platformada rolunu gücləndirir

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

İyunun 18-də Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının təntənəli açılış mərasimi keçirilib. Mühüm qlobal əhəmiyyət kəsb edən bu tədbirdə beynəlxalq maliyyə institutlarının rəhbərləri, xarici ölkələrin hökumət nümayəndələri və aparıcı iqtisadi ekspertlər bir araya gəliblər. Genişmiqyaslı forum çərçivəsində qlobal dayanıqlı inkişaf, rəqəmsal transformasiya və yeni investisiya imkanları əsas müzakirə mövzuları kimi diqqət mərkəzində saxlanılıb. İştirakçılar həmçinin regional əməkdaşlığın gücləndirilməsi və böhranlara qarşı birgə iqtisadi mexanizmlərin yaradılması layihələrini ətraflı şəkildə dəyərləndiriblər. Bu mötəbər toplantının məhz Azərbaycanda təşkil olunması rəsmi Bakının beynəlxalq iqtisadi platformalarda sürətlə artan rolunun növbəti bariz göstəricisidir. Tədbir müddətində ölkəmizin daxili iqtisadi potensialının nümayiş etdirilməsi və xarici tərəfdaşlarla yeni strateji tərəfdaşlıq əlaqələrinin qurulması hədəflənir. 

Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a bildirib ki, İslam İnkişaf Bankının Azərbaycanda keçirilən illik toplantısı və həmin tədbirin açılış mərasimində Azərbaycan Prezidentinin iştirak edərək çıxış etməsi birmənalı şəkildə onu göstərir ki, ölkəmiz sözügedən bankla əməkdaşlığın daha da dərinləşməsində maraqlıdır:
“Prezident də öz çıxışında məhz bu istiqamətdə qarşıya qoyulan əsas hədəfləri diqqətə çatdırdı. Təbii ki, ən vacib məqamlardan biri Azərbaycan ilə İslam İnkişaf Bankı arasında investisiya sahəsində əməkdaşlığın genişləndirilməsidir. Çünki tərəflər, xüsusilə də özəl sektorun dəstəklənməsi istiqamətində əməkdaşlığı daha da gücləndirmək niyyətindədirlər. Bu kontekstdə gözlənilir ki, illik toplantı çərçivəsində bağlanan müqavilələr İslam İnkişaf Bankı ilə Azərbaycanın birgə həyata keçirdiyi layihələrin sayının artmasına səbəb olacaq”.

Deputat vurğulayıb ki, artıq praktik olaraq tərəflər arasında bir sıra mühüm sənədlər imzalanıb:
“Özəl sektorun dəstəklənməsi və qarşılıqlı əməkdaşlığın inkişafı ilə bağlı layihələr hər iki tərəf tərəfindən təsdiqlənib. Bütün bunlar birmənalı şəkildə onu göstərir ki, İslam İnkişaf Bankı vasitəsilə Azərbaycan iqtisadiyyatına daha çox sərmayənin cəlb olunmasını müşahidə edəcəyik. Bu isə, sözsüz ki, xüsusilə qeyri-neft sektorunun inkişafı baxımından yeni imkanlar və əlavə iqtisadi perspektivlər deməkdir”.
Milli Məclisin sabiq deputatı Elşad Mirbəşiroğlu deyib ki, İslam İnkişaf Bankı Qrupunun illik toplantısının Bakıda keçirilməsi və açılış mərasimində Azərbaycan Respublikasının Prezidentinin iştirak etməsi olduqca əlamətdar hadisədir:

“Hər şeydən əvvəl, ölkəmiz beynəlxalq strukturlarla çox yaxın və effektiv əməkdaşlıq edir. İslam İnkişaf Bankının isə müasir iqtisadiyyatın inkişafında xüsusi rolu var. Azərbaycan hazırda İslam bankçılığı təcrübəsini genişləndirməkdədir. Eyni zamanda, Bakıda keçirilən tədbir çərçivəsində bir çox ölkələrin iqtisadiyyatına sərmayələrin yönləndirilməsi ilə bağlı razılaşmalar imzalanıb. Söhbət təxminən 2,8 milyard dollar həcmində investisiyadan gedir. Bu vəsaitin müxtəlif istiqamətlər üzrə yönləndirilməsi artıq kifayət qədər ciddi nəticələrdən xəbər verir. Toplantı çərçivəsində müxtəlif biznes strukturları arasında da mühüm təmaslar baş tutur, yeni əməkdaşlıq imkanları formalaşır. Bu isə onu göstərir ki, Bakı artıq gələcək uğurlu iqtisadi əlaqələrin qurulduğu mühüm platformaya çevrilir”.
Onun sözlərinə görə, Azərbaycan bu gün Qərblə Şərqi birləşdirən mühüm körpü rolunu oynayır:
“Ölkəmiz nəqliyyat, logistika və iqtisadiyyatın digər istiqamətləri üzrə artıq aparıcı mövqeyini müəyyənləşdirib. Azərbaycan eyni zamanda müxtəlif beynəlxalq platformalarda uğurlu əməkdaşlıq sistemi qurmağı bacarıb və effektiv təşəbbüslərlə yadda qalan dövlətdir. Bu toplantı bir daha ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Bundan sonra ölkəmizə gələn çoxsaylı qonaqlar Azərbaycandakı biznes və sərmayə mühiti barədə daha aydın təsəvvür formalaşdıracaqlar. Onlar bir daha əmin olacaqlar ki, Azərbaycanda kifayət qədər münbit investisiya və biznes mühiti mövcuddur. Bu isə, təbii ki, ölkəyə əlavə sərmayə axını üçün yeni imkanlar yaradacaq. Artıq toplantı çərçivəsində Azərbaycan üçün əhəmiyyət daşıyan üç sənəd imzalanıb və həmin sənədlər müxtəlif istiqamətlərdə iqtisadi tərəqqini dəstəkləyəcək. Qeyd etmək lazımdır ki, Azərbaycan bundan əvvəl də nüfuzlu beynəlxalq forum və toplantılara uğurla ev sahibliyi edib. İslam İnkişaf Bankı Qrupunun toplantısının Bakıda yüksək səviyyədə təşkili ölkəmizin beynəlxalq müsbət imicini daha da gücləndirir. Bu toplantı çərçivəsində qurulan təmaslar həm iştirakçı ölkələr, həm də ev sahibi Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır və iqtisadi inkişafımızın əlavə dəstəkləyici elementi kimi çıxış edir”.
Leyla Turan
Demokrat.az

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqamətində hazırlanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:766
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 İyun 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see553

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see398

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see368

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see314

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see305

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see297

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see275

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see271

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see270

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see247

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see247

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see246

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see228

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see224

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see224

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

04 Noyabr 2026 17:14see217

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see214

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see205

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see199

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri