Mərkəzi Bank: Qusarda maliyyə xidməti istehlakçılarının müraciətləri dinlənilib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 11 avqust, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi məsələsini daim diqqət mərkəzində saxlamaqla mütəmadi olaraq tədbirlər həyata keçirir.
AMB-dan AZƏRTAC-a bildirilib ki, məhz bu məqsədlə Qusar şəhərində səyyar vətəndaş qəbulu keçirilib. Səyyar qəbul zamanı maliyyə xidməti istehlakçılarının şifahi müraciətləri dinlənilib, maliyyə xidməti sahəsi ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması fonunda vətəndaşların təklifləri qeydə alınıb.
Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə səyyar qəbulların keçirilməsi davam etdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 11 Avqust 2025 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















