Dünyanın iki ən bahalı futbolçusundan biri karyerası ilə bağlı qərar verdi
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Braziliyalı hücumçu Vinisius Junior "Real Madrid"i tərk etməyəcək.
Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano yazıb.
Onun sözlərinə görə, tərəflər uğurlu danışıqlar aparıb və yeni müqavilə bağlamaq barədə razılığa gəliblər. Yeni müqavilə 2029-cu ilə qədər nəzərdə tutulub və anlaşmanı bir mövsüm uzatmaq mümkün olacaq. Vinisiusun hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.
Qeyd edək ki, 2018-ci ildə "Flamenqo"dan "Real Madrid"ə 45 milyon avroya transfer olunan Vinisiusun dəyəri hazırda 200 milyon avrodur. O, "Mançester Siti"dən Erlinq Halandla birlikdə dünyanın ən bahalı futbolçusudur.
Vinisius cari mövsümdə oynadığı 46 matçda 20 qol vurub və 14 məhsuldar ötürmə edib.
Baxış sayı:115
Bu xəbər 24 Aprel 2025 00:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















