Mərkəzi Bank vergi borcu olan şirkəti cərimələtdi
Nəsimi Rayon Məhkəməsində "OEMZ" MMC-yə yazılan inzibati protokola baxılıb.
Pravda.az-ın xəbərinə görə, hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərarla şirkət cərimələnib.
Xatırlatma: Azərbaycan Mərkəzi Bankı protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.
Qeyd: Qanuni təmsilçisi Rauşən Rövşən oğlu Abbasov olan MMC-nin dövlətə 379 041 AZN borcu var.
Xəyal Quliyev