Icma.az
close
up
RU
Mərkəzi Bank tender kralını inzibati məsuliyyətə cəlb etdi

Mərkəzi Bank tender kralını inzibati məsuliyyətə cəlb etdi

Mərkəzi Bank "tender kralı" kimi tanınan "ELVİ.M.M Services Group" şirkətini inzibati məsuliyyətə cəlb edib. 

Şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham edilir. 

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. 

430.4-cü maddəyə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilib.

"ELVİ.M.M. Services Group" şirkəti 2024-cü ildə 7 tenderin qalibi seçilib. Bu tenderlər əsasən elektrik mallarının satın alınması, tədbirlərin keçirilməsi, təmir-bərpa işləri, məşiət və təsərrüfat mallarının alınması ilə bağlı keçirilib. 

Keçirilən tenderlər üzrə satınalma müqavilələrinin maliyyə dəyəri 3 586 006,76 manatdır./Valyuta.az 

seeBaxış sayı:89
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri